0
Friday 6 January 2012 - 13:17

Şeytan müharibəsi – ikiqat yalanın müharibəsi

Story Code : 128060
Şeytan müharibəsi – ikiqat yalanın müharibəsi
Şeytan müharibəsi – ikiqat yalanın müharibəsi
Islam times.org/az/ - Həzrəti Muhəmməd (s) hədislərin birində buyurmuşdur: “Müharibə aldatmacadır.” Həzrəti Peyğəmbərin bu kiçik cümləsi bütün müharibəni xülasə edir və yerdə qalanlar isə sadəcə təfsilatlarıdır. Həqiqətən də tarixə nəzər saldıqda müharibələrin necə də yalan, zülm və qəddarlıq üzərində qurulduğunun şahidi oluruq. Eləki zülmə məruz qalmış hər hansı bir qrup özünü təcavüzkardan qorumaq üçün silaha sarıldıqda, təcavüzkarlar elə şərait yaradırlar ki, özünü müdafiə edəni günahkar kimi göstərirlər.

Amerika və onun kimi digər ölkələr həmişə müharibələrini yalan, hiylə və gizli agentlər üzərində qurur. İlk öncə özlərini inandırmağa çalışırlar ki, hər hansı bir ölkəyə soxulmaq və onun vətəndaşlarını öldürmək daha böyük məqsədlərə xidmət edir. Sonra onlar öz xalqlarını və bütöv dünyanı inandırmaq üçün özlərindən nağıllar qoşaraq etdikləri hərəkətin nəinki ətraf ərazidə yaşayan xalqlar üçün, hətta girdikləri ölkənin əhalisi üçün də xeyirli olduğunu dyirlər.

Ancaq sadə xalq kütləsi nə bilsin ki bu yalan təbliğatdan başqa bir şey deyil. Bu yaxınlarda Prezident Obama və katibi Klinton Amerika hava qüvəllərinin Liviya xalqına humanitar məqsədlə yardım etmək üçün zərbələr endirəcəyini élan etdikdə ictimaiyyət Amerikanın aldadıcı niyyətlərinin şahidi oldu. Hökumət rəsmisinin çıxışı zamanı jurnalistlərdən biri ondan sual edərək soruşdu ki, Zəhmət olmasa izah edərdiz, mən tam dəqiqliklə başa düşə bilmədim. Humanitar məqsədlər üçün zərbələr endirmək nə məna verir?

Ancaq bunlar sadəcə müharibəyə başlamaq üçün yalanın və yaxud onların öz dili ilə desək taktikaların bir mərhələsidir. Katib Klinton amerika ictimaiyyətinə bildirmişdir ki, inqilablar baş verən hər bir Yaxın Şərq ölkəsi müxtəlif şəraitlərə malikdir və buna görə də hər biri ilə özünəməxsus taktika ilə hərəkət etməliyik.

Əgər bu cümlələri qeyri rəsmi dilə çevirsək onda Katibin bu cür demək istədiyini anlayarıq: “Biz bu fürsətlərdən istifadə edib özümüzü sanki məzlum xalqlara kömək edirmiş kimi göstərməklə məqsədlərimiz həyata keçirmək istəyirik.”

Bütün fikirləri Yaponiyadakı zəlzələyə cəmləşdirməklə öz cinayətlərini örtbasdır etmək istəyən Amerika hökuməti Yaxın Şərqdən gələn yeni xəbərlərdən sonra yenidən gündəmə gəldi. Ancaq bütün bu hadisələrin başlanğıcından mediada nə isə çatışmırdı və yaxud gizlədilirdi. Görəsən nəyə görə Bəhreyndə baş verən inqilab mediada işıqlandırılmırdı?

Bütün bu sirrin arxasında bir fakt dururdu. Bəhreyn hökuməti bütün CNN əməkdaşlarını əsir götürərək Bəhreyndə baş verən hadisələr haqda mediada heç bir məlumat verməmələri haqda razılığa gəldikdən sonra onları azad etmişdir.

Digər xəbər agentliyi Bəhreyn İnsan Hüquqları Mərkəzinin verdiyi məlumata istinad edərək bildirdiyi məlumata görə Bəhreyn hökuməti bəhreyn Şiələri ilə qəddarlıqla hərəkət edir. Bəs görəsən Amerika niyə Bəhreyndəki şiələrə kömək etmir? Bu sualın cavabı siyasi tarixin dərinliklərində gizlənmiş mürəkkəb bir məsələdir.

İran onların diktator şahlarını qovandan və Şiə İslam hökumətinə tərəf hərəkət edəndən sonra ABŞ anladı ki, onlar hesablaşmalı olduqları bir hökumət ilə mübarizə aparırdılar. Amerika hökuməti biliridi ki, regiondakı Ərəb liderlərini
başına gətirdiyi oyunları İran ilə oynaya bilməzdi. Onlar həmçinin dərk edirdilər ki, Əhmədinejad heç vaxt öz prinsiplərindən əl çəkən deyildi. Bütün bu səbəblərə görə onlar İranla bir neçə istiqamətdə mübarizə aparmağı planlaşdırmışdılar.

