0
Thursday 25 August 2011 - 22:59

Hamımız Fələstinliyik, Fələstinləyik

Story Code : 94563
Hamımız Fələstinliyik, Fələstinləyik
Hamımız Fələstinliyik, Fələstinləyik
Islam times.org/az/ - "Amerikanın İrandan ayağını kəsdik, indi sırada İsrailin ayağını kəsəcəyik" deyən İslam İnqilabının lideri İmam Xumeyni bütün dünya Müsəlmanlarına çağırış edərək Ramazan ayının son cüməsini "Dünya Qüds Günü" olaraq bütün İslam aləminə elan etmişdi.

İmam Xumeyni bu qərarıyla bütün dünya müsəlmanlarının məzlum Fələstin xalqına kömək etmələrini, işğalçı Siyonist rejimə qarşı müqavimət göstərmələrini və məscidi Əqsaya sahib çıxmalarını məqsəd qoymuş, ömürünün son gününə qədər də Siyonist rejimin müvəffəqiyyətsizliyi üçün əlindən gələn səyi göstərmiş
və İslami hərəkətləri himayə etmişdir.


İmamın çağırışına əməl edən müsəlmanlar , o vaxtdan Ramazan ayının son cüməsində Qüdsü xatırlamaq və müsəlmanlara hərəm xüsusiyyətində olan məscidi Əqsaya sahib çıxmağa çalışırlar.

İslam liderinin bu həssaslığı dünya müsəlmanlarının Qüds və Fələstini diqqətdə saxlamasını və bu İslam dünyasının ciddi problemi olduğunu göstərmişdir.

Siyonist rejimin və Amerikanın Fələstini tamamilə ortadan qaldırmaq niyyətlərini boşa çıxarmış, istər Fələstində istərsədə başqa İslam ölkələrində müqavimət daha da inkişaf etmişdir.

Qüds günü dünyada hər
kəsə Fələstin xalqının tək olmadığını göstərməlidir. Siyonist rejimi dəstəkləyən ölkələr bunun Orta şərqdə bir ərəb-İsrail problemi kimi adlandırırlar. Ancaq, bu ərəb-İsrail problemi deyil. İşğal edilən yerlər İslama aiddir. Müsəlmanlar üçün mübarək məkan və müsəlmanların ilk qibləsidir.

Əgər müsəlmanlar dünya Qüds gününü anarsa , hər zaman Qüdsə və məscidi Əqsaya sahib çıxarsa, dünya xalqları bunun bir ərəb-İsrail məsələsi olmadığını, ümumiyyətlə bütün müsəlmanların problemi olduğunu biləcəklər.

Müsəlmanlar bir olmalı , dəyərlərinə sahib çıxmalıdır. Qüds günü vəhdət üçün bir si
vol olmalıdır. Qüds müsəlmanların üç hərəmindən biridir. Hər bir müsəlman məscidi Əqsa və Qüds üçün maddi, mənəvi əlindən gələni etməlidir.

Qüds Peyğəmbərlər şəhəridir. Allahın Elçisinin (s) Mirac möcüzəsinin əhəmiyyətli nöqtəsidir. Belə bir müqəddəs bir məkan siyonistlərin əsarətindədir. Bunun narahatlığı bütün müsəlmanlara aiddir.

Siyonistlərə qarşı müsəlman olan və İslami məsuliyyət daşıyan hər kəs, məscidi Əqsanı sahiblənməli , bu məsələlərdə həssas olmalı və işğalçı qarşısında acizlik göstərməməlidir. Hər bir müsəlman özünü fələstinli bilməli, fələstinlilərin yanında olmalıdır. Eyni ağrını hamımız çəkməliyik. Hər bir öldürülən fələstinli ilə bizlərdə öləcəyik, ağlayan gözlər bizim olacaq, axan qanlar bizim damarlarımızdan axacaq.

Biz fələstinli, fələstinli bizlərik.
İslamın mübarək məkanları, torpaqları işğaldan azad olmalıdır. Bunun üçün müsəlmanlar birləşəcək , əllərini birləşdirəcək , bütün müsəlmanların qəlbi bir döyünəcək. Allah, İslam deyib Muhəmməd (s) ordusuna qoşulacaq Qüdsün yolunda düşmənin üstünə yeriyəcək. Müsəlman torpaqlarında axan qana dur deyəcək. İslam torpaqları xilas olana qədər müqavimət göstərəcək.

İSLAMTİMES - ZƏHRA
Author :
Source : islamtimes
Comment