0
Saturday 17 November 2012 - 23:55

5 atəş üçün 60 min dollar

Story Code : 212770
5 atəş üçün 60 min dollar
5 atəş üçün 60 min dollar
Islam times.org/az/ - Belə bir sibirli var Yevqeniy Kasperskiy, bu adamı tanıyanlar az ola bilər, ancaq onun familiyasını eşitməyən demək olar dünyamızda yaşamır. Kasperskiy Allahın ona verdiyi istedad və özünün əldə etdiyi savadla bir laboratoriya qurub viruslar hazırlayıb internet vasitəsi ilə kompüter istifadəçilərinin kompüterlərinə salır, ondan sonra da bu virusa qarşı bir antivurus proqramı ixtira edib onu kompüter istifadəçilərinə satır və beləliklə həftə və ya ay ərzində Kasperskiy industriyası oturduğu yerdə pul qazanır.

Ancaq bu mexanizmi deyəsən indi də Moskva meriyasının məmurları ayrı bir adla ancaq elə Kasperskinin “döyüş” meydanında işə salmağı düşünürlər, sözsüz ki, öz mənfəətləri naminə. Meriyanın ailə və gənclər departamentinin direktor müavini Vladimir Flippovun təklifinə görə qafqaz millətlərinin diaspor təşkilatları bundan sonra yerlilərinin Moskvada törətdikləri qanunsuz əməllərə görə diaspor təşkilatları da məsuliyyəti bölüşməli, meriyanın təşkil etdiyi anti qafqazfobiyası kampaniyasında yaxından iştirak etməlidir.

Bunun mexanizmlərindən biri də budur ki, meriya məmurlarına yaxın adamlar sosial şəbəkələrdən qafqazlılar haqqında müsbət imiclərin yaranması üçün təbliğat aləti kimi istifadə edəcək bunun müqabilində isə diaspor təşkilatları da digər ofis xərcləri ilə yanaşı həmin imicmeykerlərin hərəsinə ayda 1500 dollar əmək haqqı ödəyəcək. Necədir? Ağıllı ideyadır deyilmi?

Hansı məmur polislərlə əlbir olub qafqazlılar haqqında zəhərli məlumatlar yayacaq sonra da kitabxanaçı arvadına nə bilim qohumuna elə həmin qafqazlıların pulu ilə imic düzəldəcək.

Ancaq məsələ bu qədər bəsit də deyil. Iş burasındadır ki, elə qafqazlılarda da az yoxdur, siz ötən ay dağıstanlıların Moskvada gəlin kortejində gedərkən travmatikadan atəş açdığından və bunula bağlı böyük qalmaqalın yarandığından xəbərdarsınız, indi də ondan xəbərdarsınız ki, eyni hərəkəti 18 yaşlı azərbaycanlı Seymur Nəbizadə edib.

Dağıstanlıların məsələsində hadisə sadəcə cərimə ilə bitdi ancaq Seymurun ruslar demiş naxalnıy hərəkəti onu 5 ilə qədər həbsə ata bilər. Düzdür deyilənə görə Seymur İsgəndər Xəlilovun qaynı oğludur, ola bilər o həbsdə yatmasın, ancaq nəyin qarşılığında həbsdə yatmayacağını düşündükdə bir az maraqlı gəlir.

Moskvada olan vəkil dostlarımızın dediyinə görə bu hərəkət üçün həbsdə yatmamaq da olar ancaq böyük bir ehtimalla Seymurun qohumları bundan ötrü 60 min dollar pul xərcləməli olacaqlar, 5 atəş üçün 60 min dollar pis pul deyil, sonra da deyilər ki, Moskva meriyasının məmurları azərbaycanlıları sevir, belə pulun qarşılığında necə sevməsin?

İSLAMTİMES - HƏMİD


Source : İslamtimes
Comment