0
Monday 17 March 2014 - 00:28

Krım tatarlarının müraciəti nəyi dəyişəcək?

Story Code : 363321
Krım tatarlarının müraciəti nəyi dəyişəcək?
Krım tatarlarının müraciəti nəyi dəyişəcək?
Krımda keçirilən referendumu qərb dünyası, Türkiyə və bir sıra ölkələr tanımamasını bilə bilə rəsmi Moskvanın bu addıma getməsinin geopolitik səbəbi var, bu barədə yazsaq çox vaxtınızı ala bilərik, həm də Putinin ölkədaxilindəki reytinqinin yüksəlməsi üçün etdiyi cəhdlər də bu məsələdə öz rolunu oynayır.

Ukraynanın yeni hakimiyyətinə dəstək verən Krım tatarlarının lideri Mustafa Cəmilin bir neçə gün əvvəl Kazanada Mintimer Şaymiyevlə görüşməsi və Putinlə telefon danışığı referendum planını ləğv etmədisə də, krım tatarlarının lideri Putinlə razılaşmadı da.

Onu da demək çətindir ki, Mustafa Cəmil bütün krım tatarlarını təmsil edən şəxsdir. Rusiya görüşündən sonra Mustafa Cəmil Avropada görüşlər keçirib. Onu da qeyd edək ki, Mustafa Cəmil SSRİ dövründə 20 il həbsdə olmuş disidentdir.

Referendum günü isə Krım tatar məclisi İslam Əməkdaşlıq Təşkilatına müraciət ünvanlayaraq Krımda yaranan böhranla bağlı təşkilatdan dəstək istənilib. İƏT müsəlman ölkələri arasında ola bilər müəyyən bir nüfuza sahibdir, ancaq bu təşkilatın Rusiyaya təsir imkanları son dərəcə zəifdir, demək olar yoxdur, hətta Almaniya kansleri xanım Merkelin Putinin yanında nüfuzu daha çoxdur, nəinki İƏT-ın, bu səbəbdən müraciətin nəticəsiz qalacağına şübhə yoxdur.

Elə həmin gün Mustafa Cəmil verdiyi açıqlamada bilidirib ki, Türkiyə xarici işlər naziri Davudoğlu ona İlham Əliyevlə görüşməyi tövsiyyə edib. Buna qədər isə Cəmil Qazaxstan prezidenti Nursultan Nazarbayevlə görüşməyi planlaşdırır. Bu görüşlərin də referenduma təsri edəcəyini düşünmək üçün heç bir ciddi əsas yoxdur.

Bu arada onu da qeyd edək ki, hələ “Avromaydan” hərəkatına qədər, təxminən 10-12 il əvvəl Türkiyə və Səudiyyə ərəbistanı Krımdakı yerli müsəlmanlar və tatarlar arasında müəyyən işlər aparmaqla öz təbliğat işlərini aparmışdılar. Hər iki ölkə yerli tatarlar arasında dəstək və nüfuz sahibi olmaq üçün külli miqdarda pul xərcləməyi də özlərinə rəva bilmişdi və sözsüz ki, indi həm Türkiyə həm də Səudiyyə Ərəbistanı tərəfdaşları olan ABŞ-ın mövqeyinin krım tatarlarının da dəstəklənməsi üçün az cəhd etməyəcəklər.
Source : Islamtimes
Comment