0
Wednesday 12 January 2011 - 10:11

ABŞ İraqda insan haqlarını pozur

Story Code : 50148
ABŞ İraqda insan haqlarını pozur
ABŞ İraqda insan haqlarını pozur
ABŞ-ın İraqda beynəlxalq qanunlara zidd rəftarları o həddədək təəssüfləndirici olmuşdur ki , hazırda Amerikada insan haqlarını himayə edən təşkilatlar belə bir məsələdən təəssüfləndiklərini bildirirlər .

ABŞ-da insan haqları fəallarından olan Mişel Çen Amerikanın işğalçı qüvvələri tərəfindən iraqlı uşaqların həbs edilməsi fenomeninə aid hesabatda bu məsələni diqqət mərkəzində saxlayıb .

Onun sözlərinə görə, son bir neçə il ərzində Amerikanın işğalçı qüvvələri dəfələrlə iraqlı uşaqları həbs etməyə cəhd göstəriblər .

Mişel Çenin hesabatında deyilir: Beynəlxalq Qızıl Xaç Komitəsi 2006-cı ildə ABŞ və İngiltərə hərbçiləri tərəfindən idarə edilən 5 həbsxanaya baxış keçirərkən 59 uşağın adının məhbus kimi qeydə alındığını öyrənib.

2006-cı ildə İraqda yerləşən ABŞ hərbçiləri 25 uşağı həbs ediblər . 2007-ci ildə isə İraqda amerikalı hərbçilərin sayının artması ilə eyni zamanda həbs olunan uşaqların sayı 100 nəfərə çatıb.

İraqlı uşaqlar və yeni-yetmələrin həbs edilməsi ilə yanaşı məhbus uşaqlarla pis rəftar etmək, o cümlədən bu uşaqları fiziki və psixi cəhətdən əziyyət etmək ABŞ hərbçilərinin bu ölkədə törətdikləri təcavüzlərinin bir hissəsi olmuşdur .

Əbuqüreyb həbs düşərgəsində 15 yaşlı bir yeni-yetməni zorlamaq , məhbus uşaqları soyundurmaq , onları döyüb əziyyət etmək , həmçinin bu zindandakı yeni-yetmələr arasında qorxu və dəhşət yaratmaq məqsədi ilə itdən istifadə Amerikanın İraqda törətdiyi çox saylı təcavüzləri habelə işğal edilmiş bu ölkədə insan və uşaq haqlarının pozulmasının nümunələri olmuşdur.

Hazırda İraqın bütün şəhərlərinin təhlükəsizlik məsuliyyəti yerli hökumət orqanlarının öhdəliyinə buraxılıb və bu ölkədə mərkəzləşmiş amerikalıların sayı 50 min nəfərə qədər azalıbdır.

Bundan əlavə ölkədə işğalçı qüvvələr tərəfindən İraqın milli hakimiyyət və insan haqlarının pozulduğunu sübuta yetirən müxtəlif faktlar müşahidə olunur . Rəsmi Bakının icazəsi olmadan və səbəbsiz halda İraq vətəndaşlarının üzərinə ara-sıra atəş açmaları İraqın bəzi şəhərlərində müşahidə olunur . Həmçinin İraqın bəzi şəhərində hava və quru reydlərinin keçirilməsi son aylar ərzində ABŞ hərbçiləri tərəfindən müşahidə olunan digər məqamlardan olmuşdur . Bunlar İraqın milli hakimiyyətini pozan mühüm faktlardır.

Qeyd edək ki, ABŞ nəinki İraqda insan haqları və insan prinsiplərinə önəm vermir , əksinə bəzən təhlükəsizlik məsələlərini bəhanə edərək Bağdad-Vaşinqton arasında imzalanmış razılaşmaları ayaq altına salır . Bu reallıqları nəzərə alaraq demək olar ki, İraqda anti-amerikan vəziyyəti günü-gündən genişlənəcəkdir.

Müəllif : M. Elektrik
Source : IRIB
Comment