0
Monday 5 May 2014 - 12:34

Bakı Apelyasiya Məhkəməsinin 5 may günü

Story Code : 380025
Bakı Apelyasiya Məhkəməsinin 5 may günü
Bakı Apelyasiya Məhkəməsinin 5 may günü
Bu gün Bakı Apelyasiya Məhkəməsi hicab məhbusu Hacı Taleh Bağırzadənin apelyasiya şikayətini təmin etməyib. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə vəkil Cavad Cavadlı müvəkkilinə bəraət verilməsini və çıxarılan hökmün ləğv edilməsini ilə bağlı vəsadət qaldırdı, hakim vəsadəti rədd etdi. Hicab məhbusu isə məhkəmədə çıxışı zamanı deyib ki, ölkədə ədalətli məhkəmə sistemi olmadığı üçün heç kimdən heç nə istəmir. Tale Bağırzadənin bəyanatından açıq aşkar görünür ki, hicab məhbusu Azərbaycan məhkəmələrindən heç nə gözləmir, bu da o deməkdir ki, əliyev rejiminin sifarişini yerinə yetirən məhkəmə sistemi istədiyi dini fəalı şərləyərək uzun müddətə həbsə atsa nə Azərbaycanda, nə də dünyada heç kim qüvvə hicab məhbuslarının dadına çatmayacaq. Belə bir bəyanatın Tale Bağır kimi mübariz dini fəal tərəfindən səsləndirilməsi əlbəttə ki, vəziyyətin ağır olmasından xəbər verir. Elə bu gün elə həmin Bakı Apellyasiya Məhkəməsində başqa bir məhkəmə iclası da keçirildi. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə keçmiş deputat Gülər Əhmədova şərti azadlığa buraxılıb. Hökm zamanı Gülər Əhmədovanın ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınaraq barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti azadlıqla əvəzlənib. Xanım Əhmədovanın vəkili isə müvəkkilinin bəraət alması üçün çalışacağını qeyd edib. Bəli, bu Azərbaycan reallığıdır, deputat mandatının alverini edən və bununla hakimiyyətin mənimsənilməsi kimi cinayətdə iştirak edən şəxs azadlığa çıxır, lakin vətəndaşların konstitusion hüquqlarını, daha konkret desək, hicablı qızların təhsil alması tələbi ilə çıxış edən dindarlar isə həbsdə saxlanılır.
Source : Islamtimes
Comment