0
Friday 11 April 2014 - 21:31

İnsan haqlarından dolayı Tehranla qarşıdurma

Story Code : 371918
İnsan haqlarından dolayı Tehranla qarşıdurma
Böyük rəhbər Ayətullah Xamenei son aylardakı bəyanatlarında təkrar-təkrar vurğulayıb ki, nüvə mövzusu Qərb üçün sadəcə bir bəhanədir. Rəhbərin nəzərincə, Qərb yalnız İrana təzyiq məqsədi ilə nüvə mövzusunu ortaya atıb və bu mövzu həll olunsa belə Qərb İran xalqı ilə düşmənçilikdən əl çəkməyəcək.
Böyük Rəhbər buyurur: “Dəfələrlə demişik ki, nüvə məsələsi düşmənçilik üçün bəhanədir. Qeyri-mümkün də olsa bir gün bu mövzu Amerikanın istədiyi kimi həll olsa, yenə başqa bir məsələ ortaya atılacaq. Görün ABŞ dövlət sözçüsü insan haqları, raket sənayesi, bu kimi başqa mövzuları necə səhnəyə gətirir!” (Böyük Rəhbərin Azərbaycan əhalisi ilə görüşdəki bəyanatı / 28.11.92)
Bu gün Qərb dövlətləri İranaq qarşı insan haqları müstəvisində hücuma keçiblər. Hansı ki, nüvə mövzusunda müzakirələr başa çatmayıb. Bu onu göstərir ki, düşmən İran İslam Respublikasına qarşı təzyiqləri davam etdirmək üçün geniş planlara malikdir. Məsullar Qərbin açdığı yeni cəbhələrə diqqətli olmalıdırlar.
Bir neçə gün öncə Avropa Parlamenti ədalətsizcəsinə İrana qarşı qətnamə qəbul etdi. İrandakı insan haqlarının durumu Qərb meyarları əsasında qənaətbəxş sayılmayaraq ittiham olundu. Bu qətnamənin son hissəsi insan haqlarını əhatə edir. Ümumiyyətlə, 8 bənd bu mövzudadır. Birinci bənddə İranda təhlükəsizliyi pozan cinayətkarlar siyasi məhbus adlandırılaraq müdafiə edilir. Bu bənddə əslində cinayətə yol vermiş Nəsrin Sütudəyə Saxarov mükafatı verilməsi təqdir olunur. Siyasi məhbus sayılan məhkumların azadlığa buraxılması tələb edilir.
Növbəti bənddə İran vətəndaşlarının hüquqlarının dünyada mövcud meyarlar əsasında təmin olunması tələb edilir. Qətnamənin 16-cı bəndində AB-dən istənilir ki, İranla münasibətlərdə insan haqlarının vəziyyəti əsas götürülsün. Bu bənddə uyğun mövzuda yüksək səviyyəli danışıqlar nəzərdə tutulur və AB-dən İranla bu mövzuda müzakirələrə başlanılması tələb olunur. Bu müzakirələrdə məhkəmə sistemi və təhlükəsizlik orqanlarının işi də nəzərdə tutulur. Bu bənddə BMT-nin İranda insan haqları üzrə məruzəçisinin hesabatı bəyənilir və Tehrandan tələb olunur ki, bu şəxs qeyd-şərtsiz İrana buraxılsın. BMT-nin baş komisarı Navi Pilaydan tələb olunur ki, İranın dəvətini gözləmədən bu ölkəyə getsin. Bu bənd İranda ölüm hökmünün ləğv olunmasını da tələb edir.
Qətnamənin 17-ci maddəsində vurğulanır ki, Avropa Parlamentinin İrana gedən nümayəndələri müxalifət, siyasi fəallar, siyasi məhbuslarla görüşə bilməlidir.
Qətnamədən görünür ki, Amerika və Avropa dövlətləri İrana qarşı yeni kampaniyaya başlayır. İranın bu hücum qarşısında geri çəkilməsi böyük problemlər yarada bilər. Qətnamə eyni zamanda Avropa informasiya şəbəkələrinin fəaliyyətlərini təsirdən salıb İrana qarşı həqiqi münasibəti ortaya qoyur.
İranda insan haqları ilə bağlı bir neçə nöqtəyə toxunmaq lazım gəlir. Birinci nöqtə budur ki, Qərb neçə on ildir özünü demokratiya və insan haqlarının hamisi kimi göstərir. Demokratiya və azadlığa Qərbin göstərdiyi yolla getmək tələb olunur. Əslində Qərb liberalizm və humanizm mədəniyyətini dünyaya qəbul etdirmək istəyir. Amma artıq problemlərə Qərb prizmasından yanaşmağın vaxtı ötüb. Dünya bu qənaətə gəlib ki, Qərb mədəniyyəti vasitəsi ilə həqiqi səadətə çatmaq olmaz, bu mədəniyyət maddi ləzzət istəyi üzərində qurulub və insan haqlarına kölgə salır.
Şəhvətpərəstlik, zorakılıq, alçaq sifətlər qarşısında dayanan olmasa bu istəklər cəmiyyətdə azğınlığı gücləndirəcək. Hazırda Qərbdə qadınlara qarşı zorakılıq, uşaqların vəziyyəti böhranlıdır. Qərb başçıları İraq, Əfqanıstan kimi ölkələrə təcavüz edir, minlərlə günahsız insan, qadın və uşaqların qanı axıdılır, milyonların ibtidai insan hüquqları ayaq altına alınır.
Belə görünür ki, hazırda ən böyük ehtiyac insan haqlarına düzgün tərif verilməsidir. Qərbin verdiyi tərif, təqdim etdiyi meyarlar nəinki azadlıq və kamilliyə aparmır, əksinə minlərlə insan bu yolda həlak olur. Demokratiya və insan haqları qərblilərin nəzərində hiyləgər, aldadıcı məfhumlara çevrilib, Qərb cəmiyyətinin özündə belə həqiqi demokratiya və insan haqlarına yer verilmir.
Biz həqiqi tərif üçün çalışmalıyıq. Həqiqi insan haqları insanın fitri kamilliklərinə qarşı yönəlməməlidir. Həqiqi insan haqlarının əsası insanla Allahın rabitələridir. Şübhə yoxdur ki, yalnız Allah-insan rabitələri həqiqi insan haqlarının təminatçısı ola bilər. İran və Qərbin insan haqlarından dolayı qarşı-qaşıya gəlməsi Qərbin əsassız meyarlarının ifşa olunması kimi müsbət nəticə verə bilər. Əlbəttə ki, bu savaşda qələbə üçün İranın bütün mütəxəssisləri, hövzə və universitetləri, informasiya şəbəkələri ciddi çalışmalıdır.
Comment