0
Thursday 9 January 2014 - 21:30

Rusiyada İslam, sufilikdən sələfiliyə qədər

Story Code : 339077
Rusiyada İslam, sufilikdən sələfiliyə qədər
Mütəxəssislər bu fikirdədir ki, Rusiyada sələfilərin növbəti hədəfi Sibir məntəqəsidir. Rus mütəxəssisləri də xəbərdarlıq edir ki, müsəlmanlar müəyyən səbəblərdən gənclər arasında nüfuzunu itirməkdədir. Əksinə, radikallar və sələfilər gənclərin suallarını cavablandırmaqla onları öz sıralarına cəzb edirlər.
Sələfilərin Rusiyada fəaliyyətləri ilə tanışlıq üçün onların bu ölkədə son 20 illik təlaşlarını nəzərdən keçirmək zəruridir. Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya iki müxalif cəbhəyə bölündü. Bir tərəfdə təsəvvüfə maraqlı ənənəvi islamçılar durur. Digər tərəfdə radikal islamçılar fəaliyyətə başlayıb. Statistikaya görə Rusiya Federasiyasında 20 milyona qədər müsəlman yaşayır. Fərqli rəqəmlər də var. Bəziləri müsəlmanların sayını 14 milyon civarında qeyd edir. Amma müsəlmanların Rusiya cəmiyyətində artımı rus millətçilərini narahat etməkdədir. 
Rusiyada sələfilər öz nəzərdə tutduqları İslamı yaymaqdadır. Qafqaz məntəqəsi və bəzi Rusiya şəhərlərində də anti-rus fəaliyyətlərin arxasında sələfilər dayanır. Sələfilər Yaxın Şərq, xüsusi ilə Ərəbistan, Misir, Tunis və Suriyada təlim alır. Şimali Qafqazda, xüsusi ilə Dağıstanda sələfilərin fəaliyyəti genişdir. Sələfilər ideoloji baxımdan ABŞ, İsrail və Qərbi uzaq düşmən, Rusiya, ənənəvi islamçılar və sekulyarları yaxın düşmən sayırlar. Onların fəaliyyətləri daha çox Çeçenistan və Dağıstanda özünü göstərir. Hazırda Rusiyanın nəzarəti altında olan Şimali Qafqaz dini radikalizmin mərkəzi kimi qəbul edilir. Rusiyanın digər ərazilərində fəaliyyəti zəif olan sələfilər son zamanlar Rusiyanın cənubu, Ural, Sibir, Moskva ətrafında fəaliyyətlərini genişləndiriblər. Rus mütəxəssisləri və siyasətçiləri sələfilərin bu ölkədə radikalizm ünsürünə çevrildiyini düşünürlər. Başqırdıstan Respublikasının prezidenti Rüstəm Xamitov ehtiyatla işarə edib ki, dini radikalizm bu Respublika üçün əsas təhlükədir. Tatarıstan rəsmiləri də elan olunmamış bir müharibədən danışırlar.
Mütəxəssislər bildirir ki, Sibir regionu sələfilərin gələcək hədəfidir. Onlar ənənəvi islamçılardan fərqli olaraq gəncləri öz sıralarına cəlb edə bilirlər. Sələfilərin təhlükəli olmasına baxış fərqlidir. Bəziləri düşünür ki, sələfi təhlükəsi şişirdilir. 
Maraqlı nöqtə budur ki, sünnə əhli arasında sələfilərə münasibət dəyişmişdir. Sələfilik ərəb universitetlərində təhsil alan gəncləri cəlb etməklə kiçik cəmiyyətdən böyük cəmiyyətə çevrilməkdədir. Başqa bir nöqtə budur ki, hərbi yönlü radikalların orta yaş həddi aşağı enməkdədir. Hazırda fəal sələfilər 20-25 yaş arasındadır. Hansı ki, 90-cı illərin əvvəllərində bu qrup 30-35 yaş arasında idi. Moskvanın siyasəti sayəsində həqiqi İslam ictimai proseslərdən kənarda qalmışdır, iqtisadi böhran, işsizlik, şimali Qafqazda qeyri-sabitlik regiondakı böhranı gücləndirmişdir. Son on ildə sabiq Sovetlər Birliyi ərazisində bütün terror əməliyyatları təkfirçi sələfilər tərəfindən həyata keçirilib. Hansı ki, sadə rus xalqı sələfilərlə başqa müsəlmanlar arasında fərq qoymur. Bu məsələ Rusiyada İslamın nüfuzdan düşməsinə səbəb olub. 
