0
Tuesday 14 October 2014 - 19:11

ABŞ-ın Ferqyuson şəhərində yeni iğtişaşlar baş verib, 48 nəfər saxlanılıb

Story Code : 414612
ABŞ-ın Ferqyuson şəhərində yeni iğtişaşlar baş verib, 48 nəfər saxlanılıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  nümayişdə 6 min adam iştirak edib.
41 nəfər ictimai asayişi pozduğuna görə, 6 nəfər  yolu bağlayaraq polisin tələbinə tabe olmadığına görə saxlanılıb. Daha bir etirazçı yaxınlıqdakı Sent-Luis şəhərində həbs olunub.
Xatırladaq ki, avqustun 9-da qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirilib. Bundan sonra Ferqyson şəhərini etiraz aksiyaları bürüyüb, polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.  Bir neçə etirazçı polislə toqquşmalarda xəsarət alıb. Sentyabrın 25-də baş verən iğtişaşlarda ən azı 5 nəfər həbs edilmiş, 2 polis əməkdaşı xəsarət almışdı.
Comment