0
Thursday 9 February 2012 - 20:28

Hicab İlahi dinlərdə - 3

Story Code : 136658
Hicab İlahi dinlərdə - 3
Hicab İlahi dinlərdə - 3
Islam times.org/az/  - Vəndi dad” kitabında bu cümlə çox təkrarlanmışdır: “İlahi kəlamlar pis əməlləri məhv edə bilər: Səndən - Ey insan! – xahiş edirəm özünü təmizlə! – Ey qadın! – xahiş edirəm cismini və gücünü təmizlə! Arzu edirəm övlad sahibi olasan və sənin südün çox olsun.” (Vəndi dad, s-275, 10-cu bənd.)

İranlıların Qədim fars geyim kitabında olan “Vətənimizin azlıq təşkil edən geyimləri” adlı bir yazıda zərtüşt qadınların hicabları barədə belə oxuyuruq: “Zərtüşt qadınların istifadə etdikləri bu geyim, ölkəmizin digər bölgələrindən fərqli olaraq onların geyimlərinə bənzəyir; Beləki, onların baş örtüyü görünüş və istifadə baxımından Bəxtiyarlı qadınların baş örtüyünə, köynəkləri keçmiş Lor qadınlarının köynəklərinə, şalvarları formasına və kəsilişinə görə Qərbi Azərbaycanın Kürd qadınlarının şalvarına, papaqları isə Bəndərli qadınların papaqlarına bənzəyir.”

Zərdüştlük dini, üç fundamental prinsipləri, “yaxşı fikir”, “yaxşı söz və nitq” və “yaxşı əməllər” üzrə möhkəmlənmişdir. Kahinlər yaxşı fikir və yaxşı əməllərin təfsirində buyururlar ki: “bir mömin və dindar zərtüşt, başqa qadınlara natəmiz baxışlarından uzaq olmalıdır”. Nəsihətlərdə kahinlər kahini demişdir: “Pis gözlü kişini özünə müavin seçmə”. (1372-ci ilin məlumatları, Tehran Zərdüştilik Assosiasiyası, səh. 10;)

Yəhudi şəriətində hicab: Yəhudi qövmü arasında hicabın yayılması, heç kəsin şəkk-şübhə və inkar edə bilməyəcəyi məsələlərdən biridir. Tarixçilər, nəinki yəhudi qadınlar arasında hicab və örtüyün rəsmi olduğunu bildirmiş hətta bu zəminədə saysız-hesabsız ifrata və sərtliyin olduğunu da bildirmişlər.

“İslamda hicab” adlı kitabda zikr olunmuşdur ki; “Örtük və hicab ərəblər arasında rəsmi olmamasına baxmayaraq, İslam dini onu vacib etdi. Lakin qeyri-ərəb xalqlarında isə bu geyim qədim zamanlardan qəti şəkildə yayılaraq qorunub saxlanılmşdır. İran, Yəhudilər və yəhudi fikirli xalqlar arasında hicab, İslam dininin istədiyindən daha artıq mövcud idi. Bu kimi xalqlar arasında kəffəyn (yəni üz və əllərin içi) də örtülürdü. Halbuki, başqa xalqlar arasında qadınların hicaba bürünməsindən və üzlərini örtməsindən hələ söhbət getmirdi. Əksinə, qadını gizlətməkdən söhbət gedirdi və bu fikri sərt bir vərdiş kimi qoruyurdular.” (İslamda hicab, Əbul Qasim İştihardi, səh. 50;)

Vil Durant, çox vaxt çalışır ki, hər bir qövmdə olan qadınların bəzənməsini və zinətlənməsini yaxud çılpaq hallarını aydın şəkildə nəql eləsin. Bu üzdən onu təbii cilvələndirmiş və bu barədə belə söyləmişdir: “Orta əsrlər boyu, Yəhudilər öz qadınlarını gözəl libaslarla bəzədirdilər. Lakin onlara başi açıq cəmiyyət içinə çıxmağa icazə vermirdilər. Başın tüklərini örtməmək, xilaf olduğundan bu işi görəni talaq və boşanmaya əsas sayırdılar. O cümlədən şəriət təlimlərindən biri də bu idi ki, yəhudi kişi saçı görünən bir qadının yanında əl açıb dua edə bilməz.” (Sivilizasiya tarixi, cild-12, səh. 62;)

O, yəhudi qadınları belə təsvir edir: “Onların cinsi həyat tərzləri çoxarvadlılığa baxmayaraq, diqqətəlayiq və səhvdən uzaq idi. Onların qadınları sadə, həyat yoldaşları zəhmətsevər, anaları çox doğan və əmin idilər. Tez evləndikləri halda fahişəlik minimum həddinə düşür və azalırdı.” (Həmin mənbə, səh. 63;)

Yəhudilərin müqəddəs kitabında, açıq-aydın və ya dolayısı yolla hicab, qadının geyimi və hicaba a
d müxtəlif məsələlər bir çox hallarda zikr olunaraq təsdiq olunmuşdur. Bəzi yerlərdə “çadır” və “burqa” kəlmələri işlədilmişdir. Bu da həmin dövrün qadınlarının geyim tərzlərinin keyfiyyətini göstərir. İndi həmin yerlərdən bəzisini qeyd edirik.

