0
Sunday 4 December 2011 - 22:35

İfratçılıq sionist rejimin bünövrəsini çürüdüb

Story Code : 119783
İfratçılıq sionist rejimin bünövrəsini çürüdüb
İfratçılıq sionist rejimin bünövrəsini çürüdüb
İsrailin Mossad kəşfiyyat idarəsinin sabiq rəisi ifratçı hərəkətləri bu təşkilatın gələcəyi üçün böyük təhlükə kimi dəyərləndirərək dedi: İfratçılıq sionist rejimin bünövrəsini çürüdüb.

“IslamTimes” xəbər verir ki, Mossadın sabiq rəisi Yefrim Helifin bu sözləri İsrail mətbuatında böyük əks-səda doğurub, sionist dairələrində qalmaqal yaradıb.

Helifi Mossadın 9-cu rəisi olub. O orduya təyin olunmuş dini təlimatçıların buraxılış mərasimində deyib: İfratçılıq və dini təəssüb İsrail cəmiyyətinin spesfik xüsusiyyətlərindəndir və onların təhlükəsi atom bombasının təhlükəsindən daha böyükdür.

Onun bu sözünün ardınca İsrail Knissetinin maliyyə komissiyasının rəisi Moşe Qafni İsrail nazirlər kabinetinin ədliyyə müşaviri Yahuda Faynştayndan tələb edib ki, Helifi haqqında cinayət işi açılsın. Amma hələ ki, bu müraciət əsasında addım atılmayıb.

Helifinin sözləri Tel-Əvivin ifratçı mətbuatında ciddi müqavimətlə qarşılanıb.
Sabiq rəis öz bəyanatına görə sərt ittiham olunur.

Maryo qəzeti Helifidən nəql edərək yazır: Mənə İran haqqında danışmağa icazə verilməyib. Amma deməliyəm ki, İran İslam Respublikası İsrail üçün heç bir təhlükə yaratmır. İran İsraili xəritədən siləsi deyil.

Helifi deyib: İfratçılıq və dini təəssüb yəhudi cəmiyyətini lərzəyə gətirib və bu təhlükə nüvə partlayışından daha böyükdür.

O belə vurğulayıb: Məni qorxudan ölkə daxilindəki ifratçılıq və dini təəssübkeşlikdir. Düşünürəm ki, bu iki amil İsrailin gələcəyi üçün böyük təhlükə yaradıb.

Helifi bu sözləri Şabak kəşfiyyat və təhlükəsizlik idarəsinin terrorist yəhudi qrupları ilə uğursuz əməliyyatından sonra dilə gətirib.

Haartez qəzetinin şərhçisi Yusa Milman insidentlə bağlı belə açıqlama verib: İsrail rəsmiləri təkcə fələstinlilər yox, həm də israillilər üçün müəyyən suallar yaradıb. Belə ki, bu dövlət Şabak təşkilatının uğursuz əməliyyatlarını etiraf etmək
istəmir.

O əlavə edib: Şabakın işi bir yerə çatıb ki, yəhudi terrorist qruplarına qarşı əməliyyatlar həmin qrupları daha da təşkilatlandırıb.

Şərhçi son əməliyyatlar barədə, o cümlədən İsrail ordusunun Qərb sahilinə hücumu, eləcə də Tuba Zənğəriyyə məscidinin yandırılması, məsihi və müsəlman qəbrlərinin dağıdılması hadisələrini çirkin iş adlandıraraq deyib: Bu hadisələr səbəb olub ki, dünya boyu təhlilçilər Şabakın terror əməliyyatları müqabilində səhlənkarlığından yazsın. Analitiklər terror qruplarının vəhşiliyi qarşısında sükutun səbəbini soruşur. Amma Fələstin tərəfindən ən kiçik əməliyyatlar Şabak tərəfindən dərhal cavablandırılır.

O deyir: Şabak ittiham olunanlardan birinə vəkili ilə görüşmək şəraiti yaradıb və müttəhim təlimatlandırıldıqdan sonra hər hansı əməliyyatın baş verməsi ilə bağlı dəlillərin olmadığını söyləyib. Tutulanlarla öz üsulunda danışmayan Şabak bu günə qədər heç bir terrorçudan etiraf ifadəsi almayıb.

