0
Sunday 26 December 2010 - 22:49

Qəzzəyə hərbi təcavüzün yeni dalğası

Story Code : 48148
Qəzzəyə hərbi təcavüzün yeni dalğası
Qəzzəyə hərbi təcavüzün yeni dalğası
Cənab Übeydə bildirib ki, müqavimətin bu təcavüzlərə cavabı ölümcül və ağır olacaq.

Əbu Übeydə deyib: Sionist rejim Qəzzəni yenidən hədəfə almaqla sanki odla oynayır. Lakin bu təcavüzlər cavabsız qalmayacaq.

Həmas Hərəkatının təmsilçisi Muşir Əlmisri də bildirib: Fələstinli mübarizlər sionist rejimin geniş miqyaslı hücumları ilə qarşılaşmaq üçün hazırlıq vəziyyətindədir.

Onun sözlərinə görə, sionist rejimin hücumları və təhdidləri Fələstin xalqını təslimçiliyə vadar edə bilməyəcəkdir. Sionist rejim ötən iki ayda Fələstin müqavimətinə əlavə təzyiqlər göstərmək məqsədilə bu məntəqəni havadan və qurudan hədəfə alaraq onlarla Qəzzə sakinini qanına qəltan edib. Sionist rejimin Qəzzəyə qarşı hücumları və təhdidi bu rejimin 22 günlük müharibəsinin ildönümü ərəfəsində şiddətləndirilib. İsrail rejimi Fələstin xalqına qarşı avantürist siyasəti çərçivəsində 2008-ci il dekabrın 27-də Amerikadan yaşıl siqnal alaraq Qəzzə sakinlərinə divan tutsa da, öz hədəflərinin heç birinə nail olmadı. Sionist rejim həmin təcavüzünü həyata keçirərkən sair Qərb dövlətlərindən də dəstək aldı. Ancaq Qərbin İsrail rejiminə silah və siyasi dəstəyi müvazinəti təcavüzkar tərəfin xeyrinə dəyişmədi və 22 gündən sonra Qəzzə əhalisinin qəhrəmancasına müqaviməti ilə üzləşən sionist qüvvələr geri çəkilməyə məcbur oldular.

Məlum məsələdir ki, sionist rejim həmişə öz məğlubiyyətlərinin acığını çıxmaq istəyib. Bu baxımdan Qəzzə müharibəsindən iki il sonra hələ də öz təcavüzlərini davam etdirir və blokadada saxladığı insanları əziyyətə salır.

Sionist rejimin fələstinlilərə qarşı təcavüzü hazırda hər zamandan artıq dünya ictimaiyyətinin diqqətini özünə çəkir. Sionist İsrailin son illər müqavimət qarşısında diz çökməsi onu çıxılmaz vəziyyətə salmışdır. Bu baxımdan sionist rejim yeni avantüraları ilə vəziyyəti qismən də olsa, dəyişmək istəyir. Ancaq təbii ki, Fələstin xalqı istilaçılar qarşısında baş əyməyəcəkdir. Fələstinli mübariz qrupların hazırda özlərindən güclü iradə nümayiş etdirməsi göstərir ki, İsrail rejiminin yeni vandallığını bu rejimə yalnız və yalnız fəlakət qazandıracaq.
Müəllif: Bijən Nəcəfi
Source : IRIB
Comment