Naməhrəm qarşısında tam örtünmək: Tövratın “Yaradılış” bölümündə, belə oxuyuruq: “O gözlərini qaldırdı və İshaqı gördü və dəvəsindən aşağı endi. Çünki, qulluqçusundan soruşdu: “Səhrada bizi qarşılamağa gələn bu kişi kimdir?” və qulluqçu dedi: “Bu mənim ağamdır”. O an öz burqasına (çadrına) büründü və özünü örtdü.” (“Yaradılış” qisməti, 24-cü bölüm, 64 və 65-ci maddələr. İran Yəhudilərinin alimi “Xaxam Uriel Davudi”nin söylədiklərinə əsasən, yəhudi şəriətində hicabın mənşəyi və zərurəti həmin sənədin maddəsinə aid edilir;)

Kişi ilə qadının bir-birinə oxşanmaması: Tövratda zikr olunmuşdur ki; “Kişinin libası, qadına rəva deyildir və kişi, qadın libası geyinməməlidir; Çünki, bunu eliyən hər bir kəs, Yəhvənin (sənin Allahının) nifrətinə layiqdir.” (Tövrat, Qanunun təkrarı (sefre təsniyə) bölümü, 22-ci fəsil, 5-ci maddə;)

Əcnəbilər üçün yəhudi qızların makiyaj olunmasına görə əzab ayəsinin nazil olması: “Tövratda” oxuyuruq: “Allah sionist qizlara təkəbbürlü olduğunu buna görə deyir ki, onlar boyunları dik və qəmzə gözlərlə yol gedir, naz edərək yeriyir, səsi çıxsın deyə ayaqlarına xalxalları vururlar. Buna görə də, Allah sionist qizların başını keçəl, başdan ayağa çılpaq edəcəkdir. Və o gün, Allah onların xalxallarını, alınlarına vurduqları naxış və bəzəkləri, aypara sırğalar və bilərzikləri, üz pərdələrini, qayışlarını, zəncirlərini və talismanlarını, üzüklərini, burun halqalarını, şallarını, əbalarını, kisələrini, güzgülərini, nazik kətanların və çalmalarını onlardan alacaqdır.”

Yenə gəlmişdir ki; “Ətirlərinin əvəzinə üfunət iyi, kəmərlərinin yerinə kəndir, hörülmüş saçlarının əvəzinə onları keçəl, sinəbəndlərinin əvəzinə paslanmış zəncir, gözəlliyin əvəzinə yanmış üz olacaq.” (Tövrat, “Əşiya peyğəmbər” kitabı, 3-cü bölüm, 16-26-cı maddələr;)

Yəhudilərin müqəddəs kitabı sayılan Tövratda qadınların özlərini, başlarını və bədənlərini örtdükləri çadır, baş örtüyü və üz örtüklərinin (niqab) barəsində açıq-aşkar adları zikr olunmuşdur. Həmin ayələrdə qadınların geyim keyfiyyətinə işarə olunur. Nümunə üçün “Rut” kitabında oxuyuruq: “Boaz dedi: Sanki heç kəs başa düşməməlidir xırmana bu qadın gəlib. Və dedi: Sənin üzərində olduğun çadırı gətir və buğda al. Sonra o çadırı gətirdi və ona altı kiloqram buğda qoydu. O, şəhər getdi.” (Tövrat, Rut kitabı, ikinci bölüm, 8-10-cu maddələr;)

Yəhudanın gəlini barədə oxuyuruq: “Sonra dul qalmağın yatağını əynindən çıxartdı. Üzünü burqə (hicab növü) ilə örtdü və özünü çadıra bürüdü. Beləliklə Temne yolunda olan darvazanın ağzında əyləşdi.” (Tövrat, Yaradılış bölümü, 38-ci bölüm, 14-15-ci maddələr;)

Naməhrəmlərdən örtünməyin zəruriliyi: Vil Durant yazır: “Əgər bir qadın yəhudi qanununu pozmağa çalışarsa, belə ki; Məsələn: - Başında bir örtüyü olmadan cəmiyyət içində gəzərsə və ya kişilərdən hər hansı birinə dərdi-dil edərsə, yaxud səsi o qədər uca olarsa ki evində söhbət etdiyi halda qonşuları da onun sözlərini eşidə bilirlər, belə halda kişinin mehriyyə ödəmədən onu boşamağa haqqı vardır”. (Sivilizasiya tarixi, Vil Durant, 12-ci cild, səh. 30;)

O həmçinin yazır: ... və pomada ilə sürmə istifadə etməyi pis hesab edirdilər. Kişilər öz qadınlarının örtünməsi və geyinməsi üçün səxavətlə pul sərf etmələrinə razilaşdırılmışdır. Lakin, məqsəd bu idi ki qadın özünü öz həyat yoldaşı üçün bəzəməlidir başqa kişilər üçün deyil.” (Həmin mənbə, səh. 31;)


Mühəqqiq: Səid Əsgəri
Mütərcim : Əli Həsənzadə
İSLAMTİMES
Source : islamtimes
Comment