0
Friday 29 August 2014 - 14:22

"Zon"dakı qanunsuzluqlardan yazan Tale Bağırzadə "kars"a salınıb?

Story Code : 407213
"Zon"dakı qanunsuzluqlardan yazan Tale Bağırzadə "kars"a salınıb?
"Zon"dakı qanunsuzluqlardan yazan Tale Bağırzadə "kars"a salınıb?
Sözügedən müraciətdən sonra Tale Bağırzadəyə qarşı təzyiqlərin və basqıların daha da artdığı bildirilir.

Bu barədə AzadXeber.net-ə ilahiyyatçının yaxınları məlumat veriblər. Müraciət yayılan gündən sonra onunla əlaqə saxlamağın mümkün olmadığını söyləyən ilahiyyatçının yaxınları, Tale Bağırzadənin taleyindən nigaran qaldıqlarını söyləyiblər:“Adətən mütəmadi şəkildə Tale Bağırzadə ilə bir neçə gündən bir əlaqə saxlaya bilirdik. Lakin müraciət yayımlandıqdan sonra neçə gündür ki, onunla əlaqə saxlaya bilmirik. Mümkündür ki, Hacını yenidən karsa salsınlar. Hətta bu barədə Penitensiar Xidmətlə Əlaqə saxlasaq da problemə aydınlıq gətirilmədi.”

AzadXeber.az Tale Bağırzadə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.

Qurumdan sayta bildiriblər ki, qanunvericiliyə əsasən hansısa məhbus əgər CÇM-nin rəhbərliyi tərəfindən qanuni formada tənbeh edilibsə, bu barədə ictimaiyyətə məlumat verilmir. Bu cür məlumatları məhbusların yaxınlarına, mediaya açıqlamaq qanunvericiliklə qadağan olunub.
Source : Islamazeri
Comment