0
Thursday 17 April 2014 - 14:33

Növbəti sonuncu xəbərdarlıq

Story Code : 374518
Növbəti sonuncu xəbərdarlıq
Növbəti sonuncu xəbərdarlıq
İlham Əliyev hakimiyyətə gəldikdən bəri il ərzində hər rübü üçün Nazirlər Kabinetinin toplantısını keçirir və aprelin 13-də növbəti 41-ci iclası keçirildi. Ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda əvəllər olduğu kimi prezident Əliyev yanlış statistik rəqəmlər üzərində çıxışlarını qurduqdan, analoqu olmayan inkişafdan və uğurlardan bəhs etməklə yanaşı bəzi məqamlara da toxunur ki, sonradan bu mövzular sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusuna çevrilir. Bu dəfə də belə İlham Əliyevin çıxışında belə məqamlar oldu. İlham Əliyev son bir neçə ildə Bakıda yaşıllığı məhv edən, xüsusilə ağacları qırıb onlarn yerində hündür binalar tikən işbazları sərt tənqid etdi, onları vicdansız və cinayyətkar adlandırdı, belə bir vəziyyətin biabırçılıq olduğunu qeyd etdi. Yəqin prezident Əliyevin bu çıxışı daha çox son zamanlar Nəbatət bağı ətrafında yaranan olaylarla bağlıdır. Belə ki, bir neçə gün əvvəl mətbuatda gedən xəbərlərə görə bir qrup naməlum şəxslər Nəbatət baxğında ağacları kəsiblər, lakin müstəqil jurnalistlərin hazırladıqları reportajlarda bu xəbərlər öz təsdiqini tapmadı. Lakin bu o demək deyil ki, Bakıda ağaclar kəsilmir, yaşıllıq məhv edilmir, əksinə günü gündən bu tendensiya inkişaf etməkdədir, hətta ictimai fəallar və mətbuat buna “yaşıl terror” adı verib. Prezident İlham Əliyev “yaşıl terror”dan danışarkən unudur ki, ağacları məhv edib ev tikən adamlar, şirkət sahibləri başqa planetdən gələnlər deyil, elə əliyev rejimində yüksək vəzifə tutan məmurlar və onların qohumlarıdır. Hamı yaxşı bilir ki, yüksək vəzifəli məmurların dəstəyi olmadan heç bir şirkət və ya iş adamı Bakıda ev tikə bilməz, nəinki ağcları kəsməklə ümumiyyətlə bunu heç boş sahələrdə də edə bilməz. Həmin şirkətlər və məmurlar haqqında da ən çox məlumatı olan şəxs elə İlham Əliyevdir və bunu da cəmiyyət çox yaxşı bilir. Onda prezident həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbir görmək əvəzinə nə üçün onlardan şikayətçi olur? Axı İlham Əliyevin səlahiyyətləri çox genişdir, həm formal olaraq həm də batildə. Bu sualın cavabını cəmiyyət özü üçün çoxdan müəyyən edib, o da budur ki, İlham Əliyevin məmur cinayətlərinə qarşı “mübarizəsi” ancaq imitasiyadan ibarətdir. Bakının küçə və meydanlarında əlinə çubuq alıb parkinqlə məşğul olan adamlara az rast gəlmirik. Ilk baxışdan belə görünür ki, bu adamlar özbaşına parkinq biznesi qurub, lakin onlarla danışanda görürsən ki, biznes qanunsuz, qeyri rəsmi olsa da bu adamlar heç də özbaşna deyil, onları bələdiyyə və sahədə xidmət çəkən polis patrul xidmətinin əməkdaşları himayə edir, həttə pul verməkdən imtina edən sürücülər olarsa onlar polisin təzyiqi ilə üzləşir. Prezident bu məsələyə də toxunaraq bəyan edib ki, bunlar özbaşnalıqdır və bu cür parkinqlər Azərbaycanın hazırkı inkişafına yaraşmır. Prezident İlham Əliyev qanunu pozan işbazlara növbəti son xəbərdarlığını da etməyi unutmayıb. Bir də İlham Əliyev Ukrayna və regiondakı son hadisələrə dolayısı ilə toxunaraq Avropa təsisatlarından, ABŞ-dan şikayətini dilə gətirib. Belə ki, Krımın ilhaqı ilə bağlı ABŞ və AB Rusiyaya qarşı sanksiyalar tətbiq etdi, sərt reaksiyalar verdi. Ancaq 20 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, nə ABŞ nə də AB Ermənistanla bağlı hər hansı ciddi addım atmayıb. Bu gileyi asanlıqla İlham Əliyev dilə gətirib, çünki bunun üçün çox əlverişli şərait yaranıb.
Source : İslamtimes
Comment