Volqaqrad şəhəri Soçidən 700 km şimal-şərqdə yerləşir. Bir neçə həftə sonra Soçidə qış olimpiya oyunları başlayır. Volqaqradda baş verən intiharçı əməliyyatlar Rusiya rəhbərliyində ciddi nigarançılıq yaradıb. Volqaqrad tarixdə Stalinqrad adı ilə tanınır. Bu şəhər Rusiyanın cənubunda əhəmiyyətli mövqeyə malikdir. Rusların nəzərincə, bu şəhərdə terrora yol açılması Sovetlərin millətçilik üzərində qələbəsidir. Son hadisələr nümayişkaranə şəkildə rus mədəniyyətini gözdən salmağa hesablanıb. Bəziləri düşünür ki, terrorçular böyük dəmir yolu vağzalının bu şəhərdə yerləşməsini nəzərə alaraq daha çox təlafat üçün Volqaqrad üzərində dayanıblar. Volqaqradda terror əməliyyatı Şimali Qafqazda Doku Umarovun tərəfdarı İslam Atifin aradan götürülməsi ardınca baş verib. Volqaqradda terror bir növ intiqam sayıla bilər. Digər tərəfdən sələfi terrorçular bütpərəstlik saydıqları yeni il şənliyini pozmağa cəhd göstərib. Belə bir fikir də var ki, sələfilər Soçini 1864-cü ildə ruslar tərəfindən qətlə yetirilən bir milyon günahsız qafqazlının intiqamı üçün hədəfə alıb. Onlar həmişə xəbərdarlıq ediblər ki, fəaliyyətləri Şimali Qafqazla məhdudlaşmayacaq. Qafqaz və İslam hərəkatı üzrə mütəxəssis Qalina Xazriva Kremli insan haqqları adı altında oyunu kənara qoyub terrorçulara qarşı ciddi addımlar atmağa çağırıb. Mütəxəssis bildirir ki, hətta Britaniyada sələfi mücahidlərlə rəftar Rusiyadan çox-çox sərtdir. 
Rusiya və Şimali Qafqazda ərinin ölümündən sonra intiharçı əməliyyata gedən qadınlar var. Onlar “qara dul qadınlar” adı ilə təsəvvürlərdə yer alıb. 2004-cü ildə Dubrovka teatrının mühasirəsində bu qrupdan olan qadın intiharçı əməliyyat həyata keçirdi. 30 yaşlı bu qadın rusların hava hücumları nəticəsində ailəsini itirmiş çeçen idi.
Şübhəsiz ki, bugünki terror hadisələri keçmişdəkindən fərqlənir. Bugünki intiharçılar vətən yolunda yox, intiqam almaq üçün meydana atılıb. Bu dul qadınları terrora aparan müxtəlif səbəblər açıqlanır. Mütəxəssislər düşünür ki, qadınlar keşişçi postları kişilərdən asan keçə bilir. Bu imtiyaz qadınların daha geniş əməliyyatlara cəlb olunmasını təmin edir. İkinci amil bu qadınların həyat yoldaşını itirməsidir. Bu itki qadınların psixoloji hazırlığında təsirli amildir. Terrorçular müxtəlif əməliyyatlarda partlayışlar həyata keçiriblər. Moskva teatrına hücumda 129 nəfər, Çeçenistan prezidenti Əhməd Qədirova sui-qəsddə 14 nəfər, Rusiyanın cənubunda qatara hücumda 46 nəfər, Moskva hava limanında konsertdə 16 nəfər, 2004-cü ildə Rusiya Hava Yollarındakı hadisədə 90 nəfər, Şimali Osetiyada Beslanda məktəbə hücumda 334 nəfər, Moskva metrosunda partlayışda 39 nəfər, Moskva hava limanında partlayışda 37 nəfər, 2010-cu il 29 martda Moskva metrosunda partlayışda 37 nəfər, 2012-ci ilin avqustunda Dağıstanda partlayışda 1 nəfər həlak olub. 
Sovetlər Birliyi dağılandan sonra Səudiyyə Ərəbistanı Rusiya, Qafqaz və Orta Asiyaya xeyli təbliğatçı göndərdi. Qısa müddət sonra ruslar vəhabiləri meydanda gördü. Kremli narahat edən sələfilər bu gün də Ərəbistan və Qətər tərəfindən himayə olunur. 
Bəzi siyasətçilər vəhabilərin fəallığını Soçi olimpiya oyunları ilə əlaqələndirsələr də, bu məsələdə Moskvanın Bəşar Əsədi dəstəkləməsini yaddan çıxarmaq olmaz. Ərəb-Qərb birliyi Suriyanı himayə etdiyi üçün bu ölkəni bir növ cəzalandırır. 
