0
Friday 18 September 2009 - 14:51
Ayətullah Məkarim Şirazi:

“QÜDS GÜNÜ - MÜSƏLMANLARIN BAYRAM GÜNÜ, İSRAILIN MATƏM GÜNÜDÜR”

Story Code : 11851
“QÜDS GÜNÜ - MÜSƏLMANLARIN BAYRAM GÜNÜ, İSRAILIN MATƏM GÜNÜDÜR”
Ayətullah Məkarim-Şirazi öz təfsir dərsinin davamında buyurmuşdur: “Qüds günü müsəlmanların vəhdət günü və Beytul-Müqəddəs onların ilk müştərək qibləsidir. Qüds günü ixtilaf günü deyildir və həmin gün gərək bütün ixtilaflar kənara qoyulsun və hamı bir yerdə vəhdətdə olsun. Müsəlmanlar həmin günü göstərmək istəyirlər ki, siyasi ayıqlıqla yanaşı, ictimai ayıqlığa da malikdirlər”.

Ayətullah Məkarim-Şirazi davam edərək, bildirmişdir ki, Orta Asiya dünyanın həsas məntəqəsi sayılır və dünya nefti və enerjisinin çox hissəsi burada yerləşir. O, deyir: “Fələstinlilərin torpaqlarını satın almaq - hegemonların ilk addımı idi və fələstinlilərin torpaqlarının bir hissəsini satın alandan sonra bir çoxları orada sakin oldular və onların bu məntəqəyə ordu gətirməyi başlandı. İndi məzlum fələstinlilər ki, Fələstinin həqiqi sakinləri idi, öz mənzillərindən bayıra atılıb, müxtəlif ölkələrdə mühacir oldular”.

O, davam etdi: “Hər il mübarək Ramazan ayının sonuncu cüməsində çox möhtəşəm nümayiş təşkil edilir. Qüds gününü nümayiş etmək sionist rejimə son dərəcə böyük təsir edir. Həmin gün insanlar bir səslə fəryad çəkirlər “Əl-Qudsu Ləna” və hər il Qüds günü İsrailin dağını təzələyirlər və bu gün İsrailin boğazına ilişən bir sümük kimidir. Əgər bu gün olmasaydı, Fələstin məsələsi yaddan çıxardı. Qüds günü - müsəlmanların bayram günü, İsrailin matəm günüdür.

İlahi Peyğəmbərlər zühur edən zaman məhdud sayda insanlar onlara qoşulurdular və o kəslər ki, iman gətirirdilər, əqidələrində möhkəm idilər. O zaman ki, İslam Peyğəmbəri ilk dəfə mübarizəyə qalxdı və məhdud sayda insanlar ona qoşuldular, onların ilk müharibəsi Haqq ilə küfrün mübarizəsi idi və onların sayı 313 nəfər idi və imkanları və silahları çox az və sayları düşmənlərin sayından üç dəfə az idi və düşmənləri də dövrlərini ən yaxşı silahları ilə təchiz olunmuşdular”.

Hövzənin bu müəllimi buyurdu: ““Hud” surəsində Həzrət Nuh haqqında deyilir ki, Allah ona vəhy edir ki, rahat olsun, bu 80 nəfərdən başqa ona heç kim iman gətirməyəcəkdir. Onların əməllərindən narahat olma, Bizim hüzurumuzda və bIzim vəhyimizlə gəmi tikməyə başlayın”.

“Qrup-qrup gəlirdilər və Nuhu və tərəfdarlarını ki, yaxında dənizin olmadığı bir çöllü-biyabanda gəmi tikirdilər, məsxərəyə qoyurdular. Həzrət Nuh onlara qarğış etdi və Allahdan istədi ki, kafirlərin nəslini yer üzündən silsin. Nuhun bu qarğışı qəzəbindən deyildi, əksinə ona görə idi ki, onlar möminlərin yollarını azmağına səbəb olurdular və onların nəslindən də fasid insanlar törəyirdi. Nuhun qarğışı qəbul oldu və kafirlər İlahi əzaba düçar oldular və həmin su ki, həyatın mənbəyi sayılırdı, göylərdən yağdı və bulaqlardan qaynadı və onların canını almaq tapşırığı aldı.

O, cavanlara xitab edərək, bildirdi: “Əllamə Məclisi “Bəharul-Ənvarda” nəql edir ki, əzabın nazil olmasından sonra şeytan Həzrəti Nuhun yanına gəlir və deyir ki, sən mənə xidmət etmisən və mən də əvəzində sənə nəsihət verirəm. Həzrəti Nuh ağlayır və deyir ki, sənə nə xidmət etmişəm? Şeytan dedi ki, onlara qarğış etmisən və qarğışın qəbul olub, sonra şeytan deyir: üç yerdə məni yada sal ki, mən orada sənə yaxınam, əvvəl o zaman ki, qəzəblənmisən və əsəbisən, ikincisi o zaman ki, hakim olursan, yüksək vəzifəyə təsadüf edirsən və üçüncüsü o zaman ki, evdə naməhrəm qadınla tək qalırsan, qapı bağlı və heç kim orda yoxdur, orada olan üçüncü şəxs mənəm”.
Source : "Deyerler" AIN
Comment