Rusiya ilə uzun müddətli soyuq müharibə qurtardıqdan sonra Amerika xarici təhdid kimi kommunizmi əvəz edəcək yeni bir sistem axtarırdı. Bu məsələdə Amerika üçün ən yaxşı seçim İran və İslam idi. Daha doğrusu Şiə İslamı. Əhmədnijadın İran xalqı tərəfindən prezident seçilməsinə baxmayaraq amerika höküməti onu diktator adlandırmaqda israrlı idi.

Bu yeganə bir məsələ idi ki, Demokrat və Respublikaçılar bu məsələdə ortaq razılığa gəlmişdilər. Münasibətlərin daha da gərginləşməsinə şərait yaradan Corc Buş hakimiyyətə gəldikdən sonra daha ciddi addımlar atmağa başladı. İsrail tərəfindən güclü dəstək görən Buş istəyirdi ki, tez bir zamanda İrana qarşı ciddi bir şeylər etsin. Bu ciddi addımlardan biri də İranı “şərr oxu” adlandırması və anti iran təbliğatının aparılması, İranın daxilində və xaricində olan müxalifəti maliyyələşdirərək İrandakı rejimi dəyişdirmək üçün Kondaliza Raysa bir il üçün fonddan 75 milyon dollar pul ayırdı. Bu onun İrana qarşı apardığı aldadıcı müharibənin sadəcə bir hissəsi idi.

Leymanın deyimi ilə desək aldadıcı müharibə elə bir müharibədir ki, hər hansı bir ölkə digər ölkə ilə bir başa müharibə aparmaq istəmir, bunun üçün də bəzi maddi maraqlar hesabına bu işi o ölkənin dostlarından birinə etməsini həvalə edir.

Bu müxtəlif yollarınan edilə bilər. Bəzi hallarda o ölkənin daxilində yaşayan insanları pul və yaxud amerika vətəndaşlığı verməklə aldadaraq öz çirkin işlərini xalqın əli ilə görmək istəyirlər. Əvvəllər də Amerika Səddam Huseynin əli ilə İrana qarşı bu cür müharibə aparmışdır. Bu müharibənin nəticəsində isə Amerika İranla birbaşa üz-üzə gəlməsinin daha təhlükəli olmasını anladı.

Onlar bu müharibədə İranın güc və dözümlülüyünün şahidi olduqlarından İranla bir başa müharibə etməyin acı nəticələrini dərk etmişdilər. İsrailin Şiə Livana qarşı apardığı müharibə Amerikanın İrana qarşı olan müharibəsinin digər bir hissəsi idi. Bu müharibə Amerika tərəfindən maliyyələşdirilirdi və bir başa İsrailin əli ilə aparılırdı.

Son vaxtlarda isə Səudiyyə Ərəbistanın Bəhreynə girərək orada illər boyu hökumət tərəfindən zülm görmüş Şiə azlığının hökumətə qarşı qladırmış olduğu inqilabı yatırmaq istəməsi idi. Bütün bunlar Amerikanın İrana qarşı apardığı aldadıcı müharibənin tərkib hissələrindəndir. Suriya ilə İranın sıx əlaqələrinin olduğunu bilən Amerika hökuməti İrana təsir etmək üçün Suriyanı sıxışdırmaq istəyir.

Amerikanın İranda rejim dəyişikliyi üçün apardığı kompaniya heç də İranda demokratiyanı və ya iran xalqının siyasi hüquqlarını müdafi etmək üçün nəzərdə tutulmayıb. Bütün bunlar İsrail və onun cinayətkar dostu olan Amerikanın Yaxı Şərqdə mövqeyini qorumaqdan otrüdür. Heç kəs bunu etiraf etmir, ancaq Amerika İranla üz-üzə gəlməkdən qorxur.

Amerika hökuməti həmçinin bilir ki, İranla müharibə etmək üçün heç bir qanuni səbəbləri yoxdur. Beləliklədə Amerikanın Şiə Bəhreyni, Şiə Livanı və İran ilə sıx əlaqələri olan Suriya ilə apardığı müharibə göstərir ki, Amerika İran və Yaxın Şərq şiələrindən çox qorxur. Amerika bilir ki, Şiə İran heç vaxt müharibəyə başlamayacaq, çünki bu İslam prinsiplərinə ziddir. Ancaq əgər onları özlərini müdafiə etməyə məcbur etsələr bu zaman onlar ayağa qalxacaq və digərləri onların qarşısında diz çökəcəklər.

Tərcümə etdi – ƏLİ SADİQLİ

Source : islamtimes
Comment