0
Sunday 13 April 2014 - 10:36

Cimmi Karter: ABŞ dünyada 1 nömrəli mühribə qızışdıran ölkədir

Story Code : 372585
Cimmi Karter: ABŞ dünyada 1 nömrəli mühribə qızışdıran ölkədir
Cimmi Karter: ABŞ dünyada 1 nömrəli mühribə qızışdıran ölkədir
Karter ABŞ prezidenti Barak Obamanı və sabiq dövlət katibi Hillari Klintonu Yaxın Şərqdə sülhün bərqərar edilməsi üçün daha aktiv rola oynamadıqları üçün tənqid edib.

“Mən təcrübəmdən bilirəm ki, ABŞ-ın vasitəsi rolunu oynaması prezidentin bu məsələyə dərindən agah olması ilə bağlıdır. Bu məsələdə isə Klinton dövlət katibi olduğu dövrdə o sülhün bərqərar edilməsi üçün çox az iş gördü. Ancaq Con Kerri bu posta gəldikdən sonra bu sahədə çox mühüm addımlar atdı və işlər gördü.”

Bu birinci səfər deyil ki, Karter Obamanın xarici siyasəti haqqında bu cür sözlər deyir. Əvvəlki çıxışları zamanı o prezidenti Yaxın Şərqdə pilotsuz təyyarələrdən istifadənin artmasında və Milli Təhlükəsizlik Agentliyin xarici liderlər haqqında casusluq etməsi səbəbindən tənqid etmişdir.

O sadəcə Obama administrasiyasını tənqid etməmiş və ümümilikdə ABŞ-ın yürütdüyü xarici siyasəti hədəfə almış və demişdir ki, ABŞ dünyada 1 nömrəli müharibə qızışdıran ölkəyə çevrilib.

“Statistikaya nəzər sala bilərsiz: İkinci Dünya Müharibəsindən sonra BMT-nin yaranmasından bəri ABŞ daim müəyyən ərazilərdə müharibə ilə məşğuldur. Biz təxminən 30 ölkədə müharibə xarakterli əməliyyatlar həyata keçirmişik.”

O Kerrini alqışlayaraq deyib ki, onun İran nüvə danışıqlarına rəhbərlik etməsi və İsrail Fələstin münaqişəsinin həll edilməsində vasitəçilik etməsi çox dəyərli bir işdir.

Karter deyib ki, o prezidentliyi dövründə Sovetin Əfqanıstanı işğal etməsi ilə qarşılaşdığından halhazırda Krımdə baş verən vəziyyət ona çox tanışdır. O vaxtı Karter Sovetlər Birliyinin rəhbəri Leonid Brejnevə xəbərdarlıq edərək bildirmişdir ki, əgər əlavə hər hansı bir hərbi əməliyyat olarsa, bu zaman ABŞ ixtiyarında olan bütün silahlardan Sovetlər Birliyinə qarşı istifadə edəcək.
Source : İslamtimes
Comment