0
Wednesday 16 April 2014 - 14:30

ABŞ, Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı Suriya kimyəvi silahdan hücumun arxasında durur

Story Code : 374517
ABŞ, Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı Suriya kimyəvi silahdan hücumun arxasında durur
ABŞ, Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı Suriya kimyəvi silahdan hücumun arxasında durur
BMT baş katibi Ban Ki-mun və BMT Təhlükəsizlik Şurası prezidenti Coy Oqvuya bazar ertəsi günü göndərdiyi məktubda Suriya xarici işlər nazirliyi qeyd edərək bildirib ki, Suriyaya qarşı təxribat həyata keçirən ölkələr davam edən zorakılıqlarını müdafiə etmək üçün bəhanələr gətirirlər.
Məktubda deyilir ki, müxtəlif araşdırmalar göstərir ki, ABŞ, Türkiyə və bir sıra digər ölkələr 2013-cü il 21 avqust tarixində həyata keçirilən və yüzlərlə dinc insanın həlak olmasına səbəb olan kimyəvi silahdan hücumda əlləri olub.
Nazirlik deyib: “Münaqişədən bir ildən az bir vaxt ərzində iddialarımızı təsdiq edən sübutlar hər gün artmağa davam edir. Hesabatlar, araşdırmalar və sənədləşdirilmiş tədqiqatlar ABŞ, Türkiyə və müxtəlif ölkələrin bir başa və yaxud dolayı yolla Suriyada mövcud olan münaqişədə əllərinin oldğunu sübut edir.”
Məktub həmçinin amerikalı araşdırmaçı jurnalist Seymur Herşin məlumatına istinad edərək deyib ki, Türkiyə hökuməti Şərqi Quota qırğını və Suriyanın bir sıra digər ərazilərində baş verən qanlı hadisələrə görə məsuliyyət daşıyır.
Onlar daha sonra ABŞ və Türkiyə hökumətlərinin əl Qaidəyə bağlı olan Nusra cəbhəsi terror qrupunun Suriyada həyata keçirdiyi cinayətlərə dəstək verdiyini bildirib.
Məktubda həmçinin deyilir ki, bu cür əməllərin gizlədilməsi, Suriya hökumətinə qarşı ədalətsiz ittihamın irəli sürülməsi və uydurulmuş bəhanələr yalnız xaricdən dəstək alan terror qruplarının Suriya xalqına qarşı beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan istifadə etməsinə imkan verir.
2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı ekstremist üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.
Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançılara dəstək verirlər.
Source : İslamtimes
Comment