Milman deyir: Amma fələstinli bir uşaq
İsrail avtomobilinə daş atanda Şabak dərhal fəaliyyətə başlayır və həmin uşağı həbs edənədək əməliyyatı dayandırmır.

O belə bir sualla çıxış edir: Görən Şabak Fələstinli uşaqlardan istintaqda necə ifadə alır, onları necə məhkum edir?

Milman deyir: Bu iki yanaşma arasında böyük fərq var. Şabak Qərb sahili, Qəzzə zolağında fələstinlilərə qarşı əməliyyatlarda uğur qazanır, yəhudi terrorçulara müqavimət göstərə bilmir. Burada ikili yanaşma var.

Tuba Zənğəriyyə məscidi Qərb sahilində oda çəkilmiş 4-cü məsciddir. Bu cinayətlərə müsəlman və məsihi qəbirlərinin təhqirini də əlavə etmək olar.

Şabakın ikili yanaşmasına işarə ilə Milman belə deyir: Mən düşünürəm ki, Şabakın məqsədi İsraildə dini qarşıdurmanı gücləndirməkdir. Amerikanın Time jurnalı Qərb sahilində meriya başçılarının qətli ilə bağlı yazır: Şabak yəhudi terrorçuları tutmaqdan çəkinir. Çünki bu qəbil əməliyyatlar sabiq baş nazir Menaxim Beygenin dövründən qəzəblə qarşılanır.

Beygen yazır: Anti-yəhudi mövqe
tutanların qatilləri məhkəmə orqanlarında mehribanlıqla qarşılanır. İsrail başçıları yəhudi terrorçulardan çəkinirlər, bu səbəbdən də onların əksəri həbsxanadan azad edilir. Mühakimə olunduqda belə onlara yüngül cəza verilir və qısa müddətdə əfv edilirlər.

İsrail mətbuatında yəhudi terror qrupları haqqında yazmaq yasaqlanıb. Bu insanları terrorist adlandırmaq qadağa edilib. Onlar haqqında yazılar olduqca yumşaq xarakterlidir.

Yail Qefirtej adlı sionist müxbir Ediot Axranot qəzetində çap olunmuş məqaləsində deyir: Burada söhbət dükanda bir malın qiymətini soruşmaqdan yox, yəhudi terrorizmindən gedir. Onlar müsəlman və məsihi qəbirlərini dağıtmaqla dini qarşıdurmanı gərginləşdirirlər.

O əlavə edir: Bu insanlar məscidləri yandırmaqla, meyvə bağlarını qırmaqla, qəbirləri uçurmaqla sabitliyi pozurlar. Onları cəzalandırmaq lazımdır. Onların ərəblərə ölüm şüarı əslində yəhudilərə ölüm deməkdir.

Müxbir baş nazir Benyamin Netanyahuya müraciət edib onu cürətli olmağa və Qərb sahilində terrorizmə son qoymağa
çağırır. O Qərb sahilində fələstinlilərə qarşı vəhşiliyi nüvə bombası təhlükəsindən daha qorxulu sayır.

Sionist müxbirin sözlərinə görə hüquq müdafiəçiləri bu günədək bütün işğalçı hərəkətlərə göz yummaqla yəhudi terrorizmini öz qapımıza gətiriblər. Əgər yəhudi terroruna qarşı təcili tədbir görülməsə bu terror bizim özümüzü oda çəkəcək.

Digər sionist politoloqu Rami Tal Axronot qəzetində yazır: Uzun illərdir ki, Qərb sahilində terrorizm tüğyan edir. Tuba Zənğəriyyə məscidinin yandırılması, qəbirlərin dağıdılması buna bir nümunədir.

O əlavə edir: İsrail dövləti üçün yəhudi terrorundan təhlükəli hadisə yoxdur. Bu terroru genişləndirən təhlükəsizlik idarələrinin sükutudur. Olsun ki, bu təşkilatlar terrorçu qrupları təşviq də edir. Əvvəlcə ərəblərə qarşı başlayan bu terrorun İsrailin daxilinə doğru genişlənməsi bu mənadadır ki, artıq qırmızı xətt aşılıb. 

"IslamTimes" - Tərcümə şöbəsi
Source : Qüdsün nidası kanalının xəbər saytı
Comment