0
Thursday 24 April 2014 - 22:25

Amerika dünyanı soyuq müharibəyə sürükləyir

Story Code : 376167
Amerika dünyanı soyuq müharibəyə sürükləyir
PressTV-nin verdiyi xəbərə görə siyasi şərhçilərdən biri Amerikanın Ukrayna böhranındakı roluna işarə ilə Ağ Evin dünyanı yeni soyuq müharibəyə çəkdiyini dilə gətirib. O deyib ki, bu addım olduqca təhlükəli bir vəziyyət yarada bilər.
“Beynəlxalq tədbirlər” mərkəzinin rəisi Sara Felanders PressTV-yə müsahibədə deyib: “ABŞ daim Rusiyanın mənafelərinə qarşı hərəkət edir və yeni soyuq müharibədən danışır. Bu olduqca təhlükəli məsələdir.”
Cenevrədə Rusiya, Amerika, AB və Ukrayna arasında dördtərəfli müzakirələrdən sonra Vaşinqton bəyanat verib. Araşdırma mərkəzinin rəisi bu bəyanata işarə ilə qeyd edib ki, yeni Kiyev dövlətindən çevrilişlə əldə etdiyi hakimiyyətdən əl çəkməsi tələb olunmalıdır.
Müvəqqəti Kiyev dövləti 17 apreldə ABŞ, Rusiya, AB ilə razılığa gəlib ki, Ukraynanın şərqində gərginlik azaldılacaq. Məlum olduğu kimi Kiyev dövlətinin müxalifləri ölkənin şərq şəhərlərində dövlət binalarını ələ keçiriblər.
Razılaşma imzalanandan bir neçə saat sonra Barak Obama xəbərdarlıq edib ki, Rusiya üzərinə götürdüyü öhdəliklərə əməl etməsə ona qarşı sanksiyalar gücləndiriləcək.
Siyasi şərhçi deyir ki, qeyri-qanuni Kiyev dövləti qiyamla hakimiyyəti ələ keçirib. Bu dövlət xalq tərəfindən dəstəklənmir, yalnız Ağ Ev tərəfindən himayə olunur.
Flander deyib ki, “faşistlər” Ukraynada dövlət binaları və gücü ələ keçirdikdən təkcə iki gün sonra Barak Obama 18 martda görüşdüyü müvəqqəti baş nazir Arseni Yetsenyuku rəsmi olaraq tanıyıb.
O əlavə edib: Ukraynadakı yeni dövlət olduqca zəif, çarəsizdir və Ukrayna xalqına verə biləcəyi yeganə şey ağır həyat tərzi, qiymət artımıdır. Bütün bunlar ABŞ və Avropa Birliyi ilə əlaqəlidir, onlar böyük məbləğdə kreditlər verir və yüksək qazanc əldə edir. Qərb heç də Ukrayna xalqını düşünmür.
Qərb və Moskva arasındalkı gərginlik Krımın 16 mart referendumundan sonra əhalinin 97% müsbət səsi ilə Ukraynadan ayrılaraq Rusiyaya qoşulmasının ardınca başlayıb.
Comment