0
Friday 19 September 2014 - 21:20

Qorbaçovdan III Dünya Müharibəsi açıqlaması

Story Code : 410553
Qorbaçovdan III Dünya Müharibəsi açıqlaması
Qorbaçovdan III Dünya Müharibəsi açıqlaması
O, bu barədə İsveçrə telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, həmin şəxslər münaqişədə olan tərəflərə silah satmaqla və tarixin arxivinə atılmış “Silahlanma yarışı”nı bərpa etməklə bu müharibədə “əllərini isindirmək” istəyirlər.

Hazırda qlobal arenada həyata keçirilən siyasəti ciddi tənqid edən Qorbaçov bildirib ki, Soyuq müharibə dönəmindən sonra dünya ölkəri yavaş-yavaş sülh şəraitində yaşamağın mümkünlüyünə alışmışdılar:

“Lakin silah dəllalları hər vəchlə bu sabitliyi pozmağa çalışırlar. Bizləri də III Dünya Müharibəsinin hər an başlayacağı ilə təhdid edirlər və insanları bu təhlükəyə vərdiş etdirirlər”.

Xatırladaq ki, Qorbaçovun müsahibədəki bəzi fikirləri Avropada ciddi rezonansa səbəb olub./axar/
Source : Axar.az
Comment