0
Sunday 26 October 2014 - 16:18

Myanma sekular dövləti 8 min Müsəlman vətəndaşı məcburi sürətdə ölkədən köç etməyə vadar etdi

Story Code : 416586
Myanma sekular dövləti 8 min Müsəlman vətəndaşı məcburi sürətdə ölkədən köç etməyə vadar etdi
Myanma sekular dövləti 8 min Müsəlman vətəndaşı məcburi sürətdə ölkədən köç etməyə vadar etdi
Myanma dövləti qeyri insani və İslamafob siyasətlərinin davamında ölkə Müsəlman cəmiyyətinin Ruhanilərini, ağsaqqallarını və sözükeçən insanlarını səbəbsiz yerə həbs edərək azadlıqdan məhrum edib.

Myanma anti-İslam dövlətinin son bir həftə ərzində Müsəlman təbəqəsini təzyiq altında saxlaması səbəb olub ki, 8 min Müsəlman ev-eşiklərini buraxıb ana yurdlarını tərk etmək məcburiyyətində qalsınlar. Bu isə, 2013-ci ilin bütün köçkünlərin ümumi sayına nisbətdə daha böyükdür.

BMT-nin Myanmadakı Müsəlmanların işi üzrə nümayəndəsi bu haqda xəbər verərək bildirib: “Müsəlmanlar məcburi sürətdə ev və şəxsi mülklərindən əl çəkərək, çox acınacaqlı bir vəziyyətdə kiçik qayıqlara minərək dəniz vasitəsi ilə, Malaziya və Taylanda muhacirət edirlər. Belə bir köçkünlük vəziyyətinin yaranmasına səbəb isə, Myanmar dövlətinin düşünülmüş tərzdə Müsəlman Ruhanilərini, Ağsaqqallarını və sözü keçən insanlarını heç bir cinayət aktı törədilmədən həbs edib, işgəncələr verməsidir.”

Qeyd edək ki, 2012-ci ilin ilk aylarından bu günə kimi Myanma Müsəlmanlarına qarş olunan cinayət qurbanları haqqda əldə dəqiq statistika mövcud deyil. Lakin qeyri rəsmi məlumatlara görə, 1000-dən artıq Müsəlman dövlət orqanları və buddistlər tərəfindən soyqırıma məruz qalaraq kütləvi bastırılıb, 300,000-dən artıq insan isə öz yurd-yuvalarından didərgin salınaraq qaçqın həyatı sürməyə vadar olunub və 40 min Müsəlman fəalı rəsmi dövlət qrumları tərəfindən müxtəlif bəhanələr ilə, həbs edilərək zindanlara salınıb...

Xatırladaq ki, Myanmada təqribən 800 min Müsəlman yaşayır. Onlar əsasən ölkənin qərbində yaşayırlar.

Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində təqribən 90 min Müsəlman evsiz-eşiksiz qalıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu 2013-cü ildə deyib: Ötən 30 ildə Ruhinqa müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir.
Source : Abna
Comment