0
Friday 5 October 2012 - 20:44
İsrail üçün Hizbullah cəhənnəmi

Tikəsi qulağı boyda olan təcavüzçülər + şəkil

Story Code : 201150
Tikəsi qulağı boyda olan təcavüzçülər + şəkil
Tikəsi qulağı boyda olan təcavüzçülər + şəkil
Islam timesın Cihad və Müqavimət qruplaşmasının məlumatına istinadən 5 sentyabr 1997 – ci il, səhər saat 00:10 radələrində 16 nəfərdən ibarət İsrail dəniz hərbiçiləri “Şeytət-13” adlandırılan yerdə “Qovaq mahnısı” adlandırdıqları əməliyyatı həyata keçirməkdən ötrü “Sur” portu yolu ilə Livan torpaqlarına daxil olaraq Ənsariyyə kəndinə üz tutdular.

Onların hədəfi bir neçə Müqavimət rəhbərlərini ələ keçirərək işğal olunmuş torpaqlara aparmaq idi. Lakin sözügedən əməliyyat onlar üçün baha başa gəldi.


İsrail komandorlarının Ənsariyyə cəhənnəminə daxil olduqları xəritəsi

1- Aralıq dənizi
2- Müqavimət qoşununun dördüncü qrupu
3- Seyda – Sur yolu
4- Müqavimət qoşununun üçüncü qrupu
5- Müqavimət qoşununun birinci qrupu
6- Müqavimət qoşununun ikinci qrupu
7- Lubiyə kəndinə tərəf
8- Portağal bağa tərəf


Profesional sionist komandorları 3 km getməmiş özlərini Hizbullah qoşununun onlar üçün hazırladığı tələdə gördülər.
Hizbullah mücahidlərinin sionistlər üçün tədarük gördüyü dörd dağıdıcı bombadan ibarət süfrə.


Döyüş xəritəsi

1- İsrail ordusunun komandorları
2- Torpaq yol
3- Limon bağları
4- Lubiyə bağları
5- Güclü minalar
6- Ənsariyyə kəndinə tərəf


Dörd bombanın vahiməli partlayışının ilk saniyələri bölük rəhbəri “Yusi Gorakin” və bir neçə komando həlak oldu, neçə-neçə əsgər isə yaralandı.

On altı nəfərlik bölüyün 12 komandoru Ənsariyyə döyüşündə həlak oldu. 11 nömrə, polkovnik “Yusi Gorakin” dəstə rəhbəridir.

Yarıcan olanlar Hizbullah əsgərləri ilə döyüşü davam etdirirlər. Nəticədə yalnız bir nəfər, dəstə telegrafçısı sağ qaldı və baş verənləri arxa cəbhədəkilərə məlumat verdi.


Bir neçə saat sonra döyüş zonasından görüntü
“Koloşnikov” avtomatı İsrail hərbiçilərinin istifadə etdiyi silah növü deyil. Lakin şəkildə gördüyünüz “koloşnikov” avtomatı xüsusi olaraq İsrail ordusu üçün və sifarişlə istehsal edilmişdir. Bu silah suyun altında da atəş açmaq qabiliyyətinə malikdir və ilk dəfə Ənsariyyə döyüşündə istifadə edilmişdir.

Arxa cəbhəyə xəbər yetişən andan İsrail vertolyotlari hadisə yerinə yollandılar. Lakin döyüş məntəqəsinə enə bilmədilər.

Şəkil Ənsariyyədə döyüşündə bu hala düşən “Şeytət-13” komandorlarından birinə məxsusdur.

Təcavüzçülərin bu günə düşdükləri vaxt Livan torpaqlarının neçə kilometr dərinliyində olduqlarını müşahidə etmək üçün şəkilə birdə baxın. İsrail tarixində belə bir şəkilin tayı-bərabəri yoxdur.

Sözügedən əməliyyatla eyni zamanda haqla batil coğrafiyasının digər bir yerində yəni işğal edilmiş torpaqların mərkəzində, Qərbi Qüds şəhərində, “Bin Yəhuda” prospektində işğalçılar üçün başqa bir cəhənnəm hazırlanmışdı.

Fələstinli “Şəhid İzzəddin Qəsam” təşkilatının şəhadət tələblərindən olan Xəlil İbrahim Şərif bomba partlatmaqla 15 sionisti qətlə yetirdi. Nəticədə İslamçı Hizbullah şiə mücahidləri və Fələstin sünni mücahidlərinin həmrəyliyi 28 İsrail işğalçısının bir gündə həlakına səbəb oldu.

Sionist rejimin Baş nazir Binyamin Netanyahunun çıxışının bir hissəsində Ənsariyyə faciəsinə toxunmaqla, ola bilsin əməliyyatın əzəmətinin işıqlanmasına səbəb olsun.
O, deyir:
“Baş verən hadisə çox qüssəlidi ...
Bu qarşılaşdığımız ən ağır faciələrdən biridir. Ən yaxşı qüvvələrimizi (bu əməliyyatda) əldən verdik desəm, mübaliğə etməmişəm. Belə günlər İsrail milləti üçün daim anılan böyük kədərdir...”


İshaq Mordexay, İsrailin Müdafiə naziri deyir:
“Əməliyyat aparılan yerdə hazırlıq və həssasiyyətin aşağı səviyyədə olduğu ehtimal edilirdi. Bütün lüzumi tədbirlər həyata keçirilmişdi. Amma belə bir hadisənin necə baş verdiyi şəxsən mənə aydın deyil”...

Livan Hizbullahı Ənsariyyə əməliyyatını 6 il öncə yaxın ərazidə İsrail ordusu apaçi vertolyotlarının açdığı atəş nəticəsində şəhid olmuş lider Şəhid Abbas Musəvinin xatirəsinə “Fəxx əl-Abbas” (Abbas pusqusu) adlandırdılar.

Sonralar sionistlərin tikə-tikə olmuş cəsədləri Livan və Fələstin əsirləri ilə dəyişdirildi.

İSLAMTİMES
Source : İslamtimes
Comment