0
Thursday 9 May 2013 - 22:23

Qərb İraq ssenarisini təkrarlamaq niyyətindədirmi?

Story Code : 262379
Qərb İraq ssenarisini təkrarlamaq niyyətindədirmi?
Suriya yeni ittihamla üz-üzə
 
Bir müddətdir mətbuatda əsas mövzulardan biri Suriyanın hakimiyyətinin kimyəvi silahlardan istifadə etməsi şayiəsidir.
 
ABŞ və müttəfiqləri Suriya hökumətini kimyəvi silahlardan istifadədə ittiham etmək niyyətindədirlər.
 
Belə ki, ABŞ prezidenti Barak Obama Suriyanın kimyəvi silahlardan istifadə etməsini ABŞ üçün qırmızı xətt kimi tanıtdıraraq əlavə edib ki, bu silahlardan istifadə ABŞ-ın Dəməşqə hərbi müdaxiləsi ilə nəticələnə bilər.
 
Bu bəyanatlarla yanaşı İsrail təhlükəsizlik rəsmilərindən birinin “Bəşar Əsəd qüvvələri bəzi hallarda ölümcül “Sarin” qazından istifadə edib” iddiası Suriyaya hərbi müdaxiləni daha da asanlaşdırırdı. Öncələr də İngiltərə və Fransa bu sayaq iddialar irəli sürmüşdü. Lakin uyğun ittihamların yenidən gündəmə çıxması Ağ Evə hərbi müdaxilə ilə bağlı təzyiqlərin artdığının göstəricisidir. İngiltərə baş naziri Devid Kameron hətta iddia etmişdi ki, onlarda bir sıra sənədlər var ki, Suriyanın kimyəvi silahdan istifadə etdiyini sübuta yetirir.
 
ABŞ-ın İraqın kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddiaları yalan çıxdıqdan sonra onlar Suriyanın uyğun silahlardan istifadə etməsi iddiasına bir qədər ehtiyatla yanaşırlar. 
 
Ağ Evin qanunvericilik idarəsinin müdiri Miçel Rodriqerz konqres üzvlərinə ünvanladığı məktubda bildirir ki, Suriya mövzusu ilə bağlı təhlükələri göz önünə almalı və öncələr İraqda yol verdiyimiz səhvləri təkrarlamamalıyız. Casus şəbəkələrinin məlumatları ilə kifayətlənməməli və təkcə təsdiqlənmiş həqiqətlər əsasında qərar qəbul etməliyik. 
 
ABŞ daxilindəki bu fikir ayrılığı o zaman başladı ki, ABŞ təhlükəsizlik idarəsi Suriyada kimyəvi silahdan istifadə, xüsusi ilə “Sarin” qazından istifadə edilməsi ilə bağlı fərqli bəyanatlar verdi. Barak Obama Ağ Evdə İordaniya padşahı 2-ci Abdullahla görüş keçirdi və Suriyanın kimyəvi silahlardan istifadə etməsi ilə bağlı dedi: “Bu mövzu ilə bağlı yeni təhqiqatlara ehtiyac var. Çünki kimyəvi silahlardan istifadə edilməsini isbatlamaq üçün daha çox dəlillərə ehtiyac var. Beynəlxalq müşahidəçilərin nəzərincə hərçənd ki, ABŞ Suriyanın kimyəvi silahlardan istifadəsini qırmızı xətt hesab edirdi, amma rəsmi Vaşinqton hələ də Suriyada hakimiyyətin ötürülməsini hərbi müdaxilə yolu ilə deyil, siyasi yolla gerçəkləşdirmək istəyir. Mütəxəssislər ABŞ-ın Suriyaya həri müdaxilə üçün hazır olmadığı qənaətindədirlər. Çünki bu gün Vaşinqton elə bir şəraitdə deyil ki, Suriyaya hərbi müdaxilə səbəbindən başdöndürücü miqdarda pullar xərcləsin. Bundan əlavə ABŞ Suriya böhranı bəhanəsi ilə Rusiya ilə danışıqlar qapısını açıq saxlamaq niyyətindədir.
 
Digər bir tərəfdən Obamanın bəzi müşavirləri onu Suriyaya hərbi müdaxiləyə alqışlayırlar və inanırlar ki, Suriyaya hərbi müdaxilə bu ölkədə ABŞ-ın milli mənafelərini təmin edəcək. Onlar uyğun addımın ABŞ-ı hədəflərinə daha tez çatdıracağına inanır. Onlar bildirir ki, Suriya hökumətinin süqutu ilə Bəşar Əsəd məntəqədəki müttəfiqlərini itirəcək və müqavimət hərəkatı, onları dəstəkləyənlər Suriya kimi hamilərini unudmalı olacaqlar. Belə olan halda İsrailin də məntəqədə heç bir düşməni qalmayacaq. Bu isə o deməkdir ki, İsrail məntəqədə ABŞ-ın mənafelərini təmin edəcək. Bu səbəbdən məntəqədəki bütün dəyişikliklər ABŞ-ın mənafeinin təmini səmtində irəliləyəcək.
 
