0
Sunday 23 March 2014 - 01:26

Hakimiyyətin yürütdüyü siyasət: Üstü bəzək, altı təzək

Story Code : 364825
Hakimiyyətin yürütdüyü siyasət: Üstü bəzək, altı təzək
Hakimiyyətin yürütdüyü siyasət: Üstü bəzək, altı təzək
Bugün ölkəmizin bir çox regionlarına nəzər saldıqda əksər yerlərdə şəhərlərin abadlaşdrıma işlərinin getdiyini görə bilərik. Demək olar ki, hər gün televiziyada yeni parkların, əyləncə mərkəzlərinin, elm və mədəniyyət mərkəzlərinin, mehmanxana və restoranların açılış mərasimlərini təqdim edirlər.

Ölkəmizdə yaşamayan hər bir insan əgər bu açılışlara, tikinti-bərpa işlərinə nəzər yetirsə, bu zaman Azərbaycanın inkişaf etdiyini, xalqın firavan həyat tərzi sürüdüyünü düşünər. Bəli, Azərbaycan hakimiyyətinin də həyata keçirmək istədiyi plan, yürütdüyü siyasət məhz bu düşüncənin formalaşdırılmasını hədəfə alıb.

Ancaq həqiqət bu deyil. Bugün hakimiyyətin yürütdüyü siyasət üstü bəzək altı təzək üsuluna köklənib. Əhalisinin yarı faizindən çoxu yoxsulluq səviyyəsində yaşayan ölkəmizin park, bulvar, əlyləncə, elm və mədəniyyət mərkəzlərindən daha çox iş yerlərinə ehtiyacı var.

Əgər Azərbaycan vətəndaşı ailəsi üçün vətənində bir qarın çörək tapa bilməyib xaricə üz tutursa, bu zaman bu parklar, bu abadlıq kimin dərdinə dərman olacaq. Bugün ən çox ehtiyac duyulan sahə insanların iş ilə təmin edilməsi olduğu halda niyə təmir-bərpa işlərinə bu qədər vaxt və pul sərf edilir?

Bunun bir səbəbi var, o da ki, gözdən pərdə asmaq. Hakimiyyət bu siyasəti yürütməklə xaricə göstərmək istəyir ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsi o qədər yüksəkdir ki, artıq əhali dincəlmək, əylənmək istəyir. Çünki, adətən yaşayış tərzi yaxşı olan insanlar, maddi problemi olmayan insanlar əksər hallarda dincəlməyə üstünlük verirlər. Ancaq bilmirlər ki, bir qarın çörək pulu üçün səhər tezdən evindən çıxan Azərbaycan vətəndaşı gecə saat 12-də evə gəlirsə bu necə əyləncəyə vaxt ayırsın və yaxud hansı əyləncə haqqında fikirləşsin.

Ölkəmizdə demək olar ki, bütün sahələrdə bu siyasət əsas götürülür. Təhsil, mədəniyyət, hərbi, səhiyyə və digər dövlət idarələrində yalnız zahirə baxdıqda yüksək inkişafın şahidi olarıq, ancaq elə ki, məsələnin mahiyyətindən xəbərdar olduq, bu zaman hər şeyin göründüyü kimi olmadığını anlayırıq.

Görkəm baxımından avropa məktəbləri ilə müqayisə edilə biləcək məktəblər tikirlər. Ancaq həmin məktəblərin daxilində tədris edilən təhsilin səviyyəsinin bərbad vəziyyətdə olduğuna fikir vermirlər. Ad olsun deyə Avropa təhsil sisteminə keçirlər, ancaq o təhsil sisteminin Azərbaycanda mövcud olan bugünkü şərtlər ilə uyğun gəlmədiyinə diqqət yetirmilər. Müəllimə ən aşağı səviyyədə əmək haqqı verərək ondan Avropa təhsil sistemini öz sinifində tətbiq etməyi tələb edir.

Səhiyyədə də vəziyyət eyni ilə təhsildə olduğu kimidir. Hər cür şəraiti olan xəstəxanalar tikirlər, son texnaloji avadanlıqlar ilə təchiz edirlər, ancaq sən gəl səhiyyənin halhazırkı durumuna bax.

Vətəndaşlarımız adi xəstəlikləri belə müalicə etmək üçün qonşu dövlətlərə, məxsusən də İrana üz tuturlar. Əgər bu xəstəxanaların vətəndaşa xeyri dəyməyəcəksə bu zaman ona nə ehtiyac var.Bu misalları xeyli artımaq olar. Azərbaycan bütün sahələrdə belədir.

Gözdən pərdə asaraq hamıya Azərbaycanın inkişaf etdiyini göstərməkdir. Həqiqi xalqını, millətini düşünən hakimiyyət ilk növbədə xalqının yaşayış səviyyəsini düzəldər, sonra əyləncə haqqında fikirləşər. Əvvəl iş yerləri açar, sonra parkları. Bəzən də yenə də gözdən pərdə asmaq üçün iş yerləri də açırlar, nacaq bu iş yerinin olmasından elə olmaması yaxşıdır. Bu tip yerlərə iş yeri yox, insan əməyinin istismarı adı vermək düzgün olar.
Source : Islamtimes
Comment