0
Sunday 26 October 2014 - 07:38

Brayza Azərbaycan haqda nələr dedi?

Story Code : 416476
Brayza Azərbaycan haqda nələr dedi?
Azərbaycanın karbohidrogen sektorunu Qərb ölkələri, habelə Rusiya və İranın sərmayədarlarına açıq elan etməsi ilə bağlı verilən cəsarətli qərarı möhtəşəm uğurlarla nəticələndi. Bunun sayəsində biz hazırda Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu və Türkiyədə ən iri məbləğli sərmayəçiyə çevrildiyini görürük”. 
Axar.az-ın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. Brayza AzərTAc-a müsahibəsində bildirib ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkəyə böyük uğurlar və nüfuz qazandırıb: 
“Bir məqamı da qeyd etmək istərdim. BP şirkəti dünyada mənfəət əldə etdiyi ən önəmli mərkəzlərdən danışarkən dörd yeri qeyd edir: Şimal dənizi, Anqola, Azərbaycan və Meksika körfəzi. Görürsünüz, Azərbaycan BP üçün önəmli hesab edilən dörd yerdən biridir. Bu, şərh etdiyim böyük siyasətin bəhrəsidir”.
Comment