0
Saturday 27 September 2014 - 14:35

Jirinovski Azərbaycana niyə və nəyə gəlmişdi?

Story Code : 412084
Jirinovski Azərbaycana niyə və nəyə gəlmişdi?
Jirinovski Azərbaycana niyə və nəyə gəlmişdi?
Taliyət Əliyev: “Jirinovskinin Azərbaycana səfəri heç vaxt xoşniyyətli ola bilməz”

XeberLent.az informasiya agentliyi Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana “niyə və nəyə gəlmişdi” sualını araşdırmaq üçün ADP sədrinin müavini Taliyət Əliyev və politoloq Bəhruz Salmanova müraciət etdi. Müsahiblərimiz də səfərin mahiyyətni şərh edərkən bunları dedilər:

Bəhruz Salmanov: “Bilirsiniz, dünyada hal-hazırda gərgin, qızğın və müharibə həddinə çatası mübarizə gedir. Buna səbəb uzun müddət Qərbdən ixrac olunan, özünü doğrultmayan birqütblü ilə RF-nin ideoloji boşluğunu dolduran və surətlə dünyaya ixrac edilən çoxqütblü idarəçilik sisteminin toqquşmasıdır. Birqütblü sistemin nümayəndələri ölkələrə səfər etməklə öz mövqeyini möhkəmləndirdiyi kimi, çoxqütblü sistemin təşəbbüskarı olan Rusiyanın da nümayəndələri öz növbəsində eyni və kifayət qədər ciddi səfərlər edirlər. Beləliklə, Rusiya Putinin rəhbərliyi altında öz qüdrətini sübut edir. Buna Rusiyanın Qərbə tətbiq etdiyi səthi sanksiyaların, əsasən də, Avropaya yaşatdığı maddi və psixoloji zərəri misal göstərmək olar. RF sanksiya tətbiq etdiyi sahələrin daxildə yaratdığı boşluqları əsrlər boyu münasibətdə olduğu qonşu ölkələrin dəstəyi ilə doldurmaq istəyir. Azərbaycanda öz təbii sərvətləri ilə hər tələbatı qarşılaya bilən qonşu dövlətlərdən biridir. Bunun üçün Rusiya nümayəndə heyətinin də Azərbaycana olan səfərinin məqsədi öz qonşusu ilə bütün sahələrdə olan münasibətlərini maksimum dərəcədə gücləndirməkdir. Qeyd etdiyimiz münasibətlərin möhkəmlənməsi üçün səfər edən şəxslərdən biri də Jirinovskidi. Jirinovski – Rusiya və dünya ictimaiyyətində emosional danışan bir siyasətçi kimi tanınır və dövlətin rəsmi müstəvidə deyə bilmədiyini çılpaq şəkildə diqqətə çatdırır. Onu da qeyd edim ki, Jirinovski kimi Rusiyada Azərbaycana və azərbaycanlılara qarşı aqressiv münasibət göstərən ikinci belə bir siyasi yoxdur. Lakin bu səfər zamanı Jirinovski mediaya Azərbaycan haqqında dediyi mənfi fikirləri yumşaq şəkildə, sətiraltı sözlərlə təkzib etdi, səhv olduğunu göstərdi. Bunun özü də artıq müsbət addımdır. Bu səfərdə məqsəd Moskva merinin qeyd etdiyi kimi kənd təsərrüfatı məhsullarının əldə olunması ilə əlaqədar danışıqların aparılmasıdır. Siyasi danışıqları da istisna etmirəm”.

Taliyət Əliyev: “Hesab edirəm ki, onun Azərbaycana səfəri təsadüfi deyil. Jirinovski Putinin qeyri-rəsmi sözcüsüdür. Deyə bilmədiyi sözləri onun dili ilə deyir. Son bir il ərzində Jirinovskinin verdiyi istər Ukrayna, istər Qazaxıstan, istərsə də Azərbaycanla bağlı sərsəm bəyanatlar Putinin imperialist fikirləridir. Ona görə də onun Azərbaycana səfəri heç vaxt xoşniyyətli ola bilməz. O öz ağasından aldığı tapşırıq üzrə bura gəlib. Sözsüz ki, bu səfərdə məqsəd Azərbaycanı Avrasiya İttifaqına qoşmaq, Rusiyanın hazırda ehtiyac duyduğu kənd təsərrüfatı məhsullarını ora daşımaq və Azərbaycanda mövcud olan 5-ci kolona dəstəkdir”.


Qeyd edək ki, Jirinovski hər zaman azərbaycanlılar və ümumilikdə, Qafqaz xalqlarına qarşı sərt sözlər işlətməklə gündəmə gəlir.


AbbasƏli Hüseyni


XeberLent.az
Source : XeberLent.az
Comment