0
Friday 1 August 2014 - 11:19

BMT təcili iclas keçirib

Story Code : 402380
BMT təcili iclas keçirib
Anadolu Agentliyinin yaydığı xəbərə görə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Didərginlərə Yardım Təşkilatının (UNRWA) Ümumi Komissarı Pierre Krahenbühl, sionist İsrail rejiminin Qəzzadakı BMT məktəbinə təşkil etdiyi hücumunu ən faciəvi müdafiə məsələlərindən biri kimi saydığını vurğulayıb.
Krahenbühl, video konfrans vasitəsi ilə Təhlükəsizlik Şurasının yığıncağına bağlanıb. Qəzzanın Cəbəliyə bölgəsində olan BMT-yə aid məktəbə İsrail rejiminin təşkil etdiyi hücumun beynəlxalq ictimaiyyət tarixinə qırmızı hərflərlə yazılacağını bildirib. ''BMT məktəbinə edilən hücum beynəlxalq ictimaiyyətin şahidlik etdiyi ən faciəvi müdafiə məsələlərindən biridir '' deməklə BMT-ni dərhal hərəkətə keçməyə çağırıb.
''İndi hərəkətə keçmək vaxtıdır və məsuliyyət daşıyanların hesab verməlidirlər'', - deyə Krahenbühl bildirib.
Krahenbühl, Qəzzadakı şəraitin çox pis olduğuna diqqət çəkərək, İsrail rejiminin bombardımanından qaçan 220 mindən çox fələstinlinin BMT qurumlarına sığındığını bildirmişdir.
Tək atəşkəs kifayət eləmir, Qəzzanın mühasirəsi da aradan qaldırılmalıdır.
BMT-nin Humanitar işlər üzrə nümayəndəsi və Fövqəladə Vəziyyətlər koordinatoru Valeriya Amos, Qəzzada İsrail ilə Həmas arasında uzun müddətli bir atəşkəs razılaşmasına qədər, köməyə möhtaclı olan yüz minlərlə insana yardım paylanılmalı, yaralıların xilas olunması və müharibənin mərkəzində olan fələstinlilərə nəfəs verilməsi üçün bir günlük atəşkısin təmin edilməsi üçün çağırış edib.
BMT TŞ-nın toplantısına video konfrans vasitəsi ilə bağlanan Amos, 251-i uşaq olmaqla bərabər  1300-dən artıq fələstinlinin həlak olduğunu bildirib. O, Qəzzada dünyanın gözü qarşısında uşaq və mülki əhalinin çarəsiz qalaraq dəhşətli bir hücum altında olduğunu söyləyib.
Digər tərəfdən 3 həftədən artıq bir müddətdə İsrail rejiminin hücumlarında BMT-yə aid məktəb və obyektlərin 5-ci dəfə hədəfə alınaraq bombalanmasını diqqətə çatdırıb.
BMT hesabatına görə, Livanın cənubunu 1982-ci ildə işğal edən sionist İsrail rejimi, 1996-cı ildə Kanadakı BMT ofisinə 100-dən artıq mülki əhalinin ölümünə səbəb olmuşdu, 2002-ci ildə isə İsrail rejiminin keçmiş baş naziri Ariel Şaron, Qərbi Şəriyəyə verdiyi hücum əmrindən sonra İsrail ordusunun qəsdən BMT ambulanslarını hədəf aldığı qeyd olunmuşdu.
2006-cı ildə Livanın işğalı əsnasında BMT müşahidəçisini öldürən İsrail rejimi, 2009-ci ildəki ''Tökmə Güllə'' adını verdiyi hücumda bir neçə BMT binasını da hədəfə almışdı. /Deyerler/
Comment