0
Saturday 23 August 2014 - 00:46

Azərbaycanda polisdən hamilə qadına nalayiq təklif

Story Code : 406180
Azərbaycanda polisdən hamilə qadına nalayiq təklif
Göyçay rayon Qaraməryəm kəndi sakini 1986-cı il təvəllüdlü Quliyev Səbuhi Fəxrəddin oğlu ANS PRESS-ə etdiyi şikayətində Ucar rayonunun Polis rəisinin müavini Səbuhi İsmayılovun qanunsuz əməlləri ilə üzləşdiyini bildirib.
 
Onun sözlərinə görə, həyat yoldaşı İradə Quliyeva ilə birlikdə Ucara qayınanası Bahar Kərimovanın evinə qonaq gedib:
 
"17 avqustda gecə hava isti olduğundan həyat yoldaşımla birlikdə hava almaq üçün məhəlləyə çıxdıq. Gecə saat 2 radələrində tanımadığımız "Niva Şevrolet" markalı avtomobil yanımızda saxlayaraq sürücüsü məni yanıma çağırdı. Özünü polis rəisinin müavini Səbuhi İsmayilov kimi təqdim edən şəxs məhəllədə neylədiyimizi soruşdu, yanımda duranın kimliyi ilə maraqlandı. Yanımdakının həyat yoldaşım olduğunu bildirdim. Bununla belə arxasınca gələn post patrul maşınında olan polis əməkdaşlarına məni şöbəyə aparmaq göstərişini verdi. Məni şöbəyə apardılar. Qaynım Kərimov Mahir Məzahir oğlu mənim niyə şöbəyə aparıldığını soruşanda onu da şöbəyə aparılmasını əmr etdi. Həmin zaman Səbuhi İsmayılov içkili idi. Məni və qaynımı döyərək "KPZ"-yə saldı. Mən çox hay-küy saldıqdan sonra məni yanına çağırıb burdan çıxmaq istəyib-istəmədiyini sualını verdi və əli ilə 5 dənə göstərdi. Mənim bu məbləğə gücüm çatmadığıından yoldaşımın xəstə olduğunu dedim və onunla 300 manata razılaşıb, şöbədən çıxdıq və polis rəisinin müavini bizim arxamızca gələrək pulu məndən 28 may küçəsi ev 35 ünvanının qarşısında götürdü. Bu hadisəni görən şahidlərim var.
 
Sonradan mənə məlum oldu ki, mənim "içəridən" çıxarılmağım müqabilində Səbuhi İsmayılov həyat yoldaşıma nəlayiq hərəkətlər təklif etmişdi. Səhərə kimi 3 dəfə üstümüzə Təcili Tibbi Yardım maşını gəldi. Səbuhi İsmayılovun bu özbaşınalığı barədə 102 xidmətinə və prokurorluq orqanlarına müraciət etsəm də rəis müavini bunu ört-basdır etməyi bacardı. Xahiş edirəm ki, ANS olaraq şikayətimi ədalətli şəkildə araşdırıb, ictimailəşdirəsiniz".
 
Şikayətçinin sözlərinə görə, polis rəisinin müavininə 300 manat verməyə məcbur olub. Çünki hamilə yoldaşını vaxtında həkimə aparmaq üçün "KPZ"dən həmin axşam çıxmalı imiş.
 
Məsələ ilə bağlı qarşı tərəf - Ucar rayon polis rəisinin müavini Səbuhi İsmayilovun münasibətini öyrəndik.
 
Rəis müavini ANS PRESS-ə şikayətçinin dediklərinin şər və böhtan olduğunu bildirdi:
 
"Onlar barəsində protokol tərtib olunub, buraxılıb. Barəmdə dedikləri şər və böhtandır".
Comment