0
Thursday 3 June 2010 - 11:38

3 İYUN HƏZRƏT FATİMƏNİN (S.Ə.) MÖVLUDU – XANIMLAR BAYRAMI GÜNÜDÜR

Story Code : 27520
3 İYUN HƏZRƏT FATİMƏNİN (S.Ə.) MÖVLUDU – XANIMLAR BAYRAMI GÜNÜDÜR
Cəmadüyəs-sani ayının 20-si - dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövludu günüdür. Həmin gün İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir. 
Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün - İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah Təala xanım Fatimənin (s.ə.) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) mücdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini əta edir.
 Öz qısa, lakin mənalı həyatı ilə xanım Fatimeyi-Zəhra (s.ə.) hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyur. Mübaliğəsiz demək olar ki, insan həyatının bütün sahələrində - istər fərd müstəvisində, istər ailə, valideyn-övlad müstəvilərində, istər ictimai, cəmiyyətdaxili münasibətlər müstəvilərində xanım Zəhra (s.ə.) kamil bir nümunə, Allah bəndəliyinin gerçək məktəbini təqdim etmişdir. Tərbiyə etdiyi İmam Həsən və İmam Hüseyn, xanım Zeynəb və Ümmü Gülsüm kimi övladları, xanım Zəhranın (s.ə.) İlahi kamillik yolu üçün ən böyük əməli töhfələrdəndir. 
Bununla yanaşı, xanım Fatimə (s.ə.) İslamda kamil qadın obrazını özündə təcəssüm edir. İslamın qadına olan həqiqi münasibəti, qadının ictimada, ailədə yeri və rolu barədə kamil qaneedici məlumat, məhz xanım Zəhranın (s.ə.) mübarək şəxsiyyətindən əxz edilir.
 Təsadüfi deyil ki, bütün İslam aləmində xanım Zəhranın (s.ə.) mövlud günü özünəməxsus təntənə ilə qeyd edilir. Əziz ölkəmizin yağı düşmənin tapdağı altında inləyən torpaqlarından başqa, istisnasız olaraq bütün guşələrində bu gün gözəl və nəcib atmosferdə qarşılanır və bayram edilir. Biz də bu münasibətlə xalqımızı və xüsusilə xanımları təbrik edirik.
 Bizimlə bu mövzunu bölüşmək və ürək sözlərini bildirmək üçün ilahiyyatçı Hacı Seyyid Mirkazım Əyyubzadə ilə əlaqə saxladıq, ağa birlik.az-a bildirdi ki, “Xanım Fatimeyi Zəhra (s.ə.) aləmlərin xanımıdır.Yəni dünya və aləm o Xanıma xatir yaranıbdır.
 Bu bayram xanımlarla yanaşı həm də seyidlərin bayramıdır. Bu bayram münasibəti ilə ümum mömünləri, xüsusən Əhlibeyt aşiqlərini, xanımları və seyyidləri səmimi qəlbdən təbrik edirəm. Bütün müsəlmanların bu bayramı mübarək olsun.”
Dinlə
www.birlik.az/modules.php
Source : birlik
Comment