0
Thursday 6 June 2013 - 19:45

Prezident seçkiləri öncəsi ABŞ-ın İrana qarşı sanksiyalar siyasətində dəyişikliyin səbəbləri

Story Code : 271216
Prezident seçkiləri öncəsi ABŞ-ın İrana qarşı sanksiyalar siyasətində dəyişikliyin səbəbləri
ABŞ qazetlərindən biri bu ölkənin İrana qarşı sanksiyalar siyasətində dəyişiklik səbəbini araşdıraraq yazır: Seçkilər öncəsi texnoloji sahədə İrana qarşı tətbiq olunmuş sanksiyaların ləğvi ABŞ-ın Tehranın siyasi səhnəsinə daxil olmasıdır. 
 
ABŞ-ın “New-York Times” qəzeti “İran siyasətində ağıllı dəyişiklik” adı altında dərc etdiyi məqalədə yazır ki, ABŞ prezidenti Barak Obama bəzi şirkətlərin İrana mobil telefon, notebook, kodlaşdırma proqramları satmasına icazə verməklə Vaşinqtonun İrana qarşı siyasətində səmərəli bir dəyişiklik etmiş oldu. 
 
“New-York Times” yazır ki, İrana qarşı sanksiyaların bir hissəsinin ləğvi ötən həftənin cümə axşamı günü ABŞ maliyyə idarəsi tərəfindən elan edilib. Bu sanksiyaların ləğvi ABŞ-ın İrana qarşı siyasətində bir növ dəyişiklik kimi dəyərləndirildi. Belə ki, 4 ildən artıq müddət idi ki, ABŞ İranın nüvə enerjisi əldə etməsi prosesini dayandırmaq üçün sanksiyaları gün-gündən ağırlaşdırmaqla məşğul idi. 
 
Qəzet yazır ki, şübhəsiz Obama İrana qarşı sanksiyaların ağırlaşdırılmasını kənara qoymayıb. Elə ötən cümə günü ABŞ dövləti ilk dəfə olaraq İranın 8 neft kimia zavoduna sanksiya tətbiq etdi. Amerika Kipir və Ukraniyada olan şirkətləri İrana qarşı sanksiyalardan yayındığı üçün cəzalandırdı. 
 
Qəzet iddia edir ki, daha çox sanksiyalar tətbiq edilməsi mövzusu hələ də mövcuddur. Amma ABŞ-ın müasir texnologiyalar sahəsində sanksiyaların aradan qaldırılması ilə bağlı qərarı onu göstərir ki, ABŞ iranlılara qarşı sanksiyaların yüngülləşdirilməsini nəzərdə saxlayıb. “New-York Times” xəbərin davamında sanksiyaların İran iqtisadiyyatı və İran xalqına zərbə vurduğunu dilə gətirərək bildirir ki, sanksiyalardan təkcə dövlət deyil, xalq da əziyyət çəkir. Qəzet bildirir ki, bütün bu təyziqlərə baxmayaraq ABŞ hələ də İranı nüvə enerjisi zəminində fikrindən daşındıra bilməyib. 
 
Qəzet Vaşinqtonun uyğun sanksiyaları aradan qaldırılmasının İranda prezident seçkilərindən iki həftə öncəyə təsadüf etməsinə işarə ilə bildirib ki, bu ABŞ-ın siyasi azadlıq kənarında İran siyasətinə daxil olması üçün bir vasitədir. 
 
Bu məlumata əsasən hələ də qeyd olunan sahədə sanksiyaların aradan qaldırılmasının İranda 14 iyun seçkilərinə necə təsir edəcəyi məlum deyil. Hələ də texnoloji vasitələrin İrana daxil edilməsində gecikmə ehtimalı var. Amma ABŞ yaxşı və sürətli ünsiyyət imkanı yaradılması üçün bir sıra onlayn proqramları İran xalqının ixtiyarında qoymaq niyyətindədir.

Bir sıra ekspertlər bildirir ki, ABŞ İrandakı ötən seçkilərdə qarışıqlıq yaratmaq istəsə də buna nail olmadı. Qarşıdakı seçkilərdə ABŞ sözünün keçərli olması üçün İrana qarşı sanksiyalarda bir sıra güzəştlərə getmək qərarına gəlib.
Comment