0
Wednesday 18 September 2013 - 16:41

İsrailin kütləvi qırğın silahları

Story Code : 303012
İsrailin kütləvi qırğın silahları
Gözlənilir ki, ABŞ və Rusiya İsraildən bu arsenalın ləğvini tələb etsin. ABŞ mərkəzi kəşfiyyat idarəsinin son məlumatlarına əsasən İsrail öz kimyəvi və bioloji silah arsenalını neçə on il əvvəl yaradıb. Sənədlərdə bildirilir ki, ərəb ölkələrinin çoxu Tel-Əvivi nüvə silahına malik olduğu üçün ittiham edir. 
 
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Cəfəri MKİ-nin açıqladığı sənədlərə işarə ilə İsrailin kimyəvi silahları haqqında deyib: “Suriyanın kimyəvi silahları yalnız İsrailin nüvə silahını təsirsizləşdirmək üçündür. Artıq Suriyanın kimyəvi silah üzrə konvensiyaya qoşulması vaxtı çatıb. Suriya bununla göstərir ki, o kütləvi qırğın silahı istəmir.”
 
Suriyanın əsas müttəfiqi və müdafiəçisi Vladimer Putin deyib: “Aydındır ki, Suriyanın kimyəvi silahı var. Bu silah İsrailin nüvə arsenalına qarşı nəzərdə tutulub.”
 
Cəfəri vurğulayıb ki, İsrail kimyəvi silaha malik olsa da heç kim bunu dilə gətirmir və kütləvi qırğın silahları arasında əsas silah olan nüvə arsenalı İsrailin ixtiyarındadır. Bütün bu fikirlər Suriyanın kimyəvi silah böhranına yeni bir baxış yaradıb. ABŞ dövləti nüvə başlıqları da daxil olmaqla İsrailin nüvə cəbbhəxanası haqqında müzakirələrdən imtina edir. Amma bu mövqe beynəlxalq birlikdə Obamanın vəziyyətini ağırlaşdırır. Amerika diqqəti İsraildən yayındıraraq Suriya üzərinə aparır. ABŞ XİN sözçüsü Cenifer Sakin deyib ki, Suriya rejimini heç bir halda mütərəqqi demokratik İsraillə müqayisə etmək olmaz. Guya Tel-Əviv kimyəvi silahdan öz xalqına qarşı istifadə etmir.
 
Sionist rejim başçıları kütləvi qırğın silahı ilə bağlı onlara yönəli ittihamlara münasibət bildirmir. Onlar daim Yaxın Şərqdə təzyiqlərə məruz qaldıqlarını qabardırlar. Sionist rejim şəmsi 1370-ci ildə kimyəvi silah üzrə konvensiyaya qoşulub. Amma heç vaxt bu konvensiyanın tələblərini yerinə yetirməyib. İndi diqqət İsrailə yönəlib ki, bioloji silah konvensiyasını imzalayacaq, yoxsa yox.
 
Sionist rejimin sözçüsü Conatan Pold deyir: “Bəzi tərəflər İsrailin mövcudluğunu rəsmi tanımır və açıq-aşkar məhvini istəyir. İsrail bu hədələrə etinasız qala bilməz.” Kimyəvi silah konvensiyası 189 ölkə tərəfindən imzalanıb, yalnız 7 dövlət ona qoşulmaqdan imtina edib.
 
Suriyanın BMT-dəki səfiri bildirib ki, ölkəsi konvensiyaya əməli şəkildə qatılıb. BMT də elan edib ki, Suriyanın üzvlüyü şəmsi 22 mehrdən başlayır. 
 
Səfir zəruri sənədləri BMT-yə təqdim edəndən sonra deyib: Suriya indi də konvensiyanın rəsmi üzvüdür. Bəşar Əsəd fərman imzalayıb və bu fərman konvensiyaya üzvlüyün rəsmi təsdiqidir.
 
Suriya xarici işlər naziri Vəlid Müəllim konvensiyanı məlumatlandırıb ki, Suriya bu öhdəçiliyi öz üzərinə görürüb.
 
Suriyanın kimyəvi silah konvensiyasına qoşulduğu bir zamanda Anqola, Myanmar, Misir, Şimali Koreya, Cənubi Sudan və İsrail hələ də konvensiyadan kənardadır. 
Comment