0
Monday 27 October 2014 - 18:17

Xocalı soyqrımı Heydər Əliyev tərəfindən törədilib

Story Code : 416766
Xocalı soyqrımı Heydər Əliyev tərəfindən törədilib
Xocalı soyqrımı Heydər Əliyev tərəfindən törədilib
Gəncə Dövlət Universitetinin (GDU) müəllimi Fikrət Hacıyev təhsil ocağının rəhbərliyi tərəfindən haqqının tapdandığını bildirərək, dəfələrlə məhkəməyə müraciət etsə də problemini həll edə bilməyib. Bununla əlaqədar dəfələrlə mətbuata məlumat verən «Ümumi fizika» kafedrasının müəllimi, Qarabağ əlili yekunda dövlət başçısı İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıb.

Hacıyevin yayımladığı müraciətdə vurulanır ki, o, Xocalı soyqırımından sonra könüllü orduya gedən GDU-nun tək əməkdaşıdır. «10 ildən artıqdır Gəncə İcra Hakimiyyəti başçısının 1-ci müavini işləyən Mikayıl Zeynalovun atası Zakir Zeynalov tərəfindən döyüdürülmüşəm, söydürülmüşəm, civə ilə zəhərləndirilmişəm və Xocalı soyqırımının 20 illiyi ərəfəsində isə işdən qovulmuşam. Uzun məhkəmə çəkişmələri və 2 aclıq aksiyasından sonra (52 və 29 sutkalıq) işə bərpa olsam da, hələ də 17 aylıq əmək haqqımı və təzminatı ala bilməmişəm. Buna səbəb kafedra müdirim Zakir Zeynalovun qeyri-məhdud əlaqələrinin olmasıdır. Bu qaniçən insan bir müharibə veteranını acından öldürmək üçün bütün vasitələrdən istifadə edir. Zakir Zeynalov şikaylətlərimdən qorxmadığını və öz gücünü mənə göstərmək üçün bütün kafedra üzvləri qarşısında Xocalı soyqırımının Heydər Əliyev tərəfindən təşkil olunduğunu demişdi. Bu faktı GDU-nun son 4 rektoruna desəm də, bir səhifə elmi məqaləsində 24 səhv buraxan (içində ciddi elmi səhvlər də olmaqla) bu "alimə" güldən ağır söz deyən yoxdur».

GDU-nun müəllimi daha sonra yazır ki, 16 yaşlı Almaz Kərimlinin özünü yandırmasının səbəbkarı olan Zərbəli Zərbəliyev Ali Məhkəmənin qərarını vecinə almayaraq, yenə də onun əmək haqqısının ödənilməsi iddiasını təmin etməyib. «Məhkəmə iclasından 10 gün keçsə də, cinayətkar hakimin bu qətnaməni nə ilə izah edəcəyini hələ də bilmirəm. Xahiş edirəm Zakir Zeynalov və Zərbəli Zərbəliyevin cinayətlərinin araşdırılmasına göstəriş verəsiniz».
Source : Jam.az
Comment