0
Wednesday 1 May 2013 - 16:57

İnsan haqları adında rüsvay olmuş bəhanə

Story Code : 259823
İnsan haqları adında rüsvay olmuş bəhanə
ABŞ özünü elə göstərir ki, guya İranda insan haqlarının pozulmasından narahatdır. Amma onun İraq, Əfqanıstan, Bəhreyn, Suriya kimi ölkələrdə yeritdiyi təcavüzkar siyasət göstərir ki, Ağ Ev üçün insan haqqları adlı müqəddəs məfhum yoxdur. Onlar bundan yalnız öz mənafelərinə çatmaq üçün istifadə edirlər. Artıq bütün dünya bilir ki, bəşər hüquqları ABŞ üçün bir bəhanədir, özü də yanmış bir bəhanə.
 
Qərb, xüsusilə Amerikanın İrana qarşı insan haqlarından dolayı hücumları yeni bir məsələ deyil. Artıq az adam belə ittihamların pərdəarxasından xəbərsizdir. 
 
Yaxın Şərq ölkələrində terrorizmə dəstək verən, bu ölkələrdə dinc əhalini qətliam edən Amerikanın bəşər hüquqlarından danışması ciddi görünmür. Elə son günlərdə ABŞ Xarici İşlər Nazirliyi İrandan insan haqqlarının pozulması ilə bağlı ittihamla çıxış etdi. Bu nazirlik illik hesabatında İranı insan haqqlarının pozulduğu ölkələr sırasına salır.
 
Amma Xarici İşlər Nazirliyinin hesabatında Amerikanın özündəki vəziyyət işıqlandırılmır. Artıq bütün dünya bilir ki, Quantanamo, Əbu Qüreyb kimi həbsxanalarda nələr baş verir. 
 
Amerika bu hesabatı nəşr etməklə bir sıra ölkələrə təzyiq göstərir. Amma dünya ictimaiyyəti Ağ Evin cinayətlərindən xəbərdardır.
 
Bir beçə həftə öncə Əhməd Şəhid tərəfindən yeni hesabat təqdim olundu. Burada İrana qarşı ittihamlar gülünc görünür. Amma bizim belə hesabatları nəzərdən keçirməyimiz faydalıdır. Belə qərəzli hesabatlar əslində İranın xeyrinədir. Belə hesabatların yaranmasının əsas səbəblərindən biri İranın insan haqqları barədə açıq çıxışlarıdır. Amerika İranı seksual azlıqların hüquqlarının pozulmasında ittiham edir. Biz bundan xəcalət çəkmirik. Əksinə açıq şəkildə bu mövqeyimizi bəyan edirik. Biz bu qəbil məsələləri insan haqqlarının pozulması yox, insan ləyaqətinin müdafiəsi kimi qiymətləndiririk. Hətta heyvanların arasında görünməyən münasibətin bəşər cəmiyyətində yayılması yolverilməz haldır.
 
Bu gün Qərb insan haqqlarından danışarkən humanizm prinsiplərinə əsaslanır. Əslində paradoks yaranır. Qərblilər humanizm adı altında insanı heyvan sayırlar. İnsan ləyaqətini basıb keçən azadlıq heyvanlara məxsusdur və əgər belədirsə heyvandan insan haqqları haqqında bəyanat gözləmək düzgün deyil. 
 
Digər tərəfdən İran İslam Respublikasının özünün Qərb ölkələrində və ABŞ-da insan haqqlarının pozulmasına qarşı çıxması zəruri görünür. Məsələn, Çin və Rusiya son dövrlərdə bir neçə dəfə ABŞ və Qərb ölkələrində insan haqqlarının pozulması ilə bağlı hesabat yayıblar. Bu hesabatlara reaksiya da güclü olub. Həmin hesabatlar Amerikanı təzyiq altında qoyub. 
 
Biz mətbuatda ABŞ və onun müttəfiqi olan ölkələrdə insan haqqlarının pozulmasını araşdırmalı və işıqlandırmalıyıq. Dünyaya göstərməliyik ki, Qərb mədəniyyətində insana bir heyvan qədər ehtiram göstərilmir. Bəli, hazırda İrana qarşı dərc olunmuş hesabatlar İranın xeyrinədir və bizi adekvat addımlar atmağa vadar edir.
Comment