0
Monday 2 January 2012 - 22:00

2011-ci ildə İsrail 180 Fələstinlini qətlə yetirib

Story Code : 127125
2011-ci ildə İsrail 180 Fələstinlini qətlə yetirib
2011-ci ildə İsrail 180 Fələstinlini qətlə yetirib
Islam times.org/az/ - Fələstin Azadlıq Təşkilatı tərəfindən verilən məlumatda bildirilir ki, 2011-ci ildə 180 Fələstinli işğalçı İsrail rejimi tərəfindən qətlə yetirilib.

Məlumata əsasən uşaq və qadınlar da daxil olmaqla 120 –dən çox insan qətlə yetirilib və 600-dən çox insan Qəzza zolağına soxulan hava və quru qüvvələri tərəfindən zədələnmiş və yaralanmışdı.

Qəzzanın səhiyyə naziri olan Əşrəf əl Qədranın sözlərinə görə 2011-ci il Qəzza üçün ən qanlı il oldu.

İsrail 2007-ci ildən bəri kiçik sahilboyu zolaqda quru və dəniz blokadaları qurub.

Bu Qəzza sektorunun hava məkanını və ərazi sularını müdafiə etməklə yanaşı Qəzzaya gələn və ya gedən insan və malların hərəkətini məhdudlaşdırır.

İsrail rejiminin 2008-ci ildə əhalinin sıx məskunlaşdığı sahilboyu ərazidə apardığı 22 günlük Milad müharibəsi zamanı ən azı 300 nəfəri uşaq olmaqla 1400 nəfərdən çox Fələstinli öldürülmüşdür.

İşğalçılar həmçinin 4000 evi dağıtmış və blokada zolaqında yerləşən infrastrukturanın böyük hissəsini məhv etmişdilər. İsrail silahli qüvvələri həmçinin BMT-nin idarəçiliyində olan məktəb və mərkəzləri hədəfə almışdılar.

Üç həftəlik müharibə nəticəsində 50 000-dən çox insan öz yurd-yuvalarından məhrum olmuşdular. Tel-Əviv həmçinin üç həftlik müharibə zamanı beynəlxalq səviyyədə qadağan edilən silahlardan, ağ fosfor bombaları da daxil olmaqla istifadə etmişdir.

Dekabrın 27-də İsrail silahlı qüvvələrinin ştab rəisi General leytenant Benni Gantz xəbərdar etdi ki, Təl-Əviv sahilboyu ərazidə yeni müharibəni başlatmalıdır.
İsrail silahlı qüvvələri təcavüzkarlardan müdafiə olunmaq bəhanələri gətirərək tez-tez sahil boyu əraziləri bombalayır.
Source : islamtimes
Comment