0
Saturday 21 September 2013 - 00:27
Cavad Cavadov:

“Hacı Tale Bağırov kampaniya başladacaq”

Story Code : 303769
Cavad Cavadov: “Hacı Tale Bağırov kampaniya başladacaq”
Cavad Cavadov: “Hacı Tale Bağırov kampaniya başladacaq”
Buna səbəb isə, keçmiş müstəntiq Vüsal Salehovun işdən çıxma səbəbi ilə bağlı yayılıan məlumatdır. Məlumatda bildirilirdi ki, keçmiş müstəntiq özünə halal iş tapıb. Məhz bu fikir keçmiş müstəntiqin vəkil Cavad Cavadov və “Azadlıq” qəzetini məhkəməyə verməsinə səbəb olub.Bu gün isə, ilkin məhkəmə iclası keçirilməli idi. Bununla bağlı İslamazeri.az vəkil Cavad Cavadovdan münasibət alıb.

Cavad bəy bu işlə bağlı yenilik varmı?

- Bu gün ilkin tanışlıq iclası keçirilməli idi. Mən iddia ərizəsinin surətini gec aldığıma görə və iş materiallarını əldə etmədiyimə görə ərizə verdimki hazırlıq iclası təxirə salınsın. Məhkəmənin nə vaxta təxirə salındığını axşam biləcəm və bu barədə məlumat yayacam. Bu işlə bağlı mən dünən Hacı Tale Bağırovla görüşən zaman danışdıq. Tale Bağırov mənim məhkəməmdə iştirak edəcək. Şəxsən məhkəmədə mənim müdafiəmdə iştirak edəcək. Bir mənalı olaraq dedi ki, biz hər qanuni vasitə ilə bu məsələdə mübarizə aparacağıq. Tale Bağırov həmçinin bildirdi ki, əgər maddi təzminat kəsilərsə, xalqa müraciət edəcək və bu barədə kampaniya başladacaq. Bildirdi ki, bu məsələnin qabardılmasının heç bir mənası yox idi. Bu iş əks tərəfin özünə ziyandır. Mən də, belə hesab edirəm. Yəqin haram-halal məsələsi kimlərəsə çox böyük narahatçılıq yaradıb. Onu da qeyd edim ki, artıq məni 10-a yaxın vəkil müdafiə etməyə hazır olduqlarını bildiriblər. Vəkillər hamısı gəlib prosesdə iştirak edəcəklərini dedilər. Bundan əvvəl də, vəkil Xalid Bağırovun cinayət məsələsinə cəlb olunma məsələsinə 15-ə yaxın vəkil onun müdafiəsinə qoşulmuşdu. Bununda nəticəsi o oldu ki, məhkəmə Xalid Bağırovun lehinə qərar verdi.

Məhkəmə əgər sizin əleyhinizə qərar qəbul etsə Avropa məhkəməsinə və beynəlxalq təşkilatlara müraciət edəcəksinizmi?

- Biz səfirlikləri, beynəlxalq insan haqqları təşkilatlarını artıq bununla bağlı xəbərdar etmişik. Hüquqi yollarla çalışacağıqki, bu işin qarşısını alaq. Biz əks tərəflə oturub dialoq getməyə hazırıq. Gəlsinlər görək nədən narazıdırlar, onları narahat edən nədir? Mən bu müstəntiqin bu işdən getməsinə sevinmişəm, yəni yeni iş tapmasına sevinmişəm. Digər məmurlara da, bunu arzulamışam. Burda şərəf və ləyaqəti alçaldan nə ola bilər onu anlamıram. İctimaiyyət bu prosesdən mütləq xəbərdar olacaq. Dəstək olan hər bir kəsə təşəkkür edirəm.(İslamazeri)
Source : İslamazeri
Comment