0
Monday 18 August 2014 - 09:17

Cənab Rəhbərin təbrik müraciəti

Story Code : 405314
Cənab Rəhbərin təbrik müraciəti
Böyük Rəhbər Ayətullah Xamenei Livan Hizbullahının baş katibi höccətül-islam vəl-müslimin Seyid Həsən Nəsrullaha İslam Müqavimətinin 33 günlük müharibədə qələbəsinin ildönümü münasibəti ilə təbrik müraciəti ünvanlayıb. Təbrik müraciətinin mətni: 
 
Mücahid qardaş, çox əziz cənab Seyid Həsən Nəsrullah!
 
Salam olsun sizə, bütün qardaşlara, təkbətək Hizbullah mücahidlərinə!
 
Öz misilsiz cihad və müqavimətinizlə İslam ümmətinə elə bir hədiyyə etmisiniz ki, mənim vəsfimin fövqündədir. Fədakar və məzlumanə cihadınız sizə ilahi qələbə nəsib etdi. Bir daha sübut oldu ki, iman, səbr və ixlas qarşısında modern və öldürücü silahlar səmərəsizdir. İmanı və cihadı olan millət zalım güclərin hökmü qarşısında əyilmir. Sizin qələbəniz İslamın qələbəsi idi. Siz ilahi yardımla sübuta yetirdiniz ki, hərbi üstünlük silah, təyyarə, gəmi və tankda yox, iman, cihad düşüncəli fədakarlıq gücündədir. Siz öz hərbi üstünlüyünüzü sionist rejimə qəbul etdirdiniz. Region və dünyada mənəvi dəyəriniz isbat olundu. Sionist ordunun məğlubedilməzlik əfsanəsi və yalan heybətini puça çıxardınız. İşğalçı rejimin davamsızlığı üzə çıxdı. Siz ərəb xalqlarına başucalığa gətirdiniz, bu xalqların on illər təbliğatla, imperialist siyasətlərlə inkar olunan iqtidarını nümayiş etdirdiniz.
 
Baş verən hadisə Allah tərəfindən bütün müsəlman dövlətlər və millətlərə, xüsusi ilə Yaxın Şərq regionuna bir dərs oldu. Siz Qurani-kərimin nurani bir kəlamının nümunəsi oldunuz: “İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.” (Ali-İmran, 13)
 
Ayədəki bəsirət sahibləri ifadəsi milyonluq kütlələri, məntəqənin qeyrətli və mömin gənclərini, sağlam siyasətçiləri, azad və düşüncəli başçıları əhatə edir.
 
Sizin məzlumanə cihadınız düşməni ifşa etdi, onun həqiqi simasını göstərdi. Mülki əhalinin amansızlıqla qətlə yetirilməsi, məsum körpələrin və köməksiz qadınların qanının axıdılması, Qana hadisəsi və ona oxşar hadisələr, minlərlə evin dağıdılması, minlərlə ailənin didərginliyi, Livanda mühüm infrastrukturların dağıdılması, bu sıradan olan başqa faciələr ABŞ və bəzi Avropa başçılarının mənfur sionist rejimlə yanaşı həqiqi çöhrəsini göstərdi. Aydın oldu ki, onların ikiüzlü insan haqları, azadlıq və demokratiya şüarları nə qədər yalan və hiylə çirkabına bulaşmışdır. Üzə çıxdı ki, ölkə başçıları mərhəmət, sevgi, məntiq və sədaqətə biganə qalanda bəşər cəmiyyəti üçün hansı faciələr önə gəlir. ABŞ prezidentinin sionist rejimin cinayətlərini özünümüdafiə kimi təqdim edən sözləri, onun İsrailin Livan üzərində qələbə çalması kimi gülünc iddiaları amansızlığın və məntiqsizliyin aydın nümunələridir.
 
Livan! Sən nə bilirsən nədir Livan! Livan öz xalqının himmət və şücaəti ilə parladı. Düşmən yanılmışdı ki, Livana hücumla məntəqə ölkələrinin ən zəif halğasını hədəfə alıb və puç xəyal olan Yaxın Şərq planını işə sala biləcək. Düşmən, yəni ABŞ və İsrail! Onlar Livan xalqının səbr, agahlıq və şücaətindən xəbərsiz idi. Livan xalqının gücündən xəbərləri yox idi. Allahın qanunlarından qəflətdə idilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” (Bəqərə, 249)
 
Livan xalqı, ölkənin şücaətli gəncləri və ağıllı siyasətçiləri öz ağır silləsi ilə düşməni qəflət yuxusundan oyatdı. Düşmən indi bu güclü və bacarıqlı qolu kəsmək istəyir. Siyasətçilər arasında ixtilaf yaratmaq, xalq arasında dözümsüzlük virusu yaymaq istəyirlər. Hamı bu zəhərləmə istəkləri qarşısında oyaq olmalıdır. Allahın köməyi ilə onların hiylələrini puça çıxarmağa müvəffəq olacaqsınız, ikinci qələbəni qazanacaqsınız, inşaallah. Yeni meydanda qarşınızdakı cihad hərbi meydandakı fədakar cihadınız kimi əhəmiyyətlidir. Bu cihadda səbr, təvəkkül, ixlas və düşüncə təyinedicidir.
 
Sizi, digər qardaşları, cihad meydanının fədakarlarını salamlayıram, hamınızın əlindən (vuran qolunuzu) öpürəm.
Source : Vilayet.nur-az
Comment