0
Thursday 4 September 2014 - 01:19

Natiq Kərimovun xarici ölkəyə çıxmasına qadağa qoyuldu (Açıqlama)

Story Code : 408410
Natiq Kərimov
Natiq Kərimov
Bu barədə Natiq Kərimov İslamazeri.az saytına danışıb.

O, saytımıza açıqlamasında qeyd edib ki, “Mənə Təbrizdəki həkimlərim ismarış göndərdi ki, gedim İrana müalicəyə. Ayağımda zədə var. Mən istəyirdim təyyarə ilə gedim. Bilet tapa bilmədim. Alınmasa, oradan evimə qayıdım. Amma elə oldu ki, Astara gömrük buraxılış məntəqəsindən keçməli oldum. Oradan mənə bildirdilər ki, xarici ölkəyə çıxa bilmərəm. Oradakı polis rəisi Bakı ilə əlaqə saxladı ki, nə məsələdi niyə belə olub? Dedilər ki, guya Hacı Tale Bağırov həbs olunduqdan sonra Nardaranda keçirilən etiraz aksiyası ilə bağlıdır. Daha sonra öyrəndim ki, qadağa Sabunçu Rayon Polis İdarəsi tərəfindən qoyulub. Amma maraqlıdır ki, mən o aksiyadan sonra bir dəfə xarici ölkəyə, yəni İran İslam Respublikasına getmişdim. Mənə Milli Şurada olan dostlarım da dedi ki, məhkəməyə verim bunları. Mən isə bilirəm ki, Azərbaycanda məhkəmənin ədalətli qərar verəcəyinə inamım yoxdu. İnsanları şərləyən bir yerə heç vaxt müraciət etmərəm.”
Source : Islamazeri
Comment