Digər bir tərəfdən Bəşar Əsəd quruluşunun süqutu Rusiyanın da gücünü zəiflədəcək və ABŞ-ın məntəqədəki üstünlüyü üçün bütün şəraitlər yaranmış olacaq. 
 
Suriyaya hərbi müdaxilə tərəfdarları bildirirlər ki, bu gün bir sıra olaylar cərəyandadır ki, ABŞ-ın Suriyaya hərbi müdaxiləsi ilə nəticələnə bilər. Suriya ordusunun ölkənin uzaqdüşmüş nöqtələrində belə əldə etdiyi qələbələr onların müxtəlif məntəqələrə nəzarəti ələ keçirməsi ilə nəticələnib. Bu yerlərdə terroristlər uğursuzluqla üzləşiblər. Rusiya və Çinin Suriyadakı böhranın siyasi həll yoluna olan təkidi səbəb olub ki, ABŞ-ın Suriyaya hərbi müdaxiləsi üçün zəminə yaranmasın.
 
Suriyaya hərbi müdaxilə tərəfdarları hazırkı şəraitin terroristlər üçün münasib olmadığını bildirir. Bu gün müxalif qüvvələrdə passivlik də müşahidə edilir. Elə bu səbəbdən də ABŞ və Qərbin Suriyaya hərbi müdaxiləsi inandırıcı görünmür. 
 
Stratfor mərkəzinin banisi Corc Fridmen bu məsələni təsdiqləyərək bildirir ki, ABŞ-ın İraq, Əfqanıstan və Liviyada öyrəndiyi bu oldu ki, bir dövləti şərti hərbi qüvvədən istifadə ilə məhv etmək nisbətən sadə bir işdir. Amma həmin şərti qüvvədən istifadə ilə yeni bir dövlət yaradılması qat-qat çətin bir işdir. Hakimiyyəti ələ almış yeni bir dövlət ola bilər ki, bəzi əxlaqi cəhətlərdən öncəki dövlətdən daha yaxşı olsun. Məsələn, İraqda Səddam Hüseyn dövlətindən daha alçaq bir dövlət təsəvvür etmək çox çətindir. Sabiq quruluşu əvəzləyən yeni dövlət öncə böhran dövləti adlandırılır. Sonra digər bir rejim hakimiyyəti ələ alır və onun mövcudluğu o zamanadək davam edir ki, əli Amerikanın əlində olsun.
 
Beləliklə çox az sayda adam tapılar ki, kimyəvi silahları bir bəhanə kimi ortaya ataraq yeni bir müharibəyə başlamaq istəsin. Fridmenin dediyinə əsasən, Suriya dövləti ilə qarşılaşdıqda böyük hərbi problemlər üzə çıxacaq. Hərtərəfli müdaxilə müsbət nəticələnməyəcək. Nüvə stansiyalarına hesablanmış hücumlar daha effektiv ola bilər. Amma onların məkanları barədə məlumatlar hər zaman kamil olmayıb. Suriya olduqca mürəkkəb bir havadan müdafiə sisteminə malikdir. Bu sistemləri böyük insan təlafatlarına yol vermədən sıradan çıxarmaq qeyri-mümkündür. Kimyəvi silahlar yerləşən binaları partladarkən kimyəvi maddələr məhv olmazdan öncə partlayış alovlarının təsiri ilə ətrafa yayıla bilər. Suriya torpaqlarına hərbiçi göndərmək isə bir neçə helikopterlə öhdəsindən gəlinəsi iş deyil. Kimyəvi silah anbarlarını məhv etmək üçün daha çox insani qüvvəyə ehtiyac var. Həmçinin mümkündür ki, daxili müharibə səbəbindən bəzi kimyəvi silahlar həqiqətən də üsyançıların əlinə düşmüş olsun. Bu səbəbdən də hava hücumu və ya digər əvəzedici, dəqiq hücum problemi həll edə bilməz.
 
Fridmen təkidlə vurğulayıb ki, Suriyaya planlaşdırılmış hərbi müdaxilə səbəb olacaq ki, ABŞ Suriya bataqlığına düşsün. Hücumun ilk mərhələsində hansısa bir problemin həll olması mümkün olsa da sonradan daha böyük problemlər yaranacaq və ABŞ ardıcıl məğlubiyyətlərə cavab verə bilməyəcək. ABŞ bu günə qədərki səhvlərindən dərs almasa qüdrəti zəifliyə çevriləcək və ABŞ rəsmiləri axıdılan qanların məsuliyyətini qəbul etməyəcəklər.

Comment