0
Friday 19 September 2014 - 20:28

İŞİD-in qətliam planı ortaya çıxdı

Story Code : 410536
İŞİD-in qətliam planı ortaya çıxdı
İŞİD-in qətliam planı ortaya çıxdı
Ölkədə iyulun 24-də verilən təhlükə xəbərdarlığının səbəəbi İŞİD-in norveçli bir ailəni qətl edərək görüntülərini internetdə yaymaq planlarının olduğu bildirilir. Bunu PST gizli kəşfiyyat idarəsi açıqlayıb.

Norveçin rəsmi radio və televiziya kanalı “NRK”ya açıqlama verən səlahiyyətli şəxslər İŞİD-ə bağlı terrorçu qruplardan birinin Osloda izdiham olan yerdə camaatın arasına girərək qətliam edəcəkləri barədə məlumat əldə etdiklərini söyləyib. Daha sonra təsadüfi bir ailə seçilərək həmin ailəni qətl edərək görüntülərini internetdə yaymaq planlarının da olduğu deyilir. İyulun 24-də hökumətə daxil olan bu məlumatdan sonra dərhal ölkə miqyasında həyəcan təbili çalınmağa başlayıb və təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb./ans/
Source : Ans
Comment