0
Sunday 1 June 2014 - 16:03

Azərbaycan cəmiyyətində dindar məhbuslara olan sevgi

inanc əhlinə qarşı repressiyalar tam əks nəticə ortaya qoymaqdadır.
Story Code : 388262
Azərbaycan cəmiyyətində dindar məhbuslara olan sevgi
Azərbaycan cəmiyyətində dindar məhbuslara olan sevgi
Mayın 31-də Azərbaycan İslam Partiyasında qurumun gənclər təşkilatının təşəbbüsü ilə “İctimai-siyasi sahədə fəal gənclər vicdan məhbusları haqqında” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda başda AİP sədri Hacı Mövsüm Səmədov olmaqla, partiyanın daha bir neçə üzvü və haqsız həbs olunan digər məhbuslar, bu həbslərin saxta motivləri barədə geniş məlumat verilib.
Göründüyü kimi 2013-cü il prezident seçkilərindən sonra hakimiyyətin repressiya maşını nə qədər güclü işləsə də, vicdan məhbusları ictimai diqqətdən kənarda qalmayıb və müxtəlif münasibətlərdə onlarla həmrəylik ifadə olunur , özü də heç nədən çəkinmədən.

Hazırda islamçı məhbusların müdafiəsinə qalxan təkcə onların məsləkdaşları deyil , həm də ictimai mühitdə yaranmış oyanışın nəticəsi olaraq digər siyasi qüvvələr, o cümlədən azad fikirli və tərəqqipərvər insanlar da bu müdafiə kampaniyasına qoşulublar.

Bu isə heç şübhəsiz əqidə məhbuslarının ictimaiyyət arasında dərin hörmətə və izzətə malik olmasına dəlalət edir. Yeni Müsavat qəzetinin köşə yazarı Zahid Səfəroğlu 2013-cü il aprelin 14-də dindar məhbuslarla öz həmrəyliyini və onların günahsız olduğuna inandığını beləcə xarakterizə etmişdi: “Azərbaycan Respublikasının cəza çəkmə müəssisələri bəlkə də indiyədək dindar kəsimə aid siyasi dustaqlarla bu qədər dolmamışdı. Özü də tutulanların əksəriyyəti təkcə dini sferada deyil, ümumən cəmiyyətdə kifayət qədər hörmət-izzət sahibi olan, sayılıb-seçilən insanlardır. Buna baxmayaraq onların mütləq əksəriyyətinə islami dəyərlərə böyük həqarət olan narkotik ittihamı ilə cəza kəsilib. Məsələ ondadır ki, inanc əhlinə qarşı repressiyalar tam əks nəticə ortaya qoymaqdadır. Bunun sübutu kimi son illər ölkədə dinçi siyasi və ya vicdan məhbuslarının sayının artdığını göstərmək olar. Bu fakt sözsüz ki, Azərbaycanda inanclı kəsimin siyasi cəhətdən fəallaşması və daha yaxşı təşkilatlanmasından, eyni zamanda ictimai proseslərə real təsir göstərməyə başlamasından və elementar haqları belə əlindən alınmış xalqın acınacaqlı durumuna dözməyərək bu duruma açıq etiraz püskürməsindən qaynaqlanır. Təbii ki, bu fəallaşma adekvat olaraq qarşı tərəfdə qıcıq yaradır. O üzdən ən çox repressiyaya, təqiblərə məruz qoyulan qruplardan biri də dini təbəqə və onun tanınmış simalarıdır.”

Müşahidəçilərin fikrincə, xalqın düşünən beyni dini məsələdə ortaya çıxmış haqsızlığı həzm edə bilmir və bu tendensiyanın genişlənməsi mövcud hakimiyyəti təlaşa salan əsas amilə çevrilib.

İndi artıq hər kəs görür ki, uzun illərdən bəri Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin ayrılmaz atributlarından olan baş örtüyünə qarşı ögey münasibət sərgilənməkdədir.
Əhalisinin mütləq əksəriyyəti müsəlmanlardan ibarət Azərbaycan Respublikasında 20 ilə yaxındır hicablı xanımlar başörtüyü ilə şəxsiyyət vəsiqəsi və ümummilli pasport ala bilmirlər. Onlardan başıaçıq şəkil təqdim etmələri tələb olunur. Dövlət müəssisələrinin bir çoxunda hicablıların işləməsi üçün qeyri-formal qadağa qoyulub. “Vahid forma” bəhanəsi ilə inanclı məktəbli qızların təhsil hüququ pozulub və bütün bunlara qarşı etiraz səsini ucaldan fəalları təcrid etmək üçün hakimiyyət özünün təzyiq mexanizmini gücləndirilmiş iş rejiminə keçirib. Lakin 2011-ci ilin yanvar ayından AİP sədri Mövsüm Səmədovun həbsi ilə start götürən və onlarla siyasi-dini fəalın repressiyaya məruz qalması ilə daha geniş vüsət ateizmsayağı kampaniya istənilən effekti verməyib , məhkəmələr tərəfindən çıxarılmış sifarişli qərarlar ictimai qınağa tuş gəlir. Bu da hakimiyyəti təşvişə salır.
Beləliklə də islamçı fəalları təcrid etmək və ya cəmiyyətin gözündən salmaq üçün hakimiyyət tərəfindən çoxlu tədbirlər görülsə də , bunlar təsirsizdir. Başqa sözlə onlar ictimai liderlər olaraq zindanda qalsalar da, müsəlman xalqın ürəyində yer salıb məhkəmə orqanlarını, polisi və bütövlükdə hakimiyyəti təlaşa salıblar. Respublikada şiəliyə əsaslan dini təfəkkürün gündən-günə geniş yayılmasının qarşısını kimsə ala bilməyəcək.

Müəllif: Qəhrəman Nurani
Source : Islamtimes
Comment