0
Wednesday 23 July 2014 - 02:37

İşğalçı İsrail “Əl-Cəzirə” telekanalının yayımını dayandırmaq niyyətindədir

Story Code : 400979
İşğalçı İsrail “Əl-Cəzirə” telekanalının yayımını dayandırmaq niyyətindədir
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İsrail XİN rəhbəri Aviqdor Liberman Facebook səhifəsində dərc edib. O “Əl-Cəzirə” telekanalının Fələstinin HƏMAS Müqavimət Hərəkatının təbliğat maşını olduğunu bildirib.      
“Biz telekanalın İsrail ərazisində yayımının qarşısını almaq üçün tədbirlər görəcəyik”, deyə Liberman bildirib.
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı Qəzza zolağında baş verən hadisələri fasiləsiz rejimdə işıqlandırır.
Comment