Kreml narahatdır ki, Əsədin müxalifləri uğur qazansa Mərkəzi Asiyada gərginlik yaranar və bu gərginlik beynəlxalq müdaxiləyə yol açar. Bundan əlavə çeçenlərin Rusiyadan ayrılmaq istəyi yenidən gündəmə gələr. Radikalların Suriyada fəallığı Rusiyanın Əsədə dəstəyini gücləndirib. Unutmamalıyıq ki, Şimali Qafqaza Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Bolqariya, Qaraçay, Çərkəz və Adigey kimi məntəqələr daxildir. Suriya müharibəsində iştirak edən qafqazlıların sayı barədə müxtəlif fikirlər var. Bəziləri Bu sayın 17 min civarında olduğunu düşünür. Qeyri-ərəblər arasında çeçenlər daha çoxdur. Liviyalılardan sonra sayına görə çeçenlər ikinci yerdə dayanır. Ruslar isə cəmi 200 Rusiya vətəndaşının Suriyada döyüşdüyünü bildirir. Amma qafqazlıların Suriya müharibəsində nüfuzu bu rəqəmə şübhə ilə yanaşmağa əsas verir. 
Suriya döyüşündən Rusiyaya qayıdan qafqazlı sələfilər barədə statistika açılanmır. Hər halda Suriya qafqazlı döyüşçülər üçün ideal meydana çevrilib. Qafqazda hərbi təlim mərkəzi olmadığından sələfilər Suriyada münasib mərkəz yarada bilər. Bu döyüşçülər Rusiyaya qayıtdıqdan sonra daha hazırlıqlı əməliyyatlar həyata keçirə bilər. Rus yazıçısı Yuliya Yuzik Rusiya müsəlmanları haqqında geniş araşdırma aparıb. Son 10 ildə Rusiyada baş verən bütün terror əməliyyatları sələfilər tərəfindən həyata keçirilib. Ruslar sələfiləri başqa müsəlmanlardan fərqləndirmədiyi üçün İslamın nüfuzu zərbə altında qalır. Müəllif düşünür ki, sələfilər Rusiyadan ayrılmaq istəyən bütün qruplardan istifadə edir. Müəllif yazır ki, İran Dağıstanla qonşu olduğundan Moskva və Tehran ifratçı sələfilərə qarşı həmkarlıq edə bilər. 
Başqa bir nöqtə Rusiya, Mərkəzi Asiya və Qafqaz sələfilərinin Ərəbistanla əlaqələridir. Sovetlər Birliyi dağılandan sonra Ərəbistan bu regionda çox iş görüb. Birlik dağılan kimi vəhabilərin meydana çıxmasında Ərəbistan və Qətərin xüsusi xidməti var. Hazırda Rusiyanın cənubunda böyük pullar xərcləyən Ərəbistanın nüfuzu güclənir.
Bir müddət əvvəl dünya mətbuatında xəbər yayıldı ki, Ərəbistan kəşfiyyat naziri Bəndər ibn Sultan Moskbğva səfərində Putini hədələyib. Bəndər deyib ki, Rusiya Əsədə himayəsini davam etdirsə Soçi yarışmaları üçün təhlükə yaranacaq. Bu hadisə Putin Ərəbistanla 15 milyard dollarlıq silah alış-verişindən imtina etdikdən sonra baş verib. İstənilən bir halda Ərəbistan Qafqaz sələfilərinin güclənməsində mühüm rol oynayır. 
Sələfilərin Suriyaya təcavüzü nəticəsində bu ölkə böyük savaş meydanına çevrilib. Əfqanıstandan sonra məhz Suriya Rusiya üçün problem yaradır. Suriyada 60-dan artıq xarici millət olduğu bildirilir. Bəziləri hətta 100 ölkədən muzdurların gəldiyini iddia edir. Vəziyyət belə davam edərsə Suriyanı Əfqanıstan, Pakistan, Somalinin aqibəti gözləyir. Suriyada hazırda böyük qruplardan biri Rusiya, Orta Asiya və Qafqazdan gələn sələfilərdən təşkil olunub. Bu qrup Sovetlər Birliyi dağılanndan Rusiya üçün təhlükə yaradır. Kremli narahat edən odur ki, Bu döyüşçülər bir günü geri dönəcək. Belə bir qayıdış Rusiyanın sabitliyini poza bilər. Son illər Şimali Qafqazda ifratçılığın güclənməsi Rusiyada terrorla müşayiət olunur. Volqaqradda terror hadisələri göstərdi ki, sələfilər Rusiyanın istənilən bir nöqtəsi üçün təhlükədir. Bu hadisələr Moskva hökumətinin ölkədə təhlükəsizliyi təmin edə bilmədiyinə sübutdur. Rusiya mətbuatı yazır ki, Suriya müharibəsi və Moskvanın Əsədi himayə etməsi Rusiya ərazisində ifratçıları fəallaşdırıb. Ruslar düşünür ki, dünya xilafəti yaratmaqda israrlı ifratçılar Rusiya dərin kök atıb. Mərkəzi Asiyada gələn mühacirlər radikallar üçün bazaya çevrilib. Mühacirlər arasında radikal cərəyanların tapşırıqla göndərdiyi şəxslər də var. Radikallar Rusiya müsəlmanlarını təsir altına almaqda israrlıdır.
Comment