0
Sunday 31 October 2010 - 12:30

PKK RƏHBƏRİNDƏN MÜDHİŞ ETİRAF

Story Code : 42343
PKK RƏHBƏRİNDƏN MÜDHİŞ ETİRAF
PKK RƏHBƏRİNDƏN MÜDHİŞ ETİRAF
PKK-nın Suriya qolunun lideri Murad Karayılan verdiyi son müsahibədə çox mühüm məsələlər açıqlayıb. Türkiyənin "Radikal" qəzetinin jurnalisti bu müsahibəni almaq üçün PKK-nın yerləşdiyi qərargaha gedib. Qəzetə müsahibə verən Karayılan bəzi sualları cavablandırıb.

"Biz əslində davamlı atəşkəsin olmasını istəyirik. Müqavilə qarşımızdadır. Etibarlı addımlar atmalıyıq. Əməliyyatların dayandırılması bir addım atmaqla mümkün ola bilər. Öcalanla dialoq müddətinin artırılması mühüm rol oynayır. Ən son dialoq 16 sentyabrda oldu. Hələ ki, müsbət nəticə yoxdur. Etibarlı təkliflərin hazırlanması lazımdır. Bizlər hələ ki, gözləyirik, qərar verməməşik. Mənfi münasibətə baxmayaraq, optimist bir rəftar edə bilmərik. Bəzi şeylər də var ki, bizdən asılı deyil. Bizim istəyimiz dialoqa və müzakirə müddətinə başlamaq və birdəfəlik atəşkəs əldə etməkdir. Bizim liderlərdən olan Həsən Camal əlimizi tətikdən çəkməməyimizi istiyirdi. Biz mübarizəni saxlalmaq istəyirik o, isə istəmir. Hadisələri dəqiq izləyirik, vəziyyətə görə qərar verəcəyik" - deyən Karayılan, maraqlı etiraflar da edib.

- Şəhid cənazələrinin artan dövrdə, sizcə sülh necə reallaşacaq? Trabzonlularla, manisalılarla, ankaralılarla necə razılaşma olacaq?
- Şübhəsiz Türkiyə xalqına qarşı məsuliyyətimiz var. Özümüzü onlara tanıtdırmaq kimi bir siyasi anlayışımız vardır. Bu mövzuda lazımsız olduğumuzu söyləyə bilmərəm. Amma bu mövzuda əsasən məsul bir seqment daha var. Türkiyənin solçu hərəkatı. Bizə mübarizəmizi izah etməyə heç vaxt icazə vermədilər.
Şovinizm ictimai bir refleksə çevrildi. Kürd hərəkatı getdikcə ictimailəşdi. Solçuluq isə uzaqlaşdırıldı. Kürd hərakatıyla aralarında daima məsafə saxladılar. Bu məsələnin həllində bizim yeganə məqsədimiz Türk xalqının razı salınmasıdır. Bu mövzudakı səylərimizi davam etdirəcəyik.

- Bir çox yerlərdə həyata keçirilən terror aksiyalarında PKK-çıların əli var. Hətta cəmiyyətdə "PKK şəhərləri cəhənnəmə çevirib" kimi ifadələr səsləndirilir. Xalqa vurduğunuz ziyan müqabilində sizlərə qarşı olan nifrətdən xəbəriniz var?
- Bunu deyim ki, son illərdə baş verən hadisələrdən sonra, bu mövzuda özümüzü daha çox anlayışlı və qanun ölçüsüylə güclərimizdən istifadə etməyə çalışırıq. Metroda da partlayış olsa belə, hətta bir nəfər vətəndaşın zərər görməməsi bizim təməl qanunumuzdur. Əvvəllər bir neçə dəfə belə hallar baş vermişdi, artıq olmayacaq. Bəli səhv etmişik.
Çox ağrılı hadisələr olub. Mavi Bazar, Çetinkaya və buna oxşar hadisələrdə çoxlu sayda günahsız vətəndaş həyatını itirdi. Bəli, bizdən böyük səhvlər baş verib. Yeri və zamanı gələndə bu səhvlər üçün xalqdan üzr istəyəcəyik. Dəyən ziyana görə də, kompensasiya ödəməyədə hazırıq. Əsla baş verən səhvlər bir daha təkrarlanmayacaq. Mənim cəmiyyətə istiqamətli mesajlarım bu istiqamətdədir.
Source : faktxeber
Comment