0
Monday 9 August 2010 - 14:05

Qafqazda müharibənin ildönümüdür

Story Code : 33613
Qafqazda müharibənin ildönümüdür
Başqa sözlə bu münaqişə ilə bağlı iki tərəf yəni Rusiya ilə Gürcüstan, habelə müstəqillik iddiasında olan Cənubi Osetiya ilə Abxaziyanın mövqelərində heç bir dəyişiklik müşahidə olunmur.

İki il o zamandan ötür və Rusiya hələ də Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini praktiki şəkildə dəstəkləyir, Moskva-Tiflis münasibətlərinin yaxşılaşması üçün ilkin şərt kimi Gürcüstan prezidenti Mixail Saakaşvilinin kənara çəkilməyini zəruri hesab edir.

Gürcüstan qərbpərəst hökumətinin mövqeyində də bu iki ildə dəyişiklik müşahidə olunmur. Gürcüstan hələ də bu iki məntəqəni öz torpağının bir hissəsi, onların müstəqilliyini ərazi bütövlüyü və milli hakimiyyətinin pozulması hesab edir.

Daha önəmlisi 5 günlük müharibədə Rusiya qarşısında gözlədiyinin əksinə olaraq qərb, xüsusilə NATO-nun hərbi dəstəyindən praktiki şəkildə məhrum olan Gürcüstana hakim siyasi qrup öz milli mənafeyini qorumaq və təmin etməyi qərb, xüsusilə də ABŞ-ın çətiri altında görür.

Başqa sözlə Gürcüstanda hakimiyyət Qafqazı ABŞ və qərbin bir tərəfdən və Rusiyanın digər tərəfdən müharibə meydanı hesab edirlər. Bu qarşılaşmada onlar qərbin cəbhəsində əsgər kimi xidmət etməyə üstünlük verirlər.

Qafqazda ən yaxın müttəfiqi yəni Gürcüstanın ərazi bütövlüyünün parçalanmasını rus rəqibi üçün qələbə hesab edən qərb də 2 il öncəki kimi sözdə Gürcüstana tam dəstəyi davam etdirir.

2008-in avqustunda rus təyyarələri və tankları Gürcüstan hərbi qüvvələrini geri oturtduqları zaman bu ölkənin ərazisinə girdi. Qərblilər təkcə etiraz və tənqid xarakterli bəyanatlar verməklə məşğul oldular. Müharibəyə son vermək üçün qərblilərin məsləhətləşmələri yalnız o zaman nəticə verdi ki, ruslar bu müharibə ilə nəzərdə tutduqları məqsədləri əldə etmişdilər və müharibənin davamına ehtiyac duymurdular.

Hərçənd ki, bu münaqişənin üç tərəfi yəni qərb, Rusiya və müstəqillik iddiasında olan məntəqələr bu barədəki vəziyyəti dəyişməyib. Ancaq 5 günlük müharibədən sonra indiyədək Qafqazda mövcud vəziyyəti qorumaq Rusiya üçün qələbə hesab olunur. Çünki beynəlxalq qanunlar və hətta qərblilər və onların siyasi və hərbi qurumlarının birliyinin heç biri açıq-aşkar şəkildə Rusiyanın Qafqazdakı mənafeyinə kömək edən və ABŞ-ın bu regiondakı nüfuzuna zərbə vuran şəraiti dəyişə bilməmişdir.

Qərblilər praktiki şəkildə Qafqazda yeni qüdrət və nüfuzda müvazinəti qəbul edib. Çünki son iki ildə dəyişiklik üçün heç bir ciddi layihə icra etməmişlər.

Ancaq bəzi siyasi müşahidəçilər proqnozlaşdırırlar ki, mövcud vəziyyəti təsbit etmək sabiq Rusiyanın Qafqazdakı nüfuzunu qaytarmaq üçün Kreml hakimiyyətinin istəyini möhkəmləndirir. Buna əsasən siyasi müşahidəçilərin qənaətincə, məntiqə uyğun olaraq strateji Qafqaz məntəqəsi gələn illərdə bəlkə yenə də 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi kimi müharibələrin şahidi olacaq.
Source : IRIB
Comment