0
Wednesday 30 April 2014 - 21:52

Tutdular, buraxdılar, sonra nə olacaq?

Story Code : 378091
Tutdular, buraxdılar, sonra nə olacaq?
Tutdular, buraxdılar, sonra nə olacaq?
Aprelin 29-da gecə saatlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus hava limanında Bakı Doha reysi ilə səfərə çıxan zaman saxlanılıblar.

Hadisəni şərh edən jurnalistlər belə nəql edir ki, Leyla xanım və həyat yoldaşı Brüsseldə keçiriləcək bir tədbirdə iştirak etmək üçün bu ölkəyə səfərə çıxırlar, həmin günü Bakıdan Brüsselə birbaşa aviareys olmadığı üçün onlar Qətərin Doha şəhərinə ordan isə Brüsselə yola düşməli idilər.

Onlar Fransa səfirliyinin avtomobili ilə Heydər Əliyev hava limanına gəlirlər, onları Fransanın Bakıdakı səfiri Paskal Mönye və ABŞ səfirliyinin nümayəndəsi və “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev müşayət edirlər. Hava limanında pasport nəzarət məntəqəsini keçərkən sərhəd buraxılış məntəqəsində xidmət aparan sərhədçi zabit Leyla və Arif Yunusla bir qədər mübahisə etdikdən sonra onların pasportuna ölkədən çıxış ştampı vururlar.

Hüquq müdafiəçiləri təyyarədə öz yerində oturmaq üçün bir neçə dəqiqə qalmış onlara bildirirlər ki, uça bilməyəcəklər və artıq baqajları geri qaytarılıb. Təsəvvür edin, pasport nəzarətində aparılan rəsmiyyətə görə onlar artıq ölkəni tərk etmiş sayılır, lakin onları geri qaytarıb mülki geyimlilər həbs edir.

Həbsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Yasamal rayon polis idarəsi həyata keçirir. Leyla və Arif Yunusu idarədə 6-7 saat dindirdikdən sonra evdə baxış keçirmək üçün onların evinə gəlirlər, bu zaman Arif Yunus mikroinfarkt keçirir, huşunu itirir və xəstəxanaya yerləşdirilmək üçün təcili tibbi yardım maşınla yola salınır.

Uzun müddət dindirilmədə saxlanılan Leyla Yunus axtarış aparmaq üçün müvafiq qaydada order tələb edir, bundan başqa bir polisdən də şikayət edir. Belə ki, şəkər xəstəsi olan Leyla xanım uzun müddət dindirildikdən sonra təbii ehtiyacını ödəmək üçün tualetə getmək istəyir buna izin verilmir, məcburiyyət qarşılığında qonşulardan birinin evində tualetə getmək üçün evə sonrda da tualetə daxil olan zaman polis tualetin qapısının açıq qalmasını və Leyla Yunusu müşahidə etməyə başlayır ki, bu da Azərbaycan tarixində görünməmiş haldır. Yəni, hər kim olmasından aslı olmayaraq bir qadını polis məcbur edir ki, onun gözü qabağında soyunub təbii ehtiyacını ödəsin və bu da Leyla Yunusla baş verir.

Aprelin 29-da həyat yoldaşı xəstəxanada olan Leyla Yunus istintaqa ifadə verdikdən sonra sərbəst buraxılır və ona bildirilir ki, bu dəfə ofisində axtarış aparılacaq. Axşam tərəfi polislər Leyla Yunusun ofisinə gələrək orda axtarış aparır. Onu da qeyd edək ki, birinci dəfə Leyla xanımın evində axtarış qanuna müvafiq qaydada aparılmır, yəni ordersiz aparılır, ancaq ofisdə və təkrar olaraq yenidən evdə aparılan axtarışda isə artıq hüquq mühafizə orqanlarının əməkdaşları orderi təqdim ediblər.

Hadisələrin inkişaf zaman axarı ilə izlənəcək, lakin bu hadisənin Azərbaycan hakimiyyəti üçün artıq tənqidlərə səbəb olacağını artıq heç kim şübhə altına almır. Leyla Yunus Fransanın Legioner ordeni almış, ən fəal və hakimiyyətin neqativ əməllərini ifşa edən dünyada tanınmış hüquq müdafiəçisidir. Onu da qeyd edək ki, hicab məhuslarını müdafiə edən və onların adını siyasi məhbusların sırasına daxil edən yeganə tanınmış hüquq müdafiəçisi Leyla Yunusdur.

Mayın 12-də isə Fransa prezidenti Fransua Olan Bakıya səfəri planlaşdırılır və səfər çərçivəsində Fransa prezidenti həm də Fransanın Fəxri Legion Ordeni kavaleri Leyla Yunusla görüşü gözlənilir. Belə bir şəraitdə hüquq müdafiəçisinin həbsi, evində və ofisində axtarış aparılması, həyat yoldaşını infarkt həddinə çatdırması əlbəttə Azərbaycan hakimiyyətinin ünvanına müəyyən suallar doğurur.

Artıq dünyanın beynəlxalq hüquq müdafiə təşkilatları Leyla Yunusa qarşı represiya ilə bağlı reaksiya verib və bu reaksiyaların davamı gəlməkdədir. Yerli hüquq müdafiəçiləri baş verən hadisə ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Düzdür hal hazırda Leyla Yunus sərbəst buraxılıb, ancaq özünün və həyat yoldaşının pasportları əllərindən alınıb ki, onlar xaricə gedə bilməsin və hələ də məlum deyil ki, bundan sonra onları hansı “sürprizlər” gözləyir.

Leyla Yunusun həbsinin böyük rezonansa səbəb olacağını onu həbs edənlər və bu həbsi sifariş edənlər də çox yaxşı bilirdilər. Belə bir fikir var ki, bu olay İlham Əliyev hakimiyyətinə sərf etmədiyi halda baş verirsə, o zaman baş verənlər hakimiyyətdə təmsil olunan ə İlham Əliyevin hakimiyyətini laxladan qrupun sifarişi ilə həyata keçirilir.

Rauf Mirqədirov həbs olunan zaman keçirdiyi mətbuat konfransında Leyla Yunus bəyan etmişdi ki, növbəti həbs hədəfində özüdür, bu gün isə jurnalistlərə görüşündə bəyan edib ki, Prezident Administrasiyasında təxminən 15 nəfərdən ibarət Ermənistana casusluq edən qrup aşkarlanmalı və onlarında başında Leyla Yunus durmalıdır.
Source : Islamtimes
Comment