0
Monday 16 December 2013 - 17:05

Putinin mesajları

Story Code : 331217
Putinin mesajları
Putinin mesajları
Rusiyada isə hakimiyyət Ukrayna hadisələrindən özü üçün dərs götürmək qərarına gəlib desək, yanılmarıq.

Dekabrın 12-də Rusiyanın konstitusiya günündə, prezident Vladimir Putin cəmiyyətə ənənəvi federal müraciətini ünvanlayıb. Artıq 10 ildən çoxdur ki, bu cür müraciətlərlə çıxış edən Putinin bu dəfəki, müraciəti əvvəlkilərdən prinsip etibarı ilə fərqlənmədi, bununla belə Putinin mesajları maraqlı məqamlardan da hali deyil. Onu da qeyd edək ki, Putinin federal müraciəti həm postsovet ölkələrində həm də digər dünya ölkələrində də müzakirə olunur.

Bizim üçün maraqlı olan məqamlardan biri budur ki, Rusiya hakimiyyəti bundan sonra ölkəyə gələn miqrantlara qarşı ciddi nəzarət mexanizmləri həyata keçirəcək, bunu həm qanunvericilikdə qəbul etdikləri dəyişiliklərlə edəcək, həm də icra hakimiyyətilərində təmsil olunan şəxslərin məsələyə məsuliyyətlə yanaşması üçün tədbirlər görüləcək.

Bu da o deməkdir ki, Azərbaycandan Rusiyaya çörək dalınca gedənlərin vəziyyəti xeyli ağırlaşacaq. Müraciətində Putin İran mövzusuna da toxunaraq bəyan edib ki, İranın nüvə proqramını bəhanə edən ABŞ Rusiyanın ətrafını RƏM sistemləri ilə əhatə edib, ancaq indi nüvə məsələsi sülhlə həll olunur RƏM sistemləri isə öz yerində qalır və bu amil də Rusiyaya RƏM sistemlərinə qarşı öz müdafiə sistemlərini təkmilləşdirməyə vadar edir.
Source : Islamtimes
Comment