0
Monday 14 April 2014 - 10:48

Sabiq ABŞ prezidenti İsrailin İrana hücum etmək haqqı və qabiliyyətinin olmadığını bildirib

Story Code : 372592
Sabiq ABŞ prezidenti İsrailin İrana hücum etmək haqqı və qabiliyyətinin olmadığını bildirib
Sabiq ABŞ prezidenti İsrailin İrana hücum etmək haqqı və qabiliyyətinin olmadığını bildirib
Karter ABŞ-ın MSNBC telekanalına verdiyi müsahibəsi zamanı sabiq vitse prezident Dik Çeninin Tel Əviv rejiminin İrana qarşı birtərəfli hücum edə bilməsi haqqında dediklərinə şərh verməsi xahiş edildiyi zaman deyib: “Mən heç vaxt inanmamışam ki, İsrail 1200 mil və yaxud daha çox yol qət edərək İrana effektli şəkildə hücum etsin və daha sonra isə sağ-salamat İsrailə geri qayıtsın.”

O daha sonra deyib: “Dünyada bu qabiliyyətə malik olan yeganə ölkə ABŞ-dır və mən inanmıram ki, ABŞ halhazırda İrana hücum etməsi ölkə maraqları üçün münasibdir.”

Tehranın nüvə silahına sahib olduğu təqdirdə eyni mövqedə qalacağı haqqında soruşulan suala Karter deyib ki, əgər İran bir nüvə silahı əldə edərsə, bu zaman İsrailin 300 yaxud daha çox nüvə silahı olduğunu hər kəs bilir. Mən bilirəm ki, hər iranlı dərk edir ki, əgər onlar nüvə silahından istifadə etsələr bu zaman İran yer üzündən silinəcək və bu səbəbdən də onlar heç bir zaman bu addım atmazlar.

Bu açıqlama İslam Respublikasının 5+1 qrup ölkələri ilə nüvə enerji proqramı üzərində yaranmış mübahisəyə son qoymaq üçün davam edən nüvə danışıqlarının növbəti mərhələsi zamanı edildi.

İsrail rejimi tərəfindən olan təziqlər altında ABŞ və onun qərbli müttəfiqləri İran xalqına qarşı bir sıra sanksiyalar tətbiq edilməsinə nail olmuşdular.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə uzun müddətdən bəri razılaşması və əməkdaşlığı olmasına baxmayaraq İslam Respublikasına qarşı bu addım atıldı.

İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei nüvə silahına sahib olmaq və onu saxlamğın böyük günah olduğunu və İranın yürütdüyü siyasətin dayandığı İslam prinsipləri ilə ziddiyət təşkil etdiyini bildirmişdir.

Ancaq xeyli sayda nüvə başlığına sahib olan İsrail rejimi heç vaxt beynəlxalq müfəttişlərin nüvə obyektlərində təftiş aparmasına icazə verməmişdir.

ABŞ və Qərb dövlətləri isə buna baxmayaraq heç vaxt İsrail rejiminin gizli nüvə fəaliyyəti haqqında narahatçılıqlarını ifadə etməmişdilər.
Source : İslamtimes
Comment