0
Sunday 26 October 2014 - 15:33

İraqda dəhşətli ölüm statistikası

Story Code : 416576
İraqda dəhşətli ölüm statistikası
İraqın Ənbar vilayətində yerləşən Fəllucə şəhərindəki dövlət xəstəxanasının baş həkimi Əhməd əş-Şami ilin əvvəlindən bu günə qədər xəstəxanaya 1392 cəsəd, 3116 yaralı gətirildiyini bildirib.
 
Ölən və yaralananların əksəriyyətinin sıravi vətəndaş olduğu qeyd edilir. Onlar İraq ordusunun İŞİD terrorçuları ilə mübarizəsi zamanı qurbana çevriliblər.
 
Baş həkim ölüm və yaralanmaların ən çox Ən-Nəzzal, Əl-Əndəlüs, Əl-Cümhuriyyə başda olmaqla, Ər-Risalə, Əd-Dubbat, əs-Saqlaviyyə kimi bölgələrdə baş verdiyini vurğulayıb.  /nur.az/
Comment