0
Sunday 13 April 2014 - 23:29

Lavrov: Ukrayna dövlətini legitimləşdirməyə son qoyun!

Story Code : 371945
Lavrov: Ukrayna dövlətini legitimləşdirməyə son qoyun!
İSNA agentliyi Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya xairici işlər naziri Sergey Lavrov Moskvada mətbuat konfransında deyib: “İnanırıq ki, Ukrayna böhranına son qoymaq olar. Bundan ötrü yeni Ukrayna dövlətini legitimləşdirmək cəhdlərinə son qoymaq lazımdır. Böhranın həlli üçün bütün siyasi və regional qüvvələr müzakirə mizi arxasına oturmalıdır.”
Lavrov elan edib ki, Avropa anti-Rusiya fəaliyyətləri ilə öz təhlükəsizliyi üçün problem yaradır. Lavrov deyib: “Avropa İttifaqına daxil olan bir çox ölkələrdə anti-rus hisslərin qızışdırılması Qərbdə sabitliyi hədələyir. Ukrayna hadisələri əsas ola bilməz. Bizim Qərb müttəfiqlərimiz bu dəfə qırmızı xətti keçiblər. Əgər vəziyyəti hərtərəfli təhlil etsək Ukrayna hadisələri dünyanı neçəqütblü etmək cəhdlərinin nəticəsidir. Bu çox qlobal məsələdir və bu məsələni ənənəvi üsullarla həll etmək olmaz.”
Rusiya diplomatik korpusunun başçısı vurğulayıb ki, Moskva Ukraynanın daha çox ərazisini özünə birləşdirməyə çalışmır. 
Nazirin bəyanatları elə bir dövrə təsadüf edir ki, Ukrayna parlamentinin təyin etdiyi baş nazir Arseni Yesenyuk cümə günü Donetsk, Dnepropetrovsk, ölkənin cənub-şərqinə səfərə çıxıb. 
Baş nazir regionda məsullarla görüşüb Xarkov, Zaporojie və başqa şəhərlərdə yeni konstitusiya barədə müzakirələr aparıb. 
O region rəhbərlərinə vəd edib ki, yerli orqanların səlahiyyətləri artırılacaq. Nazir məsələnin təfərrüatını açıqlamayıb. Onunla görüşdə müxaliflər olmayıb.
Eyni zamanda bu gün Krımın yeni konstitusiyası Parlamentdə təsdiqlənib. Krım Parlamentinin spikeri ötən gün bir mətbuat konfransında bildirib ki, Krımda parlament seçkiləri sentyabrda keçirilə bilər. O xatırladıb ki, seçkilərin keçirilməsi üçün ciddi fəaliyyət göstərilir. 
NATO baş katibi Rasmussen bu gün deyib ki, heç kim Ukraynanı federallaşdıra bilməz, bu Kiyevin haqqıdır. NATO başçısı bildirib ki, Qərb Rusiya ilə yeni soyuq müharibəyə başlamaq fikrində deyil. Rasmussen bildirib ki, Rusiya bu addımı ilə siyasi baxımdan təklənəcək. O Moskva hökumətindən istəyib ki, hərbi qüvvələrini Ukrayna ərazisindən çıxarıb, Kiyevlə müzakirələrə başlasın.
Eyni zamanda ABŞ müdafiə nazirinin müavini Derek Çallet bildirib: “Pentaqon Ukraynaya silah göndərməyə önəm vermir. Kiyev yalnız qida məhsulları və tibb ləvazimatı istəyib.”
Amerikalı rəsmi bir qrup senator qarşısında bildirib ki, Ukrayna bizdən hərbi kömək yox, humanitar yardım istəyib. 
Hansı ki, Rusiya NATO-nun regionda hərbi gücünü artırdığını elan edib. Moskva iddia edir ki, Amerikanın RƏM sistemi ilə təchiz olunmuş gəmisi Bosfor boğazından keçib Qara dənizə daxil olub. 
Bundan öncə ABŞ müdafiə nazirliyi elan etmişdi ki, bu gəminin missiyası Ukrayna böhranı ilə bağlı müttəfiqlərin müdafiəsidir.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Kelnel Stiven Varin bildirib ki, bizim bu addımımız müttəfiqlərimizin təhlükəsizliyini təmin etmək üçündür. Moskva isə regionda ABŞ-a məxsus hərbi qüvvələrin artırıldığını iddia edir. 
ABŞ XİN sözçüsü Moskvanı enerji mənbələri vasitəsi ilə təzyiq göstərməkdə ittiham edib. O deyib ki, Obama və Merkel Rusiyaya qarşı sanksiyaları gücləndirmək fikrindədir. ABŞ XİN sözçüsü deyib: Obama Merkellə telefon söhbətində bütün müttəfiqlərini Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb. 
Krımın Rusiyaya birləşdirilməsi mövzusu Rusiyanın Avropa Şurasındakı üzvlüyünü qeyri-müəyyən vəziyyətə gətirib. Moskva Avropa Şurasını hədələyib ki, İnsan Haqqları Təşkilatını tərk edəcək. Avropa Şurası baş Assambleyası Krımın Rusiyaya birləşdirilməsindən dolayı Moskvanı ittiham edib. Qətnamə 145 müsbət 20 mənfi və 22 bitərəf səslə Strasburqda təsdiq olunub. Səsvermədən öncə Rusiya nümayəndə heyəti salonu tərk edib. 
Rusiya baş prokurorluğu bir bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Ukraynanın işdən uzaqlaşdırılmış qanuni prezidenti Viktor Yanukoviçin Kiyevə verilməsi üçün heç bir qanuni əsas yoxdur. Yanukoviç heç bir cinayətə yol verməyib və hazırda Ukraynanın qanuni prezidentidir.
Britaniya, Polşa və İsveç elan edib ki, Ukraynda təhlükəsizliyin təmini üçün AB bu ölkəyə sülhməramlı qüvvələr göndərməlidir. Belə bir addım 2014-cü ilin iyun ayında atıla bilər.
Comment