0
Friday 7 December 2012 - 19:41

Vətəndən vətənə gəliş çətinləşib

Story Code : 218918
Vətəndən vətənə gəliş çətinləşib
Vətəndən vətənə gəliş çətinləşib
www.Islam times.org/az/ - Gürcüstan azərbaycanlılarının problemləri zaman gündəmə gəlir, soydaşlarımızın üzləşdiyi problemlər isə müxtəlifdir, bunlar əsasən təhsil, gürcü dili, sosial problemlərdir. Saakaşvilinin apardığı islahatlar, Gürcüstanda yaşayan azərbaycanlılar üçün dil və təhsil baryerləri yaradırdısa, digər tərəfdən gürcülər üçün olduğu kimi vətəndaş kimi azərbaycanlılar üçün də münbit biznes şəraiti yaratdı.

Bu səbəbdən əvvəllər Azərbaycana gəlmiş və burda iş quran azərbaycanlıların bəziləri, Saakaşvilinin islahatlarından sonra geriyə dönüb orda biznes qurmağa başladılar. Ancaq İvanişvilinin seçki qələbəsindən sonra Gürcüstanda yaşayan azərbaycanlılar əvvəllər yaşadıqları bir “Qamsaxurdiya kabusunu” hiss etməyə başladılar.

Bir birinin ardınca əsasən əyalətlərdə yaşayan azərbaycanlılar quldur basqınlarına məruz qalır, talan edilirlər və müxtəlif səpkili cinayətlərə məruz qaldılar.

Bu cür hallar tendensiyaya çevrildikdə Gürcüstanda yaşayan, daha doğrusu öz dədə baba torpaqlarında yaşayan azərbaycanlılar yaşamaq və işləmək üçün Azərbaycana üz tutdular ki, bu da əliyev hakimiyyətini narahat etdi və nəticədə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanununa dəyişiklik tətbiq etdi, bu yeni dəyişiliklərlə gürcüstanlı soydaşlarımız Azərbaycanda üç ay yox, bir ay müvəqqəti qeydiyyatda ola bilər.

Gürcüstan azərbaycanlılarının qeyd etdiyim problemini gündəmə gətirən və bununla bağlı Prezidentə müraciət edən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin fikrincə ölkə başçısına verdiyi təkliflərə müsbət cavab almaq şansı var. Ancaq mənə elə gəlir, prezident İlham Əliyev yeni dəyişilikləri ləğv etməyəcək, çünki gürcüstan azərbaycanlılarının Ölkəyə gəlişini hakimiyyət özü üçün də müəyyən qədər təhlükə kimi görür.


İSLAMTİMES - ORXAN
Source : İslamtimes
Comment