0
Thursday 12 December 2013 - 00:04

Türkiyənin silahları İslami Cəbhənin əlindədir

Story Code : 329798
Türkiyənin silahları İslami Cəbhənin əlindədir
Türkiyənin silahları İslami Cəbhənin əlindədir
Suriyada hökumətə qarşı vuruşan xarici dəstəkli döyüşçülərdən ibarət olan və özünə Azad Suriya Ordusu (ASO) adını verən qrupdan keçən ay ayrılan altı İslami təşkilatın qurduqları İslami Cəbhə bir gün əvvəl ASO-nun əlində olan Türkiyə sərhədindəki Bab əl-Hava sərhəd qapısını ələ keçirdi. Mərkəzi İngiltərədə olan Suriya İnsan Haqları Müşahidə Təşkilatından (SOHR) verilən açıqlamada Cilvegözü Sərhəd darvazasının Suriya tərəfində yerləşən İdlib əyalətinə bağlı Bab əl-Hava ilə birlikdə bölgədəki bütün silah anbarlarını İslam Cəbhəsinin əlinə keçdiyi ifadə edildi. Təşkilatın şərhinə görə, adı hallandırılan anbarlarda Türkiyədən ASO-ya göndərilən silahlar tapılmışdı. SOHR bundan başqa ASO və İslami cəbhə arasında çıxan qarşıdurmada ən az beş nəfərin öldüyünü söylədi, ancaq ölənlərin hansı tərəfdən olduğunu açıqlamadı. Qarşıdurmadan qaçan bəzi ASO komandirlərinin bölgədə olan bazaları boşaldaraq Türkiyəyə qaçdığı iddiası irəli sürüldü.
ASO sözçüsü Luay Miqdad da İslami Cəbhəni onlara kömək etmək təklifi edərək bölgədəki bazalara girdiyini, ancaq sonradan ASO üzvlərinin ayrılmasını istədiklərini və silah anbarlarına İslami Cəbhə bayraqlarını asdıqlarını söylədi.

İslami Cəbhənin Bab əl-Havadırı ələ keçirməsi, təşkilatın ASO komandirliyini tanımadığı şərhindən dörd gün sonra gəldi. Qeyd edək ki, Ahraruş Şam, Tövhid Briqadası, İslam Ordusu, Şükür əl –Şam, Liva əl- Haqq və Ənsar əl -Şam keçən ay bir araya gələrək İslami Cəbhəni qurduqlarını açıqlamışdılar.

ASO içərisində fəaliyyət göstərən bu silahlı qruplar 25 sentyabrda aralarında Əl -Qaidənin Suriya qolu olaraq bilinən Nusra Cəbhəsinin və Ahraruş -Şam adlı İslamçı silahlı təşkilatların də imzaladığı bir məlumatda Suriyadakı dəstəkli müxalifətin dam təşkilatı Milli Koalisiya və onun qurduğu hökuməti tanımadığını açıqlamışdı. Nusra Cəbhəsi xaricindəki İslamçı silahlı qruplar 22 noyabrda İslami Cəbhə adlı bir koalisiya qurmuş, lakin ASO ilə koordinasiyalı fəaliyyəti davam etdirdiyini açıqlamışdı. Lakin dörd gün əvvəl İslami Cəbhədən edilən şərhdə ASO Komandiri Səlim İdrisin sahəyə əmr edə biləcək gücdə olmadığı ifadə edilmiş və ASO-dan ayrıldıqlarını bildirmişdilər.

Kimyəvi silahlar
üçün hazırlıq
Suriyada döyüş və rəqib müxalif qruplar arasındakı qarşıdurmalar davam edərkən, Suriya rəhbərliyinin əlində olan kimyəvi silahların məhvi mövzusunda ABŞ-da hazırlıqlar da davam edir. ABŞ-ın 90 gün içində silahların yox edilməsi məqsədiylə bölgəyə bir gəmi, iki səyyar məhv təsisi göndərməyə hazırlandığı ifadə edildi. ABŞ dəniz qüvvələrinin açıq dənizdə bu təhlükəli vəzifənin öhdəsindən gələ bilmək üçün bir yük gəmisini lazımlı vəsait ilə təchiz etdiyi bildirilir.

İraqda Əl-Qaidə güclənir
İraq və Suriyada fəaliyyət göstərən Əl-Qaidə əlaqəli İraq Şam İslam Dövləti (İŞİD) İraqın çox sayda şəhərində nəzarəti ələ keçirə bilmək üçün böyük bir hücuma başlamışdı. Bir ildən uzun bir müddətdir üzvlərini həbsdən qaçıran İŞİD ayrıca davamlı olaraq yeni insanları “ordusuna” qataraq İraq dövlətinə qarşı mübarizə edir. Məqsədi şəriət ilə idarə olunan yeni bir dövlət qurmaq olan İŞİD bu il İraqda yaşanan və 6 min 200-dən çox insanın ölümünə səbəb olan terror hadisələrinin böyük bir qisminin məsuliyyətini boynuna götürdü.

ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzetinə görə, qrup artıq fərqli bir dövrə girir. Suriyanın bəzi bölgələrində məhkəmə, məktəb və sivil bürokratiya kimi dövlətin əsas komponentlərini qurmağa başlayan qrup İraqda da qalıcı olduqlarını göstərmək üçün davamlı olaraq ordu gücləri ilə qarşıdurmalara davam edir.
Xalqı qorxudaraq təhlükəsizlik güclərindən uzaqlaşmaları və özlərinə qatılmalarını təmin edən təşkilat hökumətin səhv siyasətini də bu nöqtədə öz lehinə istifadə etməyə çalışır və beləcə güclənməyə davam edir.
Source : Islamtimes
Comment