0
1
comments
Thursday 26 December 2013 - 23:39

Türkiyə olaylarında İran məqamı

Story Code : 334620
Türkiyə olaylarında İran məqamı
Türkiyə olaylarında İran məqamı
Türkiyədə baş verən hadisələrə “qardaş ölkə” prizmasından Azərbaycan cəmiyyətində müəyyən qədər həssaslıqla rekasiyalar verilir, müzakirələr aparılır, bu dəfə antikorrupsiya əməliyyatlarında həbs olunan vəzifəli və tanınmış adamların Azərbaycanla bağlılığı isə mövzuya daha çox diqqəti cəlb etdi.

Gündəmdə ən çox müzakirə olunan Türkiyə olaylarında adı hallanan Sədərk Gömrüyünün vəzifəli şəxsindən daha çox iranlı iş adamı Rza Zərrbadır.

Mətbuatın Türkiyə və digər qaynaqlara istinadən verdiyi məlumatlarından belə anlaşılır ki, Rza Zərrab İrandakı rəisi Babək Zəncanla birlikdə Türkiyədə, Azərbaycanda, ərəb ölkələrində İran dövlətinə məxsus olan pulların dövriyyəyə salması ilə məşğul olub. Məlumatlar yayıldıqca isə bəlli olur ki, Rza İran dövlətin məxsus olan pulları təkcə dövriyyəyə salmayıb həm də qadınlara, şou dünyasının ulduzlarına külli miqdarda pullar xərcləyib, bu azmış kimi hələ adı da ən arzuolunmaz adam kimi hallanıb.

Zərrabın milyonlarla pulu qadınlara xərcləməsi cəmiyyətdə bir çox suallar doğurur, adı azərbaycanlı iş adamı Mübariz Məsimov, Milli Məclisin deputatı Cavanşir Paşazadə ilə əməkdaşlıqda da hallanır.

Maraq doğuran məqamlardan biri isə bundadır ki, Zərrabla adının yan yana çəkilən şəxslər məsələyə isterik münasibət bildirir, onu tanımadığını, Rza ilə heç bir iş əlaəqsinin ola bilməməzliyini
iddia edir, bu cür yazılarla çıxış edən mətbuata qarşı dava açacaqlarını qeyd edirlər. Türkiyədə isə olayların davam gəlməkdədir, AKP hakimiyyəti 10 nəfər naziri istefaya göndərib hökumətin yeni tərkibini formalaşdırdı.

Baş verən hadisələr məsələnin sadəcə olaraq zahiri tərəfidir, əsl savaş isə başqadır. Ərdoğanla Gülən arasında münasibətlərin korlanması də elə bu kontekstən izah olunmalıdır. Suriyada məğlub olan qərb bunu həzm edə bilmədiyi üçün İrana qarşı birbaşa hücum etməyə cəsarət tapa bilmədiyi üçün aranı bu cür qarşıdırmaq qərarına gəldi, bunun üçün də İranın Türkiyədəki iş adamlarını korrupsiya adı ilə sıradan çıxartmaq üçün Ərdoğana göstəriş verdi ancaq məsələni örtbasdır etməsi üçün də bir Ərdoğan Gülən şosu çıxartdı.

Siyasətçilər də cəmiyyətə məsələni bu cür təqdim edirlər ki, Türkiyədə antikorrupsiya əməliyyatları başlanıb, bu kampaniyanın fonunda da gizli Ərdoğan və Gülən savaşı var. Batində isə Türkiyədə İrana bağlığı olan mövcud əlaqələri sıradan çıxarmaqdır.

İndidən demək olmaz ki, İranı zəiflətmək məqsədi daşıyan bu kampaniya bəhrə verdi, çünki hələ mətbuata məlum olmayan çox məqamlar var, ancaq elə indidən demək olar ki, Ərdoğan hakimiyyəti zəiflədi və zəiflik özünü seçkilərdə də göstərəcək.
Source : Islamtimes
Comment


ESSALAM.qardas sende her ne olsa iranida qatirsan ora.meseleni diqqetle arasdirin sonra melumati derc edin.men hemise sizin saytin xeberleri ile maraqlaniram.her ne olsa irani qatmiyin.