0
Monday 22 November 2010 - 19:57

Sionizm xərçəngi İraqda kök salır

Story Code : 44848
Sionizm xərçəngi İraqda kök salır
Sionizm xərçəngi İraqda kök salır
Ərəb dilli Dünya Əlvətən internet saytının məlumatına əsasən, İsrail rejimi İraqın bəzi hissələrinə yiyələnməyi layihələşdirir. Bundan əvvəl də dəfələrlə xəbər qaynaqları irqçi rejimin İraq əleyhinə intriqalar hazırladığını bildirmişdilər.

Hazırda isə amerikalı müxbir Vin Madsen kürd yəhudilərin İsraildən İraqın Neynəva vilayətində Mosul şəhərinə köçürülməkdə olduğunu ifşa edib. İsrail yəhudiləri 2003-cü ildən İraqda dəfn edilmiş Bəni İsrail peyğəmbərlərinin türbələrini ziyarət bəhanəsilə bu ölkəyə ayaq açıblar.

Hətta israilli kürd yəhudilər planlı şəkildə 2003-cü ildə İraqın şimalında torpaq sahələri almağa da cəhd etmişdilər.

İsraildəki kürd yəhudilər sionist ravvinlərin təhriki ilə İraqın şimal bölgəsinə qarşı ərazi iddiası irəli sürərək torpaq almaqla məşğuldurlar.

Bəzi məlumatlara görə, İraqın Amerika tərəfindən işğal olunduğu ilk illərdə sionist şirkətlər Kərkük, Mosul və bu iki şəhər ətrafında 250 hektar torpaq alıblar. Torpaqlar daha çox yoxsul kürd ailələrindən satın alınır. Ancaq məsələ bununla bitmir. Çünki İsrail rejiminin casusluq xidməti Mossad bu macəranın arxasında dayanır.

Göründüyü kimi, Mossad agentləri İraqın şimal bölgəsinə xərçəngvari nüfuzlarını genişləndirmək üçün hər bir vasitəyə əl atırlar. Bu arada kürd torpaqları ilə İsrail nümayəndələri arasında bir sıra əlaqələrin mövcud olduğuna xatir, Mossad Şimali İraqı hədəfə alıb. Əslində İraqın işğal altında qalması sionist rejimin əlində bir fürsətə çevrilib ki, öz hədəflərinin ardını tutsun. İraqın bazarını ələ keçirmək sionist rejimin arzusudur. Ötən illərdə onlarla sionist şirkət qeyri-ibri və daha çox ərəb və latın adlar altında İraqdakı müxtəlif iqtisadi layihələrdən pay alıblar.

Ancaq İraq bazarını ələ keçirməklə bərabər Kərkük-Hayfa və Mosul-Hayfa neft-boru kəmərlərini bərpa etmək sionist rejimin xərçənvari nüfuzunda onun ciddiliyini ikiqat artırıb. Maraqlıdır ki, İraqın daxilində anti-sioniszm əhval-ruhiyyəsi hökm sürür. İraq xalqı və hökuməti digər ərəb ölkələrində olduğu kimi sionist İsraili Yaxın Şərqdə xərçəng şişi sayır və onun zərərindən qurtarmaq üçün mümkün yollara üz tutur.

Müəllif: Mərziyə Elektriki
Source : IRIB
Comment